Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri türk dünyasının birliyi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artırılması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylərin birləşdirilməsidir. Bunun üçün ölkəmizin Türk Dövlətləri Təşkilatına sədrliyi dövründə gördüyü işlərin miqyasına diqqət yetirmək kifayətdir. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin əsas çağırışlarındaan biri budur ki, biz birlikdə güclüyük. Bu birliyin, həmrəyliyin yaradılmasında Ümummilli Lider Heydər Əliyevin xidmətləri böyükdür. Belə ki, Ulu Öndər dövlətimizin xarici siyasət strategiyasını formalaşdırarkən türk dövlətləri ilə əlaqələri prioritet hesab etdi və qardaş ölkələrin biri-birinə yaxınlaşmasına mühüm töhfələr verdi. Onun “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” kəlamı həm də digər türk dövlətlərinin bir araya gəlməsində, birliyinin yaranmasında və möhkəmlənməsində mühüm rol oynadı. Bu gün həmin birliyin daha da möhkəmləndirilməsi dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli xarici siyasət kursunda prioritet istqamətdir. Prezident İlham Əliyevin ildə bir dəfə Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşün keçirilməsi təşəbbüsü də bunun bariz nümunəsidir.
Türk dövlətlərinin başçılarının ayrı-ayrı vaxtlarda işğaldan azad edilmiş ərazilərimizə, Qarabağın tacı Şuşaya səfəri olsa da onların bu torpaqda bir araya gəlməsi qürurverici olmaqla yanaşı, özündə mühüm çağırışları ehtiva edir. Bu, türk dövlətləri arasında birliyin, qadaşlığın və dostluğun məhz Şuşadan dünyaya təqdimatıdır. Bu dəfə Şuşa mötəbər və son dərəcə əhəmiyyətli tədbirə - Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünə ev sahibliyi ilə dünya gündəmini zəbt etdi. Bu, onu göstərir ki, Şuşa həm də Türk dünyasının mərkəzi rolunda çıxış edir, müzakirələrin aparıldığı, vacib qərarların verildiyi məkana çevrilir. Bu Zirvə görüşü eləcə də beynəlxalq ictimaiyyətə Azərbaycanın qısa müddətdə Şuşanı təhlükəsiz bir məkana çevirdiyini göstərir. Həmçinin Türk dövlətləri liderlərinin mədəniyyət paytaxtımızda bir araya gəlməsi işğal dövründə apardığımız diplomatik mübarizədə, 44 günlük Vətən müharibəsində bizə göstərdikləri mənəvi-siyasi dəstəyin davamı və bugünkü Qələbə sevincimizi bölüşmələrinin təzahürüdür.
Zirvə görüşündə çıxışı zamanı Prezident İlham Əliyev məntiqli və dərin məzmunlu nitqində TDT-nin əhəmiyyətini vurğulayaraq onun əhatə etdiyi coğrafiyanın miqyasını, üzv ölkələrin iqtisadi və hərbi potensialını, təbii resurslarını və müasir infrastrukturunu qeyd etdi. Bu, bir daha təsdiqləyir ki, bütün sahələr üzrə böyük potensiala sahib olan Türk dövlətləri birlikdə, həmrəylik göstərərək və vahid mövqedən çıxış edərək dünya siyasətinin mühüm tərəflərindən birinə çevrilir. Hər bir məsələdə olduğu kimi, ölkəmiz burada da məsuliyyətli davranaraq təşkilatın səmərəli fəaliyyəti, effektli nəticələrin əldə olunması üçün səylə çalışır, təşkilatın güclənməsinə hərtərəfli dəstək olur. Təbii ki, indiki reallıqlar fonunda Şərq-Qərb nəqliyyat dəhlizinin genişləndirilməsi üzv dövlətlərinin qarşısında duran vacib məqamlardandır və Azərbaycan bu istiqamətdə mühüm işlər görür. Belə ki, Bakı-Tbilisi-Qars dəmir yolunun illik gücü 5 milyon tona çatdırılıb, Xəzərdə 50-dən çox ticarət gəmisi ilə Azərbaycan tranzit xidmətlərini həyata keçirir, həmçinin Ələt Beynəlxalq Ticarət Limanının yükötürmə qabiliyyətinin 25 milyon tona qədər genişləndirilməsi nəzərdə tutulub. Sözsüz ki, bütün bunlar Türk dövlətləri arasında iqtisadi əlaqələrin genişlənməsinə, ticarət dövriyyəsinin artmasına, həmrəyliyin möhkəmlənməsinə xidmət edir.
Şuşa Zirvə görüşündə imzalanan Qarabağ Bəyannaməsi, qəbul edilən qərarlar Türk Dövlətləri Təşkilatının gələcək inkişafının yol xəritəsi kimi dəyərləndirilir. Çıxışlarda bir daha bu çağırış səsləndirildi ki, ən böyük gücümüz türk dünyasının birliyi, bərabərliyi və həmrəyliyidir. Azərbaycanın mövqeyi belədir ki, Türk Dövlətləri Təşkilatının rolu təkcə günün tələblərinə cavab verməklə məhdudlaşmamalı, həm də gələcək potensial əməkdaşlıq və tərəfdaşlıqları əhatə edəcək şəkildə genişləndirilməlidir. Üzv ölkələr arasında həmrəyliyin və qarşılıqlı etimadın daha da gücləndirilməsi türk dünyasının birlik və bərabərlik içində daha parlaq gələcəyə doğru irəliləməsinə şərait yaradacaq.
Şamxal Əhmədov,
Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Salyan rayonu üzrə nümayəndəsi,
YAP fəalı
Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...
Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...
Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...
Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...
Prezident İlham Əliyevin işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...
2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...
Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...
Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...