Türk Dövlətləri Təşkilatı (TDT) gənc olmasına rəğmən, beynəlxalq aləmdə özünəməxsus tribunaya və sözə sahibdir. Təşkilat sürətlə, uğurla inkişaf etməkdə, gücünü, nüfuzunu, əhatə dairəsini, əlaqələrini günbəgün artırmaqdadır. TDT həm ümumtəşkilat, həm də ikitərəfli və çoxtərəfli əlaqələr zəminində vahid güc mərkəzinə çevrilir. Türk dünyası ölkələrinin tarixi İpək yolu üzərində yerləşməsi onların Şərq və Qərb arasında artmaqda olan ticarət dövriyyəsi deməkdir, bu faktor isə iqtisadi məsələlərdə qurumun önəmli rola malik olmasına şərait yaradır.
Azərbaycanın türkdilli dövlətlərlə genişlənən əlaqələri müvafiq strateji tərəfdaşlıq haqqında bəyannamələr əsasında həyata keçirilir. Bütün bunların təməlində isə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi təşəbbüsləri dayanır. Dövlətimizin başçısı haqlı olaraq bu barədə demişdir: "Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik".
Qeyd edək ki, TDT-yə üzv dövlətlərlə həm təşkilat daxilində, həm də ikitərəfli çərçivədə sıx münasibətlərimiz var. Belə yaxın dostluq və qardaşlıq əlaqələrinin olması, üzv dövlətlərin bir-birini qarşılıqlı şəkildə dəstəkləməsi təşkilatın inkişaf perspektivlərini şərtləndirən əsas amillərdən biridir. Hələ 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı bəziləri hətta KTMT-yə üzvlüklərinə baxmayaraq, haqlı mübarizəmizə öz dəstəklərini göstərdilər, tarixi Zəfərimizə sevindilər. Üzv dövlətlər Azərbaycanın Qarabağda və Şərqi Zəngəzurda apardığı bərpa-quruculuq işlərinə də öz töhfələrini verirlər. Bu mənada, özbək xalqı adından hədiyyə olaraq Füzulidə Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb, Qazaxıstan tərəfindən tikilmiş Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Cəbrayılda yaradılan Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi, qırğız xalqının dost dəstəyi kimi Ağdamın Xıdırlı kəndində inşa olunacaq təhsil ocağı, Zəngilanda birinci mərhələsi açılan "Dost Aqropark" ağıllı kənd təsərrüfatı kompleksini və s. qeyd etmək olar. Həmçinin keçən ilin fevralında Türkiyədə baş verən zəlzələnin fəsadlarının aradan qaldırılmasında TDT ailəsinin köməyi xüsusi vurğulanmalıdır. Kahramanmaraşda fədakar inçaatçılarımızın qurub-yaratdığı "Azərbaycan" məhəlləsi də qardaş yardımına bir nümunədir.
Qeyd edək ki, iyulun 6-da Şuşada ilk dəfə olaraq Türk Dövlətləri Təşkilatına üzv ölkələrin rəhbərləri qeyri-rəsmi Zirvə görüşündə bir araya gəldilər. Qeyri-rəsmi zirvə toplantısının keçirilməsi türk dövlətləri arasında əməkdaşlığın və tərəfdaşlığın daha da dərinləşməsinə xidmət göstərən amil kimi qiymətləndirilməlidir. Görüşün həsr edildiyi nəqliyyat, əlaqələr, iqlim dəyişikliyi kimi çox vacib mövzular sözügedən sahələr üzrə türk dövlətləri arasında əməkdaşlığın daha da genişləndirilməsinin təsdiqidir. Tədbir Türk Dövlətləri Təşkilatının gündəliyində duran məsələlərin yüksək səviyyədə müzakirəsi və reallaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Zirvə sammitindəki çıxışında Azərbaycan lideri bir daha bəyan etdi ki, Türk ölkələri ilə əlaqələrin genişləndirilməsi, Türk dünyasının və TDT-nin gücləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətidir. Bəli, Prezident İlham Əliyevin bəyan etdiyi kimi Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərib. Bu prosesin sürətlənməsi məqsədilə konkret addımlar da atır. Belə ki, Azərbaycan bugünlərdə təşkilatın katibliyinin hesabına 2 milyon ABŞ dolları məbləğində vəsait köçürüb. Eyni zamanda, cari ilin may ayında İstanbulda Türk İnvestisiya Fondunun təsis iclası keçirilib və dövlət başçımız çıxışında bunu Türk ölkələri arasında iqtisadi əlaqələrin daha da dərinləşməsinə xidmət edən növbəti uğurlu addım kimi dəyərləndirib.
Əminliklə söyləmək olar ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə Qarabağın ürəyində - Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü qarşıya qoyulan hədəflərə çatmaqda mühüm rol oynayacaq. Bu, eyni zamanda, təşkilata üzv dövlətlərin və müşahidəçi dövlətlərin beynəlxalq aləmdə nüfuzunun artırılmasına, eləcə də iqtisadi potensialının genişləndirilməsinə xidmət edir. Beləliklə, TDT Şuşa Sammiti bütövlükdə Türk dünyası və Azərbaycan tarixində böyük iz qoydu. Bu tədbir Türk dünyasının Şuşadan dünyaya verdiyi barış və birlik mesajı idi.
Eyni zamanda, Sammitin sonunda imzalanan Qarabağ Bəyannaməsi, Prezident İlham Əliyevin bildirdiyi kimi Türk dünyasının həmrəyliyinə və Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun daha da güclənməsinə töhfələr verəcək. Bəyannamədə bir daha Türk dünyası regionda və dünyada sülh, təhlükəsizlik, sabitlik, inkişaf və tərəqqi ideyalarına sadiq olan Türk xalqlarının ortaq etnik köklər, tarix, dil, mədəniyyət, ənənələr və dəyərlərinə söykənən ailə olduğu dünyaya elan edildi.
Şükran Hüseynov,
Salyan rayon Yuxarı Noxudlu kənd tam orta məktəbin psixoloqu, YAP fəalı
Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...
Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...
Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...
Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...
Prezident İlham Əliyevin işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...
2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...
Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...
Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...