image image

Rəqəmsal İpək yolu-Şərqdən Qərbə mənəvi dəyərlər daşıyacaq virtual marşrut  

image


     Bildiyimiz kimi, cari ilin 6 iyul tarixində Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirildi. Görüşdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Rəqəmsal İpək Yolu” layihəsinin önəmindən bəhs edərək bildirmişdir ki, bu layihə Xəzər dənizi vasitəsilə Azərbaycan ərazisindən Avropa və Asiya arasında fiber-optik telekommunikasiya marşrutu yaratmaq məqsədi daşıyır. Avropa ilə Asiya arasında Azərbaycan vasitəsilə rəqəmsal telekommunikasiya dəhlizini formalaşdıracaq “Rəqəmsal İpək yolu” (Digital Silk Way) layihəsi respublikamızla Orta Asiya ölkələri arasında iqtisadi əlaqələrin daha da genişlənməsi üçün yeni imkanlar yaradır. Hazırda həmin layihə regional və beynəlxalq təşkilatların diqqət mərkəzindədir.
     “Rəqəmsal İpək yolu” Avropanı Mərkəzi və Cənubi Asiya ilə birləşdirəcək müasir fiber-optik tranzit xəttinin yaradılması məqsədi ilə reallaşdırılan innovativ rəqəmsal infrastruktur layihəsidir. Bu layihə “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun təşəbbüsü ilə onun törəmə şirkəti “AzerTelecom” tərəfindən həyata keçirilir. Hazırda layihənin icrası yerüstü və sualtı marşrutlar üzə fiber-optik kabel xətlərinin çəkilməsi mərhələsindədir. 
     Layihədə nəzərdə tutulan tədbirlər başa çatdırılandan sonra yüksək sürətlə məlumatların ötürülməsi reallaşacaq və bununla da magistral rabitə xətləri Avropa və Asiya arasında rəqəmsal əlaqənin qurulmasını təmin edəcək. Beləliklə, Qafqaz, Mərkəzi və Cənubi Asiya da daxil olmaqla bütün regionda rəqəmsallaşma özünün ən yüksək inkişaf mərhələsinə daxil olacaq, eyni zamanda, belə bir mövcud vəziyyət bu cür müasir rabitənin daha geniş yayılmasında mühüm rol oynayacaq. Onu da deyək ki, “Rəqəmsal İpək yolu” layihəsi regionun “Google”, “Amazon”, “Netflix” və digər qlobal şirkətlər üçün potensial fəaliyyət istiqamətinə çevrilməsinə imkan yaradacaq. 
     Xəzər dənizinin dibi ilə Azərbaycanla Orta Asiya ölkələri arasında fiber-optik kabel xətlərinin çəkilməsi məqsədilə “AzerTelecom” şirkəti Qazaxıstanda tərəfdaşı olan “Kazakhtelecom” qurumu ilə birgə müəssisə yaradıb. Həmin müəssisə indiyədək layihənin müəyyən komponentlərini də uğurla başa çatdırıb. Yeni yaradılan “AzerTelecom”–“Kazakhtelecom” birgə müəssisəsi Transxəzər Fiber–Optik Kabel Xəttinin tikintisi və istismarını da həyata keçirəcək. Azərbaycan–Qazaxıstan marşrutu üzrə Xəzər dənizinin dibi ilə çəkiləcək kabel xəttinin uzunluğu 380 kilometr, məlumat ötürmə gücü isə 400 terabit/s-ə qədər təşkil edəcək. Qeyd edək ki, “Rəqəmsal İpək yolu” layihəsi çərçivəsində “AzerTelecom” şirkəti Azərbaycanda rəqəmsal infrastrukturun inkişafı istiqamətində də layihə həyata keçirir. Qurum Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti ilə əməkdaşlıq çərçivəsində respublikamızda dəmir yolu xətləri boyunca müxtəlif istiqamətlər üzrə magistral fiber-optik kabel xətlərinin çəkilişini gerçəkləşdirir. Dəmir yolları boyunca magistral fiber–optik kabel xətlərinin çəkilməsi ölkənin rəqəmsal infrastrukturunu gücləndirəcək, ölkə üzrə yeni dayanıqlı infrastruktur, genişzolaqlı fiber–optik kabel əlaqələri formalaşdıracaq və telekommunikasiya sektorunun inkişafına ciddi təkan verəcək.
     Nəhayət, sözügedən təşəbbüs Avropa ilə Asiya arasında Azərbaycan vasitəsilə məlumat mübadiləsi ehtiyaclarını ödəyəcək region ölkələri üçün strateji əhəmiyyətli bir layihədir. Layihə ABŞ-da “Qlobal Strateji İnfrastruktur Liderlik Forumu”nda Asiyada beş ən yaxşı strateji infrastruktur layihəsindən biri seçilib. Avropa ilə Asiya arasında Azərbaycan vasitəsilə formalaşan “Rəqəmsal İpək yolu” regionda rəqəmsallaşmanın və bağlantı xidmətlərinin inkişafına mühüm töhfə verəcək. Qlobal tədbirlərdə layihənin təqdimatı, faydalı müzakirələr və əldə olunan razılaşmalar beynəlxalq tərəfdaşların ciddi marağını göstərib. Ölkənin enerji və nəqliyyat mərkəzləri statuslarına əlavə olaraq, layihə Azərbaycanın regionda rəqəmsal mərkəzə çevrilməsinə də töhfə verəcək.


           Əvəz Axundov,
            Aztelekom MMC-nin “Cənub Şirvan Regional Filialı” Salyan şöbəsinin müdiri





Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...