image image

Azərbaycan Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilir

image

 

"Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşü ona üzv olan ölkələrin iqtisadiyyatının inkişafı, təhlükəsizliyin təmin edilməsi, qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi, vacib problemlərin həlli, birgə fəaliyyətin tənzimlənməsi baxımından böyük əhəmiyyətə malikdir. Prezident İlham Əliyevin Zirvə toplantısına qonaq qismində ikinci dəfə qatılması isə dövlətimizin dünyada artan nüfuzunun və ona göstərilən böyük etimadın ifadəsi olmaqla bərabər, ölkəmizə bəslənilən ümid və onun gələcəyinə olan inamdır.
Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. Hazırda  təşkilatın tam hüquqlu üzv kimi ölkələrinin sayı 10-a çatıb. Bunlar Qazaxıstan, Çin, Rusiya, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pakistan, Hindistan, İran və Belarusdur. Əfqanıstan, Monqolustan müşahidəçi üzvlər, Azərbaycan, Türkiyə, Şri-Lanka, Kamboca, Nepal, Ermənistan, Misir, Qətər, Səudiyyə Ərəbistanı isə dialoq tərəfdaşlarıdır. Üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi, siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə effektiv əməkdaşlığın inkişaf etdirilməsi, regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması üçün addımların atılması təşkilatın əsas məqsədidir.
Azərbaycan bu təşkilatda dialoq tərəfdaşı statusuna sahib olmasına baxmayaraq, onun fəaliyyətində yaxından iştirak edir. Bu qurumla ölkəmiz arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb: "Terrorizm, ekstremizm və separatçılıq ilə mübarizəyə, regional təhlükəsizlik və sabitliyin qorunmasına böyük önəm verən dövlətimiz hər sahədə təşkilatla əlaqələrini ildən-ilə möhkəmləndirmək əzmindədir. 16 ölkənin dövlət və hökumət başçılarının qatıldığı Zirvə görüşünün "Çoxtərəfli dialoqun möhkəmləndirilməsi - davamlı sülhə və inkişafa nail olmaq" mövzusuna həsr edilməsi bu günümüz üçün vacib və bəşəriyyəti düşündürən başlıca məsələdir.
Ölkəmiz hazırda ŞƏT-in regional təhlükəsizlik məsələləri, o cümlədən Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi kommunikasiya layihələrinin həyata keçirilməsi istiqamətində təşkilatla faydalı əməkdaşlıq edir. Bu mötəbər təşkilatla əməkdaşlığını uğurla inkişaf etdirən Azərbaycan ŞƏT-də müşahidəçi statusu almaq niyyətindədir və onu da qeyd edək ki, ölkəmizin ŞƏT-də müşahidəçi statusu alması bu nüfuzlu qurum üçün də böyük önəm daşıyır. 
Tolerantlıq beşiyi kimi tanınan Azərbaycan dünyanın əksər ölkələri kimi, ŞƏT üzvləri ilə humanitar sahələrdə də fəal əməkdaşlıq əlaqələri qurub. Son illər həyata keçirilən irimiqyaslı infrastruktur layihələri sayəsində ölkəmiz mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilib. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə mühüm töhfələr verən Azərbaycanın rolu getdikcə artmaqdadır. Cənab Prezidentin də qeyd etdiyi kimi, Şimal-Cənub dəhlizinin Azərbaycan seqmentinin dəmir yolu və avtomobil infrastrukturu hazırdır və uğurla fəaliyyət göstərir. Ölkəmiz dəmir yolu daşımalarının həcminin ildə 15 milyon tona qədər artırılması üzərində işləyir, sonradan zərurət yaranarsa, bu rəqəm 30 milyon tona çatdırılacaq.
Bir sözlə, Prezident cənab İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatında iştirakı və keçirilən səmərəli görüşlər zamanı bir çox məsələlərin gündəmə gətirilməsi, mövcud problemlərin həllinin araşdırılması, əməkdaşlığın möhkəmləndirilməsinə səylərin göstərilməsi və uğurların əldə edilməsi Azərbaycanın qələbəsidir və dövlətimizin getdikcə artan nüfuzunun parlaq göstəricisidir. 


Könül Qəfərova,
Salyan Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı, YAP fəalı





Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...