image image

Bu gün Azərbaycan böyük bir coğrafiyadakı yeni reallıqların mərkəzində  irəliləyən lider ölkələrdəndir

image

 

Azərbaycanın uğurlu xarici siyasəti çərçivəsində dünya ölkələri ilə yanaşı, beynəlxalq təşkilatlarla da fəal əlaqələr qurulur. Belə təşkilatlardan biri də Şanxay Əməkdaşlıq Təşkilatıdır. Şanxay Əməkdaşlıq Təşkilatı dünya əhalisinin 3 milyard nəfərindən və dünya iqtisadiyyatının 40 faizindən çoxunu özündə cəmləşdirən beynəlxalq qurumdur. Bu təşkilatda dünya iqtisadiyyatının nəhəngləri olan Çin və Rusiya var, o cümlədən bir çox iqtisadi gücə malik ölkələr də müşahidəçi və dialoq tərəfdaşı qismində ŞƏT sammitlərində iştirak edirlər. Belə böyük və dünya üçün əhəmiyyətli təşkilata Azərbaycanın iki dəfə fəxri qonaq qismində dəvət olunması Prezident İlham Əliyevin apardığı xarici siyasi kursun uğuru və Azərbaycanın dünyada artan nüfuzunun göstəricisidir.
Qeyd edək ki, bu gün Azərbaycan böyük bir coğrafiyadakı yeni reallıqların mərkəzində irəliləyən lider ölkələrdəndir. Dövlətimizin beynəlxalq arenada nüfuzu getdikcə artır. Qlobal proseslərdə respublikamızın mövqeləri möhkəmlənir. Bu, təbii ki, zəmanəsinin ən parlaq liderlər kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin, verdiyi doğru qərarların sayəsindədir. 
Azərbaycanın ŞƏT kimi mötəbər qurumun zirvə görüşünə ikinci dəfə dəvət olunması Prezident İlham Əliyevin şəxsiyyətinə yüksək hörmətin göstəricisi olmaqla yanaşı, ölkəmizin dünya miqyasında təsirinin, o cümlədən Şərqlə Qərb, Şimal və Cənub arasında körpü kimi əsas rolunun əyani təsdiqi hesab edilə bilər. Bu rolu dərk edən və transmilli nəqliyyatın artan əhəmiyyəti kontekstində Azərbaycan öz nəqliyyat sektoruna əhəmiyyətli resurslar yatırır. Öz ərazisində bütün lazımi infrastrukturu yaradan Azərbaycan bununla da nəqliyyat və logistika sektorunda beynəlxalq əməkdaşlıq üçün gözəl imkanlar açır. Dövlət başçımız sammitdəki çıxışında bununla bağlı bildirdi ki, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir: “Coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib”. 
Hazırda ölkəmiz iştirak etdiyi qlobal kommunikasiya layihələri ilə, qurduğu müasir infrastrukturla Avrasiya məkanında əsas tranzit qovşağına çevrilir. Belə faktorlar ölkəmizin Şanxay Əməkdaşlıq Təşkilatı üçün əhəmiyyətini daha da artıran əsas səbəblərdəndir. Öz növbəsində, Azərbaycan da qlobal məkanda həm təhlükəsizlik, həm iqtisadi inkişaf cəhətdən rolu güclənən Şanxay Əməkdaşlıq Təşkilatı ilə daha sıx əlaqələrdə maraqlıdır. Azərbaycanla Şanxay Əməkdaşlıq Təşkilatının münasibətlərini uğurlu edən ən mühüm cəhətlərdən biri budur ki, bu əməkdaşlıqlar hər iki tərəfin qarşılıqlı maraqlarına xidmət edir. İqtisadi tərəfdaşlıq, nəqliyyat əlaqələri, terrorizm, ekstremizm və separatizmlə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı, sivilizasiyalararası dialoqun təşviqi kimi sahələri əhatələyir. Bu məsələlərin hər biri Azərbaycanın həyata keçirdiyi dövlət siyasətinin mühüm prioritetlərindəndir.
Bunlarla yanaşı, dövlətimizin başçısı zirvə görüşündə Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini tam bərpa etməsindən də söhbət açdı. Qeyd etdi ki, 2023-cü ilin sentyabrında Azərbaycan beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi. Bununla da beynəlxalq hüquq və tarixi ədalət bərpa olundu. Azərbaycan Ermənistanın otuzillik işğalına son qoydu və BMT Təhlükəsizlik Şurasının otuz il kağız üzərində qalmış 4 qətnaməsinin icrasını hərbi-siyasi vasitələrlə təmin etdi.
Bir sözlə, Azərbaycanın ŞƏT kimi nüfuzlu beynəlxalq platformada iştirakı ölkəmizin gündəliyinin təbliği, regional proseslərdə iştirakı və qərar qəbul edilməsi baxımından çox vacibdir. Digər tərəfdən, Prezident İlham Əliyevin ŞƏT-in Astana Zirvə toplantısında iştirakı Azərbaycanın COP29 ilə bağlı mesajlarını bu mühüm platforma vasitəsilə çatdırması, eləcə də bu istiqamətdə səmərəli müzakirələrin aparılması baxımından da böyük əhəmiyyət kəsb edir. Buna görə də, dünya əhalisinin demək olar ki, yarısını birləşdirən bir təşkilat kimi Azərbaycanla ŞƏT arasında əməkdaşlığın inkişafı ölkəmizin təşəbbüslərinin qlobal miqyasda həyata keçirilməsi imkanlarının artırılmasına güclü təsir göstərir.

         Sahib Həsənov, 
Salyan rayonu, tarixçi-tədqiqatçı, YAP fəalı





Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...