Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşündə səslənmiş fikirlər, eləcə də “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” Bakı–Pekin münasibətlərinin yüksək səviyyəsinin növbəti təsdiqi ilə yanaşı, eyni zamanda, ölkəmizin çoxşaxəli siyasət kursunun təntənəsidir. Respublikamız yalnız Qərblə deyil, Asiya regionu ilə əlaqələrin möhkəmləndirilməsinə də müstəsna önəm verir ki, burada Çinin rolu son dərəcə böyükdür.
Çin Azərbaycanın ilk idxal mənbəyi və beş əsas ticarət tərəfdaşından biridir. 2023-cü ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 3,1 milyard dollar təşkil edib ki, bu, ötən illərlə müqayisədə xeyli yüksəkdir. Bu gün Azərbaycanda 300-dən çox Çin şirkəti qeydiyyata alınıb və onlar sənaye, kənd təsərrüfatı, tikinti, ticarət, nəqliyyat və xidmət sahələrində aktiv fəaliyyət göstərirlər. Çindən Azərbaycana 930,8 milyon dollar, Azərbaycandan Çinə isə 263,3 milyon dollar həcmində investisiya qoyulub. Azərbaycan Pekinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyənlərdən biridir və Çinlə nəqliyyat-logistikaya dair qlobal təşəbbüslər müstəvisində sıx əməkdaşlıq qurub. Ölkəmiz mövcud istiqamətdə ciddi praktik təşəbbülər də reallaşdırıb, “Bir kəmər, bir yol” layihəsinin mühüm hissəsi olan Orta dəhliz infrastrukturunun inkişafına əhəmiyyətli investisiyalar yatırıb. Orta dəhliz Çindən Avropaya və geriyə yüklərin çatdırılması üçün ən səmərəli və təhlükəsiz marşrutdur. 2023-cü ilin 9 ayı ərzində bu marşrut üzərindən yükdaşımaların həcmi 88 faiz artaraq, 2 milyon tona çatıb. 2022-ci ildə Azərbaycan üzərindən tranzit axını təxminən 75 faiz artıb ki, təqribi hesablamalar bu həcmin Zəngəzur dəhlizinin açılmasından sonra ildə 5-8 milyon ton artacağını gözləməyə əsas verir. Onu da qeyd etməliyik ki, Bakı–Tbilisi–Qars dəmir yolunun istifadəyə verilməsi ilə Çindən Türkiyəyə yük daşımalarının müddəti 1 aydan 12 günə qədər azalıb. Çindən göndərilən bu yüklərin Türkiyə vasitəsilə Qərbi Avropa ölkələrinə çatdırılması cəmi 18 günə başa gəlir ki, bu da dövriyyənin sürətlənməsini, müvafiq olaraq gəlirlərin artmasını şərtləndirir.
Çin bu gün qlobal faktordur, dünyanın super gücüdür. Onunla 1992-ci ildən qurulmuş münasibətlərimizin yüksək məcraya çatdırılması həm tərəqqi və inkişaf təminatıdır, həm də qloballaşan və dəyişən dünyanın sərt reallıqlarına qarşı son dərəcə ciddi sığortadır. Nəzərə alaq ki, rəsmi Pekinlə ikitətərli münasibətlərdəki dinamika bəzi Qərb dairələrinin, xüsusən Fransanın ökəmizi qlobal proseslərdən təcrid siyasətinə verilən ən layiqli cavabdır. Belə nəticəyə gəlirik ki, Azərbaycan və Çin liderlərinin görüşü və imzalanmış bəyannamə cavabın tutarlılıq təbiətinin bir növ rəsmiləşdirilməsidir.
Əlbəttə, Bakı–Pekin tərəfdaşlığındakı yüksək səviyyənin əldə edilməsində Azərbaycan və Çin liderlərinin şəxsi münasibətlərinin də böyük rolu var. Prezident İlham Əliyev ilə Si Cinpin arasında qarşılıqlı inam və etimada əsaslanmış yüksək səviyyəli dostluq isə indiyədək özünü bir çox məqamlarda göstərib. Cənab Cinpin ölkəmizin liderini bu ilin fevralında keçirilmiş Prezident seçkilərində qələbə münasibətilə ilk təbrik edən dövlət başçılarından olub.
Son illərin təmaslarına diqqət yetirsək, onu da deyə bilərik ki, dövlətimizin başçısı 2019-cu ilin aprelində ÇXR Sədrinin dəvəti ilə İkinci “Bir kəmər, bir yol” forumunda iştirak edib. Liderlər ŞƏT-in 2022-ci ilin sentyabrında Səmərqənddə gerçəkləşmiş sammiti çərçivəsində də bir araya gəliblər. Deməli, əməkdaşlığın inkişaf dinamikasının labüdlüyü nöqteyi-nəzərdən yanaşsaq, Astana Sammitindəki görüşdə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi, əlaqələrin yeni inkişaf perspektivlərini doğurması məntiqi qanunauyğunluqdur.
Tam qətiyyətlə deyə bilərik ki, Prezident İlham Əliyevin Si Cinpin ilə görüşü, eləcə də imzalanmış mühüm dövlət sənədi Bakı–Pekin münasibətlərini bütün sahələrdə daha da dərinləşdirəcək, qarşılıqlı təmasları və dialoqu intensivləşdirəcək, ikitərəfli əlaqalərə yeni məzmun və keyfiyyət qazandıracaq.
Təranə Səmədova
Salyan rayon Seyidsadıqlı kənd tam orta məktəbin direktoru
Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...
Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...
Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...
Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...
Prezident İlham Əliyevin işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...
2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...
Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...
Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...