image image

“Masdar” Azərbaycanın bərpaolunan enerji sahəsində strateji tərəfdaşıdır

image

 

    Bu gün Azərbaycan dünya birliyində artıq təkcə əsas enerji ixrac edən ölkə, ən müxtəlif sivilizasiyaların qovuşduğu etibarlı məkan kimi tanınmır. Həm də ölkəmiz artıq yaşıl enerji siyasəti üçün ən təşəbbüskar ölkə kimi də dünya gündəmindədir. Bu yaxınlarda Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji  “Caspian Power” sərgiləri Azərbaycanın bu istiqamətdəki mühüm addımlarından xəbər verir. Prezident İlham Əliyevin həyata keçirdiyi enerji siyasəti dünya ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanır. Bu siyasət milli maraqlara xidmət etməklə yanaşı, bəşəriyyətin sağlam gələcəyinə xidmət edir. Ölkəmiz yaşıl enerji istehsalı sahəsində böyük layihələrə imza atıb və bu istiqamətdə işlər davam etdirilir.Prezident İlham Əliyev 21 iyun tarixində Euronews televiziya kanalına müsahibəsində Azərbaycanın neft-qaz ixrac edən ölkə olmaqla yanaşı yaxın gələcəkdə yaşıl enerji ixrac edən dövlət olacağını və bu sahədə dünyanın nəhəng enerji şirkətləri ilə yüksək səviyyədə əməkdaşlıq edildiyini vurğuladı.Azərbaycan ənənəvi enerji mənbələri ilə yanaşı yaşıl enerjiyə sərmayə yatıran xarici şirkətlər üçün cəlb edici dövlətdir. Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti Azərbaycanın bərpaolunan enerji sahəsində strateji tərəfdaşıdır.2023-cü ildə dünyanın nəhəng enerji şirkətlərindən olan "Masdar" ölkəmizdə günəş elektrik stansiyası inşa etdi. Son illər Azərbaycan ənənəvi enerjidən əldə etdiyi gəlirləri bərpa olunan enerji istehsalına yönəldir. COP-29-a ev sahibliyi edən Azərbaycanın yaşıl enerjiyə keçid prosesində öndə gedən dövlətlərdən olması dünya ölkələrinə bir nümunədir. Azərbaycan bərpa olunan enerji istehsalı ilə əlaqədar "Masdar" şirkəti ilə yanaşı "ACW Power" və "BP" şirkətləri ilə də sıx əməkdaşlıq edir. Eyni zamanda bir çox dövlətlərin şirkətləri də ölkəmizlə əməkdaşlıq etməyə maraqlıdırlar. Azərbaycanın  yaşıl enerji istehsalı və ixracı təbii qaza da böyük həcmdə qənaət etmiş olur ki, bu da Avropa dövlətlərinə təbii qazın nəqlinin artırılmasına səbəb olacaq. Artıq Azərbaycan neft, qaz sahəsində olduğu kimi yaşıl enerji sahəsində də böyük uğurlar qazanıb. Azərbaycanın enerji siyasətinin əsasını bəşəriyyətin sağlam gələcəyinin qorunmasında və bu məqsəd naminə bütün dövlətlərin birlik və həmrəylik nümayiş etdirilməsində vacibliyini təşkil edir. Energetika sektorunda aparılan siyasət, görülən işlər və qazanılan uğurlar Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf kursuna sədaqətlə xidmət edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin adı ilə bağlıdır.

 

Zamir Güvəndiyev
YAP Şəmkir rayon təşkilatının sədr müavini





Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...