image image

İkitərəfli əlaqələrinin inkişafına böyük töhfə

image

 

Prezident İlham Əliyev iyunun 7-də Misir Ərəb Respublikasına rəsmi səfər etmişdir. Səfər çərçicəsində Dövlət başçımızın Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi ilə əvvəlcə təkbətək, sonra geniş tərkibdə görüşü olmuşdur. Azərbaycan-Misir sənədlərinin imzalanması mərasimindən sonra Prezidentlər mətbuata bəyanatlarla çıxış etmişlər.
Prezident İlham Əliyev bu səfərin Misir-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə verəcəyini bildirib. Ölkə başçısı Prezident əs-Sisini Bakıda keçiriləcək COP29 konfransına dəvət etdiyini və dəvətin qəbul edilmisinə şad olduğunu söyləyib. “Misirin COP27 sədrliyi və ev sahibliyi böyük uğurlarla nəticələndi”-deyən Prezident İlham Əliyev bu münasibətlə həmkarını təbrik edərək ,  Misirin bu sahədəki təcrübəsini öyrənmək üçün müraciət etdiyini  və iki ölkə  nümayəndələrinin daim təmasda olduqlarını diqqətə çatdırıb.
Dövlət başçısı qeyd edib ki, biz beynəlxalq təşkilatlar çərçivəsində fəal çalışırıq, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq edir, İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində birgə səylər göstəririk.  Ölkə başçısı əlavə edib ki, Misirin dəstəyi ilə Azərbaycan dörd il ərzində Qoşulmama Hərəkatına sədrlik etmiş, bu sədrliyin nəticəsində Hərəkat daha böyük imkanlara malik olmuşdur.
Prezident İlham Əliyev çıxışında Fələstin-İsrail münasibətlərinə  də toxunub. Dövlətimizin başçısı iki ölkə arasında münasibətlərin  tənzimlənməsi və müstəqil Fələstin Dövlətinin yaradılması Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi  dövründə hər zaman diqqət mərkəzində olduğunu bildirib. ” Müstəqil Fələstin Dövləti qurulmalıdır, Şərqi Qüds onun paytaxtı olmalıdır. Bu gün Qəzzada yaşanan faciə tezliklə dayandırılmalıdır, müharibə dayandırılmalıdır və bütün məsələlər danışıqlar yolu ilə həll olunmalıdır” - deyə ölkə başçısı vurğulayıb.
Prezident İlham Əliyev  çıxışında həmçinin Azərbaycan keçən ilin sentyabr ayında öz dövlət suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdiyini diqqətə çatdırıb, Azərbaycanın Qazax rayonunun otuz ildən çox müddət ərzində işğal altında olmuş dörd kəndi danışıqlar yolu ilə Azərbaycana geri qaytarılmasından, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşma prosesinin Misir tərəfindən dəstəklənməsindən, iki ölkə arasındakı ticarət dövriyyəsinin bir neçə dəfə artmasından bəhs edib, yeni nəqliyyat dəhlizləri ilə əlaqədar fikirlərini söyləyib. 
Beləliklə, Prezident İlham Əliyevin Misirə rəsmi səfəri ikitərəfli əlaqələrinin inkişafına böyük töhfə verəcək, eyni zamanda iki ölkə arasındakı münasibətlərin gələcəyi üçün yeni üfüqlər açacaq. 

 

Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri





Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...