Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
Namidə İsayeva – Media və Tibb sektorunun etibarlı körpüsü
SİYASƏT
"Ulu Öndər Azərbaycanın iqtisadi müstəqilliyinin real təminatını yaratdı" - ŞƏRH
SİYASƏT
Qahirədəki görüş ölkəmizin iqtisadi diplomatiyada yeni nüfuz dairəsinin başlanğıc nöqtəsi olacaq”
SİYASƏT
Deputat: Əməkhaqqı, pensiya və sosial müavinətlərin artırılması real iqtisadi dayaqlara söykənir
SİYASƏT
Bakıda Azərbaycan və Belarus hərbi mütəxəssisləri görüşüblər
SİYASƏT
Kəlbəcər mərhələ-mərhələ sakinlərinə qovuşur
SİYASƏT
Fəzail Ağamalı partiyasının üzvlərini TƏBRİK ETDİ
SİYASƏT
Azərbaycanın “C5+1” formatında iştirakı regiondakı sabitlik mexanizmlərini möhkəmləndirir” Deputat
SİYASƏT
Qubada Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 33-cü ildönümü münasibətilə tədbir keçirilib.
SİYASƏT
“Anlaşma Memorandumu Azərbaycan–BƏƏ strateji tərəfdaşlığının sosial və iqtisadi müstəvilərdə dərinləşməsinə xidmət edir” – ŞƏRH
SİYASƏT
Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin siyasi irsininin institusional təcəssümüdür.
SİYASƏT
"Zəngəzur dəhlizi təkcə regional nəqliyyat layihəsi deyil" - ŞƏRH EDİLDİ
SİYASƏT
Yeni Azərbaycan Partiyasının 33 illik şərəfli inkişaf yolu
SİYASƏT
Yeni Azərbaycan Partiyası: Xalqın inamı və rifahın təminatı
SİYASƏT
Yeni Azərbaycan Partiyası - Dövlətçiliyin və Sabitliyin Təminatçısı
SİYASƏT
Viran edilmiş Ağdam bu gün yeni həyata qovuşur
SİYASƏT
Yeni Azərbaycan Partiyasının yaranması: tarixi zərurət, milli iradə və inkişafın başlanğıcı
SİYASƏT
"Ağdam Zəfəri tarixi ədalətin, siyasi iradənin və milli birliyin ən parlaq nümunəsidir" - DEPUTAT
SİYASƏT
Konstitusiyamız – Müstəqil Dövlətçiliyimizin Hüquqi Təməli və Qürur Mənbəyi
SİYASƏT
Qazi Mustafa Kamal Atatürkün vəfatından 87 il ötür: DEPUTAT
SİYASƏT
8 Noyabr –Zəfərimizin və milli qürurumuzun təntənəsidir! 
SİYASƏT
"İntellektual gənclər Azərbaycanın gələcəyidir
SİYASƏT
"Zəfərimiz beynəlxalq aləmdə strateji dönüş etdi" - MİLLƏT VƏKİLİ
SİYASƏT
Deputat: Şanlı bayrağımız azadlığımızın, müstəqilliyimizin, milli qürurumuzun simvoldur
SİYASƏT
"Dövlətə sədaqət, məsuliyyət və vicdanla xidmət etmək ən ali vətənpərvərlik nümunəsidir"
SİYASƏT
"8 Noyabr Azərbaycan xalqının əyilməz ruhunun, sarsılmaz iradəsinin, dövlətinə və Prezidentinə sonsuz sədaqətinin rəmzidir" - DEPUTAT
SİYASƏT
Göygöl rayonunda 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümünə həsr olunmuş “Suveren Azərbaycanın Qələbə Salnaməsi” adlı ümumrayon tədbiri keçirilib
SİYASƏT
Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimiz, qürur mənbəyimizdir
SİYASƏT
Günay Ağamalı: “Bu gün Şuşa şəhəri yenidən doğulur” admin  08 Noyabr 2025 
SİYASƏT
Ana Vətən Partiyasının İdarə Heyyətinin İclası keçirildi

15 İyun - Milli Qurtuluş Günüdür

2024-06-11 16:19:20 128 baxış
Xəbər şəkil

 

Müstəqillik və suverenlik hər bir xalqın və ölkənin tarixində ən mühüm və əlamətdar hadisə olaraq yaddaşlara həkk olunur. 15 iyun da müasir Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş Günü kimi yazılmışdır. Bəli tariximizə Milli Qurtuluş Günü kimi daxil olan  1993-cü ilin 15 iyun gününün mahiyyətini hamımız böyük sevgi və qürurla yaşayırıq . Milli Qurtuluş Günü böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik gündür. Vətənini, xalqını sevənlər, çətin günlərin ağrılarını, dəhşətlərini yaşayanlar, hadisələri görənlər üçün 15 iyun əsl Qurtuluş Günüdür, çünki Azərbaycan dövlətçiliyinin ölüm-dirim mübarizəsinin tarixi məhz bu gündür. Hər kəsə məlumdur ki, müstəqilliyin ilk illərində ölkədə özbaşınalıq hökm sürürdü, orduda vəziyyət ağır idi. Erməni təcavüzü güclənirdi. Azərbaycanda hakimiyyət boşluğu yaranmışdı. Bu dövrdə gərginləşən siyasi vəziyyət, əhalinin ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə  ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, yenicə müstəqillik qazanmış ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət Heydər Əliyevdir. “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı” - Ulu Öndər Heydər Əliyev.
Heç kəsə sirr deyil ki, Azərbaycan xalqının faciələri Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətdən getməsindən sonra başlamışdır. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdən istefa verib. İstefa verməsindən iki həftə keçməmiş erməni millətçiləri və onların sovet iqtidarında olan himayədarları o vaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarıb Ermənistanın tərkibinə verilməsi ilə bağlı məsələ qaldırmış və Azərbaycan xalqının faciələri o gündən başlamışdır. Əgər Heydər Əliyev hakimiyyətdə təmsil olunsaydı, heç vaxt erməni millətçiləri bu çirkin əməllərə əl atmağa cürət etməzdilər. Ölkədə fəaliyyət göstərən silahlı dəstələrin 1993-сü ilin əvvəllərindən başlayaraq yol verdikləri başıpozuq əməllər, ölkəmizin ayrı-ayrı bölgələrində separatçılıq və parçalanma meyllərinin baş qaldırması və bütün bunların ölkənin daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaratması Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdur. AXC-Müsavat cütlüyü yalnız hakimiyyəti saxlamağı düşünərək ölkəmizə faciə gətirmiş, günahsız insanların həlak olmasına şərait yaratmışdır. Dövlət əmlakının talan edilməsi xalqı acınacaqlı duruma salmışdı. Dövlət idarəetməsində heç bir təcrübəsi olmayan şəxslərin vəzifəyə gətirilməsi suverenliyimizə təhdid yaratmışdı. Bütün ölkələrlə münasibətlər korlanmış, bəzi ölkələrə qarşı iddialar irəli sürməklə Azərbaycanı qonşu ölkələrlə düşmən etmişdi və ölkəni təcrid olunmuş vəziyyətə salmışdı. Vəzirov-Mütəllibov rejimi, daha sonra Xalq Cəbhəsi-Müsavat cütlüyü Azərbaycanı Heydər Əliyev yolundan döndərməyə çalışıb. Müstəqilliyin ilk illərində sağlam düşüncənin səsinə qulaq asıb, böyük siyasi xadimi respublika rəhbərliyinə dəvət etsəydilər, Azərbaycan 20 Yanvar, Xocalı faciələrini görməz, Laçın, Şuşa xəyanətlərinin qurbanı olmaz, ölkə ərazisinin 20 faizi işğal edilməz, dövlət müstəqilliyimiz ağrılı və əzablı yollardan keçməzdi. 1991-1993-cü illər ərzində dövlətin suveren mövcudluğuna təhdid yaradan bütün amillər ölkəmizdə yaşanmışdır. 1993-cü ildə respublikada artıq həyatın bütün sahələrini böhran bürümüşdü. Dövlət əmlakının açıq-aşkar mənimsənilməsi halları kütləvi xarakter daşıyırdı və dövlət əmlakının talan edilməsi adı hala çevrilmişdi. Ölkənin ehtiyat mənzil fondu AXC hakimiyyətinin ilk aylarında satılıb mənimsənilmişdir. Kriminal düşüncəli adamlar dövlət başına vəzifəyə gətirilirdi, ölkədə mənəviyyatsızlıq hökm sürürdü. Hakimiyyətə gələndən sonra AXC üzvləri dərhal bir-biri ilə mübarizəyə başlamışdılar. Hakimiyyət daxilində qruplaşmalar yarandı və birincilik uğrunda biri birinə qarşı mübarizə aparıldı. Prezident ölkədə real vəziyyətdən, cəbhədəki durumdan bixəbər idi. Ali Baş komandan olduğunu unutmuş bu şəxs nazirlərin fəaliyyətinə nəzarət etməyi lazım bilmirdi. Beləliklə, AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti ölkədə anarxiya, xaos, özbaşınalığın tüğyan etməsi, iqtisadiyyatın çökməsi, əhalinin sosial durumunun son dərəcə ağırlaşması, torpaqların işğalı ilə nəticələndi, Şuşanı, Laçını düşmənə təhvil verdi. Hakimiyyəti zəbt etmiş qüvvələrin xəyanəti nəticəsində 1993-cü ilin aprel ayında Kəlbəcər işğal altına düşdü. Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Heydər Əliyevin simasında görürdü. Dövlətçilik anlayışından bixəbər olan və hərbi birləşmələri əslində öz məqsədləri üçün istifadə edən ayrı-ayrı şəxslərin hədələrindən qorxub gizlənmiş və bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat cütlüyü sonda Heydər Əliyevdən imdad istədi.
 1993-cü il iyunun 9-da Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəldi. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir. Xilaskarlıq missiyasını öz üzərinə götürən Heydər Əliyev Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq dərhal Gəncəyə yollandı və orada baş qaldırmış qiyamın qarşısını aldı. Bundan əlavə, Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi. 
Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız azərbaycançılıq ideyaları ətrafında birləşdi. Azərbaycan xalqının taleyində böyük əhəmiyyəti olan günlərdən biri və tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz təməlləri qoyuldu. 1993-cü il iyunun 15-də Heydər Əliyev  Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmişdir. 1993-cü il iyunun 24-də Milli Şuranın qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətləri Ali Sovetin sədri Heydər Əliyevə verilmişdir. 1997-ci ilin  iyun ayında isə Milli Məclis 15 iyun gününü bayram elan etmişdir. 1993-cü ilin 15 iyun tarixi gün, eyni zamanda, Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir. Ulu Öndərin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi.
Bəli, dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir.
Azərbaycan xalqı 1993-cü ildə böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ümummilli Lider andiçmə mərasimindəki nitqində deyib: “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.” Heç şübhəsiz ki, Azərbaycanın müasir siyasi sistemi məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1992-ci ilin noyabrında Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılması və Heydər Əliyevin partiyaya sədr seçilməsi faktiki olaraq Azərbaycanda müasir siyasi sistemin yaranmasına səbəb olmuşdur. Çünki Yeni Azərbaycan Partiyası ovaxtkı antimilli iqtidara qarşı müxalifət kimi yaranmışdır. Yeni Azərbaycan Partiyasının yaranması bütün Azərbaycanda böyük əks-səda vermişdir. Azərbaycanın müxtəlif bölgələrindən partiyaya üzv olmaq istəyənlərin axını müşahidə edilirdi və qısa müddət ərzində Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsinə çevrilmişdir. Ulu Öndər Heydər Əliyevin adı tariximizə Vətənin və xalqın xilaskarı kimi yazılıb. Cəmiyyətdə elə bir ümumi fikir yaranmışdı ki, ölkəni düşdüyü bu ağır vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Ulu Öndər Heydər Əliyevdir.
Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti, uzaqgörənliyi sayəsind xalqımız azərbaycançılıq ideyaları ətrafında birləşdi.  Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, Vətəninə həsr etmiş müdrik dövlət xadimi Ulu Öndər Heydər Əliyevin adı tariximizə həm də müstəqilliyimizin memarı, yeni Azərbaycanın banisi kimi yazılıb. “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır” – deyən Ümummilli Lider problemlərin həlli üçün, ilk növbədə, bütün səylərini ölkədə vətəndaş həmrəyliyinin, sabitliyin təmin olunmasına yönəltdi və buna nail oldu. Böyük risklərə baxmayaraq, Ulu Öndər dövlətin və dövlətçiliyin qorunması məsuliyyətini öz üzərinə götürdü. Ümummilli Lider Heydər Əliyev problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”.

 Ulu Öndərin tarixi missiyası üç mühüm amilə söykənirdi: 
• xalqın Heydər Əliyevə olan möhkəm, sarsılmaz inamı və dəstəyi; 
• Heydər Əliyev şəxsiyyətinin böyüklüyü, qüdrəti, əzəməti; 
• Heydər Əliyevin mənsub olduğu Azərbaycan xalqına, Vətəninə sonsuz və təmənnasız sevgisi;
 Qurtuluşun rəmzləri:
• Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etdi. 
• Asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu. 
• Nizami ordu yaradıldı, Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişəsinin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. 
• İdarəetmə sistemi formalaşdırıldı, insanlara öz dövlətinə inamı qaytarıldı. 
• Neft müqavilələri imzalandı, Azərbaycanın iqtisadi dirçəlişinin əsası qoyuldu.
• Qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son qoyuldu.
• İlk parlament seçkiləri keçirildi və referendum yolu ilə Konstitusiya qəbul edildi.
• Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırıldı, ölkənin dünya birliyinə inteqrasiyası prosesi başlandı. 
• Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı.
Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə Heydər Əliyevin öz xalqının iradəsinə tabe olaraq ölkə rəhbərliyinə qayıtması, əslində, onun müstəqil Azərbaycan Respublikasını, Azərbaycan xalqını, milli azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı könüllü olaraq öz üzərinə götürməsi idi. 1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların bünövrəsidir. Həmin illərdə görülmüş işlər sayəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu, beynəlxalq aləmdə daxili siyasətlə bağlı bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirdi, dünyada böyük hörmətə malik oldu. Ölkə daxilində başlanan islahatlar dövlətimiz üçün həlledici rol oynamışdır. 
Bəli, bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır. Məhz Ulu Öndərin ordu quruculuğu istiqamətində başladığı işlər və müəyyənləşdirdiyi strategiya sayəsində bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır, texniki təchizat baxımından bir çox ölkələrin ordularını üstələyir.
"Ömrümün qalan hissəsini də xalqıma qurban verirəm" deyib meydana atılan böyük ürəkli Vətən oğlunun öz xalqı, öz Vətəni qarşısında misilsiz fədakarlıqları saymaqla bitməz. Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. Ulu Öndər fəaliyyət göstərdiyi bütün sahələrdə özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir. Ulu Öndər güclü xarizmatik şəxsiyyət, fenomenal siyasətçi və dövlət xadimi idi. Heydər Əliyevin ən böyük gücü dərin, universal biliyində, qətiyyətində, işgüzarlığında, hökmündə, qeyri-adi yaddaşında, tükənməz səbrində, müsahibini təmkinlə dinləmək bacarığında, uzaqgörənliyində, qarşısına qoyduğu məsələni həyata keçirmək qabiliyyətində, müdrikliyində, siyasətçi keyfiyyətlərində, mahir diplomat olmasında, həmsöhbətinə təsir etmək gücünə malik olmasında idi. Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Ümummilli Liderin məcburi köçkünlər qarşısında çıxışlarının birində böyük inamla söylədiyi fikir: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya bilmərik”. Ulu öndər Heydər Əliyevin arzuları 27 ildən sonra reallaşdı, Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Bu gün Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə üçrəngli bayrağımız əzəmətlə dalğalanır.
 
 Bu gün Azərbaycan Respublikasının Prezidenti    İlham Əliyev Ümummilli Liderimizin siyasi kursuna sadiq qalaraq müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır. Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Ümummilli Liderin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz yeni nailiyyətlər qazanaraq güclü və nüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirib. Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu, səmərəli daxili və xarici siyasət həm Azərbaycanın yüksəlişi və inkişafında, milli maraqların qorunmasında, həm də ölkəmizin dünya siyasi arenasında layiqli yer tutmasında öz ifadəsini tapır. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən ölkə kimi tanınmasını şərtləndirib. Qurtuluş gününün xalqımız və dövlətimiz üçün nə qədər mühüm tarixi gün olduğu dövlət başçısı İlham Əliyevin fikirlərində əz əksini tapmışdır: “Danılmaz həqiqətdir ki, Azərbaycanın müasir və müstəqil dövlət kimi mövcudluğu, inkişafı XX əsrdə ikinci dəfə qazandığımız müstəqilliyin ilk illərinə təsadüf edən Milli Qurtuluş Günü ilə əlaqədardır. Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”.
Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfər də Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamının məntiqi nəticəsidir. Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. “Mən xoşbəxt insanam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan!” - Prezident İlham Əliyev 8 noyabr 2020-ci il.
Bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev azad edilmiş torpaqlarda infrastruktur layihələrinin təməlini qoyur, Şuşada Novruz tonqalı alovlandırır, Böyük Qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirir. Xalqımız əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha uca zirvələr fəth ediləcək, düşmənin yerlə-yeksan etdiyi Qarabağ dünyanın ən gözəl guşələrindən birinə çevriləcək.

 

Zeynalov Əmirxan İsmixan oğlu – Laçın rayon Ağsaqqallar Şurasının sədr müavini





Oxşar xəbərlər
Xəbər lenti
Namidə İsayeva – Media və Tibb sektorunun etibarlı körpüsü
2025-12-03
"Ulu Öndər Azərbaycanın iqtisadi müstəqilliyinin real təminatını yaratdı" - ŞƏRH
2025-12-02
Qahirədəki görüş ölkəmizin iqtisadi diplomatiyada yeni nüfuz dairəsinin başlanğıc nöqtəsi olacaq”
2025-12-02
Deputat: Əməkhaqqı, pensiya və sosial müavinətlərin artırılması real iqtisadi dayaqlara söykənir
2025-12-02
Bakıda Azərbaycan və Belarus hərbi mütəxəssisləri görüşüblər
2025-11-25
Kəlbəcər mərhələ-mərhələ sakinlərinə qovuşur
2025-11-25
Fəzail Ağamalı partiyasının üzvlərini TƏBRİK ETDİ
2025-11-24
Millət Vəkili Gunay Ağamali Salyanda vətəndaşlarla qəbul keçirdi.
2025-11-23
Azərbaycanın “C5+1” formatında iştirakı regiondakı sabitlik mexanizmlərini möhkəmləndirir” Deputat
2025-11-23
Qubada Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 33-cü ildönümü münasibətilə tədbir keçirilib.
2025-11-23
“Anlaşma Memorandumu Azərbaycan–BƏƏ strateji tərəfdaşlığının sosial və iqtisadi müstəvilərdə dərinləşməsinə xidmət edir” – ŞƏRH
2025-11-22
Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin siyasi irsininin institusional təcəssümüdür.
2025-11-20
"Zəngəzur dəhlizi təkcə regional nəqliyyat layihəsi deyil" - ŞƏRH EDİLDİ
2025-11-20
Yeni Azərbaycan Partiyasının 33 illik şərəfli inkişaf yolu
2025-11-20
Yeni Azərbaycan Partiyası: Xalqın inamı və rifahın təminatı
2025-11-20
Yeni Azərbaycan Partiyası - Dövlətçiliyin və Sabitliyin Təminatçısı
2025-11-20
Viran edilmiş Ağdam bu gün yeni həyata qovuşur
2025-11-20
Yeni Azərbaycan Partiyasının yaranması: tarixi zərurət, milli iradə və inkişafın başlanğıcı
2025-11-20
"Ağdam Zəfəri tarixi ədalətin, siyasi iradənin və milli birliyin ən parlaq nümunəsidir" - DEPUTAT
2025-11-20
Konstitusiyamız – Müstəqil Dövlətçiliyimizin Hüquqi Təməli və Qürur Mənbəyi
2025-11-12
Qazi Mustafa Kamal Atatürkün vəfatından 87 il ötür: DEPUTAT
2025-11-10
8 Noyabr –Zəfərimizin və milli qürurumuzun təntənəsidir! 
2025-11-10
"İntellektual gənclər Azərbaycanın gələcəyidir
2025-11-09
"Zəfərimiz beynəlxalq aləmdə strateji dönüş etdi" - MİLLƏT VƏKİLİ
2025-11-09
Deputat: Şanlı bayrağımız azadlığımızın, müstəqilliyimizin, milli qürurumuzun simvoldur
2025-11-09
"Dövlətə sədaqət, məsuliyyət və vicdanla xidmət etmək ən ali vətənpərvərlik nümunəsidir"
2025-11-09
"8 Noyabr Azərbaycan xalqının əyilməz ruhunun, sarsılmaz iradəsinin, dövlətinə və Prezidentinə sonsuz sədaqətinin rəmzidir" - DEPUTAT
2025-11-09
Göygöl rayonunda 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümünə həsr olunmuş “Suveren Azərbaycanın Qələbə Salnaməsi” adlı ümumrayon tədbiri keçirilib
2025-11-09
Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimiz, qürur mənbəyimizdir
2025-11-09
Günay Ağamalı: “Bu gün Şuşa şəhəri yenidən doğulur” admin  08 Noyabr 2025 
2025-11-08