image image

Müasir metodlarla maarifləndirmə işləri apararaq narkomaniyaya qarşı effektiv nəticələr əldə etmək olar - Kənan Kenan Qubadzade 

image

 

Narkomaniya əsrin bəlasıdır. Ağ ölümlə mübarizə artıq dünyanı ağuşuna almış bir problemdir. Narkomaniyaya qarşı mübarizə ölkəmizdə də  daim diqqətdə saxlanılır, ciddi işlər həyata keçirilir. Bu işlər çərçivəsində narkomaniyaya qarşı mübarizə ilə bağlı çoxsaylı hüquqi dövlət aktları, proqramları qəbul olunub. Bu da narkomaniyaya qarşı mübarizə ilə bağlı aparılan işlərin bariz nümunəsidir. Məlumdur ki, narkomaniya hüquqi və tibbi bir problemdir. Hər iki istiqamətdə çox geniş işlər həyata keçirilir. Ölkəmizdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası fəaliyyət göstərir. Bu komissiyanın tərkibində fəaliyyət göstərən İşçi Qrupu çoxsaylı tədbirlər həyata keçirir. Biz təşkilat olaraq bu İşçi Qrupu ilə sıx əməkdaşlıq edirik.

 

Bu fikirləri  açıqlamasında Narkotizmlə Mübarizə İctimai Birliyinin icraçı direktoru Kənan Qubadzadə bildirdi.

 

O, qeyd etdi ki, eyni zamanda, hər gün kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə Daxili İşlər Nazirliyinin tabeliyində olan Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən nə qədər xüsusi əməliyyat tədbirləri həyata keçirildiyini görürük. Narkotizmlə Mübarizə İctimai Birliyi olaraq bu sahədə maarifləndirmə işində yaxından iştirak edirik. Çalışırıq ki, bu istiqamətdə dövlətin həyata keçirdiyi siyasətə biz də öz töhfəmizi verək. Narkotizmlə Mübarizə İctimai Birliyi olaraq QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən keçirilən xüsusi qrant müsabiqələrinin qalibi oluruq. Onu da qeyd edim ki, Agentlik narkomaniyaya qarşı mübarizə ilə bağlı mövzulara çox həssas yanaşır. Biz də təşkilat olaraq bu istiqamətdə qalib olduğumuz layihələri ən yüksək səviyyədə keçiririk. Layihə çərçivəsində günün tələbinə uyğun olaraq qısametrajlı filmlər və sosial çarxlar hazırlayaraq cəmiyyətin maarifləndirilməsinə töhfə verməyə çalışırıq.

Kənan Qubadzadə bildirdi ki, Narkotizmlə Mübarizə İctimai Birliyi cari il üçün də nəzərdə tutulmuş layihənin də qalibi olub. Agentlik tərəfindən elan olunmuş “Ağ ölümlə mübarizə” layihəsinin qalibiyik. Biz bu istiqamətdə də artıq işlərə start vermişik. Builki layihə çərçivəsində Qəbələ, İsmayıllı və Bakı şəhərində gənclərlə görüşlərimiz olacaq. Həmin görüşlərdə təşkilat olaraq çəkəcəyimiz qısametrajlı sosial çarxın təqdimatını edəcəyik. Düşünürük ki, bu cür müasir metodlarla təbliğat-maarifləndirmə işləri həyata keçirərək narkomaniyaya qarşı mübarizədə effektiv nəticələr əldə etmək mümkündür. Onu da deyim ki, təşkilat olaraq bu sahədə Daxili İşlər Nazirliyi ilə yaxından əməkdaşlıq edirik. Bu istiqamətdə daha çox maarifləndirmə işləri həyata keçirməklə gənclərin pis vərdişlərə meyillənməsinin qarşısını almaq mümkün olacaq.





Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...