image image

Tarixi Qələbəyə aparan yol

image

 

Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanı müstəqilliyinin bərpasının ilk illərinin təlatümlərindən, sarsıntılarından uğurla çıxardı, gələcəyə inamla baxan bir dövlətə çevrildi. Sabitliyi hər bir inkişafın əsası kimi dəyərləndirən Ulu Öndərin  düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində ölkəmizdə sabitlik təmin edildi.
İqtisadi müstəqilliyi Azərbaycanın qüdrətlənməsi, ölkə əhalisinin sosial müdafiəsinin etibarlı təminatı üçün başlıca şərt kimi önə çəkən Ulu Öndər Heydər Əliyev  iqtisadiyyatı bərbad hala salınan respublikanın sərbəst iqtisadiyyat sisteminə keçməsini, mövcud olan təbii resurslardan səmərəli istifadəni, önəmli islahatların tətbiqini çıxış yolu kimi dəyərləndirdi. 1994-cü il 12 may tarixində Ermənistanla atəşkəs sazişinin imzalanmasından sonra elə həmin ilin 20 sentyabr tarixində “Əsrin müqaviləsi”nin imzalanması ilə  neft strategiyasını müəyyənləşdirən, Azərbaycana investisiya axınını iqtisadi böhrandan çıxış yolu hesab edən Ulu Öndər Heydər Əliyev geosiyasi baxımdan əlverişli şəraitdə yerləşən respublikanın iqtisadi-sosial, elmi- texniki potensialını da hazırladığı neft strategiyasının həllinə yönəltdi.
1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqların bünövrəsidir. Həmin illərdə görülmüş işlər sayəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu, beynəlxalq aləmdə daxili siyasətlə bağlı bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirdi, dünyada böyük hörmətə malik oldu. Ölkə daxilində başlanan islahatlar dövlətimiz üçün həlledici rol oynamışdır.  Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır. Məhz Ulu Öndərin ordu quruculuğu istiqamətində başladığı işlər və müəyyənləşdirdiyi strategiya sayəsində bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır, texniki təchizat baxımından bir çox ölkələrin ordularını üstələyir.
Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. Ulu Öndər fəaliyyət göstərdiyi bütün sahələrdə özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir.
Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Onun məcburi köçkünlər qarşısında çıxışlarının birində böyük inamla söylədiyi “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya bilmərik” fikirləri tarixi ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətimizin, real həqiqətlərə söykənən təbliğatımızın sonda qalibiyyətlə nəticələnəcəyinə əminliyin ifadəsi idi. Ümummilli Lider  Heydər Əliyevin arzuları 27 ildən sonra reallaşdı. Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdi. Bu gün Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Xankəndidə, Xocalıda, Xocavəndddə üçrəngli bayrağımız əzəmətlə dalğalanır. Son 20 ildən artıq Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanın müstəqillik tarixinin Zəfər səhifələrini daha da zənginləşdirir, tarixi ədalətə əsaslanan hədəflərimizə nail olmaq üçün səylər göstərir. Prezident İlham Əliyev çıxışlarında bu mühüm məqamı da xüsusi qeyd edir ki, danılmaz həqiqətdir Azərbaycanın müasir və müstəqil dövlət kimi mövcudluğu, inkişafı XX əsrdə ikinci dəfə qazandığımız müstəqilliyin ilk illərinə təsadüf edən Milli Qurtuluş Günü ilə əlaqədardır. Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi.
Cənab İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib.  Qeyd etdiyimiz kimi, qazanılan möhtəşəm Zəfər də Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurlu davamının məntiqi nəticəsidir. Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqa çatdırarkən böyük qürur hisi ilə bildirdi: “Mən xoşbəxt insanam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun, Azərbaycan!”
Tarixi Zəfərimizin yaratdığı reallıqlar fonunda atılan addımlar sırasında 15 iyun 2021-ci il tarixdə imzalanan Şuşa Bəyannaməsi tariximizin mühüm hadisəsi kimi daim vurğulanır. Milli Qurtuluş Gününə təsadüf edən bu sənəd dərin köklərə malik olan, tarixin sınaqlarından şərəflə çıxan Azərbaycan və Türkiyə münasibətlərinin gələcək inkişafının yol xəritəsidir. Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə imzaladığı bu Bəyannamə iki dost ölkənin dostluğunun, qardaşlığının, müttəfiqliyinin rəsmiləşdirilməsi oldu. Şuşa Bəyannaməsində yer alan günümüzün aktual məsələləri sırasında Azərbaycan və Türkiyə diaspor təşkilatlarının birgə fəaliyyətlərini, eyni zamanda, media sahəsində əməkdaşlığı da xüsusi qeyd etməliyik. Azərbaycan-Türkiyə Media Platformasının yaradılması strateji qərar olmaqla hər iki dövlətin maraqları baxımından perspektivlərə hesablanıb. Reallıq budur ki, Ermənistan havadarlarının dəstəyi ilə Azərbaycana qarşı torpaq iddiası irəli sürməklə yanaşı, qardaş ölkəyə qondarma “erməni soyqırımı” məsələsi ilə çıxış edir. Türkiyə bu məsələnin həlli ilə bağlı tarixçilərdən ibarət Azərbaycan-Türkiyə birgə komissiyasının yaradılması və dünya arxivlərinin açılması təşəbbüsünü irəli sürsə də qarşı tərəf fakt qarşısında acizliyini dərk etdiyi üçün müxtəlif bəhanələrlə bu məsələdən yayındığını, bununla tarixçilərin deyil, siyasətçilərin məşğul olduğunu bəyan etməklə illərdir apardıqları təbliğatın  saxtalığını təsdiqləyir. Beynəlxalq təşkilatlarda vahid mövqedən çıxış edərək dünyaya ədalət, beynəlxalq hüquq anlayışlarının mahiyyətini və mövcudluğunu  çatdıran iki qardaş ölkə həm diaspor təşkilatlarının birgə fəaliyyətini genişləndirməklə, həm də  yaratdıqları Media Platforması ilə həqiqətlərinin təbliğində uğurlara imza atırlar. Şuşa Bəyannaməsində bu müdda əks olunub ki, tərəflər Ermənistanın Türkiyəyə qarşı əsassız iddialarının, tarixin təhrif olunması və tarixi faktların təhrif olunmaqla siyasiləşdirilməsi cəhdlərinin regionda sülhə və sabitliyə ziyan vurduğunu vurğulayaraq bu kontekstdə 1915-ci il hadisələri ilə bağlı olaraq öz arxivlərini açan Türkiyənin Ermənistandakı və digər ölkələrdəki arxivlərin açılması və bu mövzuda tarixçilər tərəfindən araşdırmaların aparılmasına yönəlmiş səylərini qətiyyətlə dəstəkləyirlər. Azərbaycan-Türkiyə Media Platformasının imkanları nəzərə alınmaqla, iki ölkənin aidiyyəti qurumları arasında informasiya, kommunikasiya və ictimai diplomatiya sahələrində əməkdaşlığı daha da gücləndirəcək və bu çərçivədə xarici işlər nazirlikləri arasında davamlı olaraq informasiya üzrə sıx məsləhətləşmələr və mübadilələr həyata keçiriləcək. Ümumilikdə Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının, müttəfiqliyinin bütün istiqamətlərdə təsdiqi və bu birliyin sarsılmazlığının, hər iki ölkənin daim bir-birinin yanında olmasının və bundan sonra da birgə addımlayacaqlarının Qarabağdan, Şuşadan verilən mesajıdır: Biz bir yerdəyik, bir yerdə olacağıq, gücümüz də gündən-günə artacaq.
Cənab İlham Əliyev bu günlərdə TÜRKPA-nın növbəti plenar iclasının iştirakçılarını qəbul edərkən çıxışında diqqəti iyulda Şuşada keçitiləcək Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünə yönədərək bildirdi ki, Zirvə görüşünün Şuşada keçirilməsi təbii ki, böyük rəmzi məna daşıyır. Şuşa 4 ilə yaxındır ki, işğaldan azad edilib və orada sürətlə quruculuq-bərpa işləri aparılır. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderləri Şuşaya səfərlər etmişlər. Türkiyə Prezidenti, Özbəkistan Prezidenti, Qazaxıstan Prezidenti, Qırğızıstan Prezidenti Ağdama və Füzuliyə səfər etmişdir. Yəni bu, işğal edilmiş torpaqların bərpası üçün, əlbəttə, böyük məna daşıyır: “Biz bir daha qardaş dəstəyini hiss edirik, bütün Azərbaycan xalqı bunu hiss edir. Onu da bildirməliyəm ki, azad edilmiş torpaqlarda qardaş ölkələrin təşəbbüsü və maliyyə dəstəyi ilə artıq bir məktəb və bir incəsənət mərkəzi fəaliyyətə başlamışdır… Bütün bunlar bir daha birliyimizi göstərir.”

Fəxrəddin Vəliyev,
YAP Şəmkir rayon Təşkilatının sədri





Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...