Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
SİYASƏT
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
SİYASƏT
Kəlbəcərdə yeni həyat başlayır
SİYASƏT
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
SİYASƏT
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
SİYASƏT
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
SİYASƏT
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
SİYASƏT
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
SİYASƏT
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
SİYASƏT
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
SİYASƏT
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
SİYASƏT
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
SİYASƏT
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
SİYASƏT
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
SİYASƏT
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
SİYASƏT
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
SİYASƏT
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
SİYASƏT
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
SİYASƏT
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
SİYASƏT
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
SİYASƏT
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
SİYASƏT
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
SİYASƏT
Uzaqgörən və qətiyyətli siyasət
SİYASƏT
Ağdamın Zəfər və quruculuq salnaməsi 
SİYASƏT
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
SİYASƏT
Tarixi Zəfərdən Böyük Qayıdışa 
SİYASƏT
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
SİYASƏT
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
SİYASƏT
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
SİYASƏT
20 Noyabr - Ağdam Şəhəri Günü xalqımızın tarixi Zəfərinin, doğma torpaqlara qayıdışının və yenidənqurma prosesinin rəmzidir.

COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı qərar Azərbaycana olan böyük etimadın təzahürüdür

2024-05-07 14:31:51 189 baxış
Xəbər şəkil

 

Hər bir ölkəni dünya birliyi üçün cəlbedici edən cəhətlərdən ən önəmlisi onun beynəlxalq imicidir. Bu kontekstdən çıxış edən beynəlxalq təşkilatlar öz tədbirlərini keçirərkən ölkənin imkan və resursları ilə yanaşı, qlobal miqyasda mövqelərini də nəzərə alırlar. Müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınan Azərbaycan Cənubi Qafqazın lider dövləti olmaqla yanaşı, bölgənin iqtisadi, siyasi və humanitar mərkəzi kimi də çıxış edir. Ölkəmizdə beynəlxalq təşkilatların çoxsaylı siyasi, iqtisadi və humanitar mövzulara həsr olunmuş tədbirləri keçirilir. Bu baxımdan ölkəmizdə keçiriləcək COP29 Azərbaycanın bu nümunəvi təcrübəsinə, potensialına və perspektivlərinə nəzər salmaq imkanı yaradacaq. 
Hər kəsə məlum olduğu kimi hər il fərqli bir ölkənin ev sahibliyi etdiyi 29-cu "Tərəflərin Konfransı (COP)" noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək. Bundan əvvəlki tədbir - COP28 keçən il Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində baş tutub. COP29-un bir sıra iqlim dəyişikliyi məsələlərini müzakirə etmək və danışıqlar aparmaq üçün dünya liderlərini, hökumət rəsmilərini, alimləri, QHT-ləri və digər maraqlı tərəfləri bir araya gətirən böyük tədbir olacağı gözlənilir. 
"Azərbaycan yekdil qərarla COP29-a ev sahibliyi edəcək ölkə kimi seçildi. Biz indi öz rolumuzu körpülərin salınmasında görürük". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev mayın 1-də Bakıda "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində bildirib. Tariximiz, coğrafiyamız, qarşılıqlı əlaqələrimiz, Avropa təsisatları ilə münasibətlərimiz, eyni zamanda, Qərb ilə Şərq arasında yerləşməyimiz sayəsində çox işlər görə biləcəyimizi qeyd edən dövlət başçısı deyib: "Maliyyə COP29-un əsas mövzusu olacaq. Amma bizə həmrəylik və qarşılıqlı etimad lazımdır".
Postmüharibə dövründən sonra Azərbaycanın yaratdığı reallıqları ehtiva edən məsələlərin geniş şəkildə müzakirə edidiyi belə bir mötəbər forumun COP29 ərəfəsində keçirilməsi Azərbaycana diqqətin artmasına vəsilə olacaq. Ölkəmiz qlobal xarakterli mötəbər tədbirləri yüksək səviyyədə təşkil etmək bacarığını dəfələrlə nümayiş etdirib. Dinamik inkişafa nail olan Azərbaycanın belə nəhəng tədbirləri təşkil etmək üçün müasir infrastruktura malik və təhlükəsizlik baxımından sabit ölkə olması bütün dünya ictimaiyyəti tərəfindən təqdir edilir.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının ölkəmizdə keçirilməsi ekoloji fəaliyyəti daha da aktivləşdirib. Prezident İlham Əliyev tərəfindən 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi uzunmüddətli və məqsədyönlü siyasətin məntiqi nəticəsidir. Hər iki mühüm hadisə ətraf mühitin mühafizəsi sahəsində görüləcək işlərin daha da sürətləndirilməsinə stimul verəcək.
Ümumilikdə, ölkəmizin müstəqillik tarixinə  diqqət etsək, birmənalı şəkildə və əminliklə deyə bilərik ki, Azərbaycan iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə davamlı olaraq öz töhfəsini verib. Bu təşəbbüslər ölkəmizin prosesdə israrlı olduğunu bir daha təsdiq edir. Tarixi Zəfərimizdən sonra regionda yaranan yeni reallıqlar fonunda Azərbaycanın sosial-iqtisadi və siyasi uğurları qarşıdakı illərdə Şərqlə Qərbin qovşağı olan Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır. Azərbaycan Prezidentinin qənaətinə görə, inkişafın bütün sahələri əhatə etməsi üçün sağlam insan konsepsiyasına sadiqlik, bu məqsədlə gələcək illərdə iqtisadi və demoqrafik artımdan ətraf mühitə gələ bilən risklərin azaldılması, uzun illər ərzində yaranan ekoloji problemlərin kompleks həlli və davamlı inkişaf zərurətdir.
Azərbaycan bəşəriyyəti narahat edən aktual qlobal problemlərin həllində fəal iştirak etməyi vacib hesab edir. Çünki ölkəmiz 30 il ərzində işğalçı Ermənistanın yürütdüyü ekosid siyasətindən əziyyət çəkib, onun flora və faunası, su hövzələri, çayları həmin dövrdə sözün əsl mənasında barbar münasibətə məruz qalıb. Azərbaycan ekoloji terrorla üzləşmiş ölkədir. Bu mənada, ekoloji fəsadlar və iqlim dəyişmələri ölkəmiz üçün də əsas qlobal problemdir. Qlobal istiləşmə prosesini ləngitmək üçün atmosferə buraxılan istixana qazı tullantılarının miqdarını əhəmiyyətli dərəcədə azaltmaq lazımdır. Məhz buna görə indi bir çox ölkələr "sıfır emissiya"ya nail olmaq niyyətində olduqlarını bəyan edirlər. Ona görə də Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri arasında ekoloji problemlərə və iqlim dəyişmələrinə daha çox diqqət ayıran, bu istiqamətdə beynəlxalq təşəbbbüsləri fəal surətdə dəstəkləyən ölkə də məhz Azərbaycandır. Elə BMT-nin məhz bu amili əsas götürərək COP29-un ölkəmizdə keçirilməsi qərarı həqiqətən də əlamətdar hadisədir.
Ümumiyyətlə COP29, Azərbaycan üçün sadəcə bir konfrans deyil, həm də ölkənin yaşıl enerji və iqtisadiyyat sahəsindəki iradəsini, potensialını dünya ictimaiyyətinə nümayiş etdirmək imkanıdır. Bu konfrans, Azərbaycanın Qlobal Cənub ölkələri ilə münasibətlərini gücləndirmək, Avropa ölkələri ilə daha sıx əlaqələr qurmaq və ölkənin iqtisadiyyatını neft və qaz hasilatçısı yönümündən azaltmaq istiqamətində əhəmiyyətli addımlar atmaq üçün bir fürsət yaradır.
Azərbaycan, COP29-a ev sahibliyi etməklə yaşıl enerji sahəsindəki fəaliyyətlərinin tanınması və ölkənin bu sahədəki potensialının vurğulanması üçün böyük imkan qazanır. Son illərdə, Azərbaycan enerji strukturlarını çeşidləndirməklə yenilənən enerji mənbələrinə, məsələn, külək və günəş enerjisinə keçid etməkdə ciddi addımlar atmaqdadır. Bu addımlar, Azərbaycanın yaşıl enerji istiqamətindəki iradəsini və potensialını dünya ictimaiyyətinə nümayiş etdirir.

 

Yalçın Abdullazadə,
YAP Salyan rayon təşkilatının məsləhətçisi, 
“Vətən Müharibəsi” iştirakçısı





Oxşar xəbərlər


Xəbər lenti
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
2026-11-26
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
2026-11-26
Kəlbəcərdə yeni həyat başlayır
2026-11-25
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
2026-11-25
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
2026-11-24
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
2026-11-24
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
2026-11-24
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
2026-11-24
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
2026-11-23
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
2026-11-23
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
2026-11-23
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
2026-11-23
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
2026-11-22
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
2026-11-22
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
2026-11-22
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
2026-11-22
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
2026-11-22
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
2026-11-21
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
2026-11-20
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
2026-11-20
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
2026-11-20
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
2026-11-20
Uzaqgörən və qətiyyətli siyasət
2026-11-20
Ağdamın Zəfər və quruculuq salnaməsi 
2026-11-20
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
2026-11-20
Tarixi Zəfərdən Böyük Qayıdışa 
2026-11-20
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
2026-11-19
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
2026-11-19
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
2026-11-19
Sağlam uşaqlar sağlam gələcəyin təməlidir
2026-11-19