image image

Dünyanın diqqəti Azərbaycanda

image

 

Bu günlər bütün dünyanın diqqəti Azərbaycana yönəlib. Bakıda "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Ölkəmizə 110 ölkənin 700 nümayəndəsinin gəlməsi Forumun möhtəbərliyindən və nüfuzundan xəbər verir. Bakı prosesi dünya dövlətlərinin nüfuzlu siyasətçilərini, ziyalılarını, vətəndaş cəmiyyətinin nümayəndələrini bir araya gətirdi.

Tədbirdə çıxış edən Prezident İlham Əliyev Azərbaycanda tolerantlığın, multikulturalizmin yüksək səviyyədə olması, hələ də bəzi Avropa dövlətlərinin neokolonializm siyasəti həyata keçirdiyi və digər xalqlara müstəmləkə kimi yanaşmaları barədə çıxış etdi. Ölkə başçımızın çıxışı dünyanın bir çox dövlətlərinin nüfuzlu, kütləvi informasiya vasitələrində ətraflı işıqlandırıldı, dünyanın siyasi ekspertləri və analitikləri Prezident İlham Əliyevin güclü siyasətçi, mahir diplomat, beynəlxalq hüquqa hörmətlə yanaşan, dövlətinin və xalqının milli maraqlarını hər şeydən üstün tutan bir dövlət başçısı olduğunu vurğuladılar.

Azərbaycanda mövcud tolerantlıq və multikulturalizm, dəyərlərə olan hörmət dünyaya bir nümunədir. Ölkəmizdə müxtəlif dinə, dilə malik xalqların nümayəndələri bir ailə kimi yaşayır. Azərbaycanda fəaliyyət göstərən bütün dini icmalara ölkə rəhbərliyi tərəfindən böyük diqqət və qayğı göstərilir. Vətən müharibəsi dövründə Azərbaycanda yaşayan bütün xalqlar öz Prezidentinin ətrafında sıx birləşdi. Onlar yeganə vətənlərinin Azərbaycan olduğunu bütün dünyaya çatdırdılar. Məhz bu birlik nəticəsində Azərbaycan 30 il Ermənistan işğalında olan torpaqlarını azad etdi.

Prezident İlham Əliyev hər zaman beynəlxalq hüququn prinsiplərinə hörmətlə yanaşmaq siyasəti həyata keçirib. Əfsuslar olsun ki, beynəlxalq təşkilatlar 30 il Azərbaycan torpaqlarının işğalda qalmasına göz yumdular. BMT Təhlükəsizlik Şurası Ermənistanın Azərbaycan ərazisindən qoşunlarının çıxarılması barədə 4 qətnamə qəbul etsə də, bu qərara səs verən dövlətlər qərarın icrası üçün heç bir iş görmədi. Azərbaycan hər zaman sülhə, bərabərliyə, ədalətə, o cümlədən, bəşəriyyətin gələcəyinə müsbət təsir göstərən işlərə xidmət edən siyasət həyata keçirir. COP-29 kimi dünyanın ən nüfuzlu tədbirinin Azərbaycanda keçirilməsi barədə dünya dövlətlərinin yekdil qərarı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə verilən böyük dəyərdir. Azərbaycan həmişə dövlətlərin sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmətlə yanaşıb, digər dövlətlərin və xalqların azad, müstəqil yaşamaq hüququna malik olmaları siyasəti həyata keçirir. Bəzi Qərb dövlətləri, xüsusən Fransa XXI əsrdə də müstəmləkəçilik, neokolonializm siyasəti həyata keçirir. Azərbaycan Fransa müstəmləkəsindən əziyyət çəkən dövlətlərlərə və xalqlara dəstək olmaqdadır. Bakı Təşəbbüs Qrupu bu istiqamətdə uğurlu və davamlı tədbirlər həyata keçirir. Fransa müstəmləkəsindən əziyyət çəkən dövlət və xalqlar Azərbaycan dövlətini özlərinin ən böyük dəstəkçisi hesab edirlər və Qərb müstəmləkəsinə qarşı mübarizə aparırlar. Forumda çıxışı ilə Prezident İlham Əliyev bir daha Azərbaycanın müstəmləkəyə, neokolonializmə qarşı çıxan, tolerantlıq, multikulturalizm dəyərlərinə hörmətlə yanaşan bir dövlət olduğunu dünyaya nümayiş etdirdi. yap.az

 

Kamilə Əliyeva
Milli Məclisin deputatı, professor





Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...