Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
SİYASƏT
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
SİYASƏT
Kəlbəcərdə yeni həyat başlayır
SİYASƏT
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
SİYASƏT
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
SİYASƏT
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
SİYASƏT
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
SİYASƏT
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
SİYASƏT
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
SİYASƏT
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
SİYASƏT
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
SİYASƏT
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
SİYASƏT
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
SİYASƏT
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
SİYASƏT
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
SİYASƏT
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
SİYASƏT
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
SİYASƏT
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
SİYASƏT
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
SİYASƏT
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
SİYASƏT
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
SİYASƏT
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
SİYASƏT
Uzaqgörən və qətiyyətli siyasət
SİYASƏT
Ağdamın Zəfər və quruculuq salnaməsi 
SİYASƏT
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
SİYASƏT
Tarixi Zəfərdən Böyük Qayıdışa 
SİYASƏT
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
SİYASƏT
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
SİYASƏT
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
SİYASƏT
20 Noyabr - Ağdam Şəhəri Günü xalqımızın tarixi Zəfərinin, doğma torpaqlara qayıdışının və yenidənqurma prosesinin rəmzidir.

Azərbaycanın sülhpərvər və ədalətli mövqeyi beynəlxalq aləmə nümunədir ŞƏRH

2024-05-01 11:36:16 175 baxış
Xəbər şəkil

 

Bu gün Azərbaycanın apardığı uğurlu diplomatiya və balanslaşdırılmış siyasət sayəsində ölkənin gücü, qüdrəti və beynəlxalq nüfuzu durmadan yüksəlir. Artan gücümüz və ədalətli mövqeyimiz dünya birliyi tərəfindən yüksək qəbul edilir və beynəlxalq əlaqələrimiz artmaqda davam edir. Azərbaycanın bir çox Avropa ölkələri ilə münasibətləri uğurla inkişaf edir. Son illərdə ölkəmizin bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etməsi dünya dövlətlərinin Azərbaycana olan yüksək münasibəti təcəssüm etdirir. Təsadüfi deyildir ki, Azərbaycan 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatına dörd il ərzində sədirlik edib. Hazırda isə COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan qlobal tədbirə hazırlığın fəal mərhələsindədir. Bu kimi beynəlxalq tədbirlərə ev sahibliyi etmək Azərbaycan üçün həm böyük şərəf, həm də məsuliyyətdir. COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək Azərbaycana verilən yüksək beynəlxalq dəyərdir. Eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 25-də Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak etməsi dövlətimizin başçısının beynlxalq müstəvidə yüksək nüfuzunun göstəricisidir. Görülən işlərin və əldə olunan nailiyyətlərin əsasında nəyi, nə vaxt, necə etməyi yaxşı bilən Müzəffər Prezidentimiz cənab İlham Əliyevin misilsiz əməyi, mükəmməl strategiyası və uğurlu siyasəti dayanır.
Məlum olduğu kimi, son vaxtlar beynəlxalq münasibətlər kontekstində Almaniya-Azərbaycan əlaqələri də öz sürətli inkişaf dövrünü yaşayır. Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Kansleri Olaf Şoltsun dəvəti ilə “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak etmək üçün Almaniyaya işgüzar səfəri zamanı müzakirə olunan məsələlər bunu təsdiq edir. Berlində keçirilən forumda və yüksəksəviyyəli ikitərəfli görüşlər zamanı COP29-a həsr olunmuş fikir mübadiləsi öncüllük təşkil etsə də, regional təhlükəsizliklə bağlı məsələlərə də xüsusi yer ayrılması xüsusi vurğulanmalıdır. Prezident İlham Əliyevin və Kansler Olaf Şoltsun aprelin 26-da keçirilən birgə mətbuat konfransında da söylədikləri fikirlər, cənab İlham Əliyevin ədalətli və sülhpərvər mövqe sərgiləməsi, beynəlxalq hüququn norma və prinsiplərini, BMT Nizamnaməsinin 51-ci maddəsini növbəti dəfə xatırlatması müxtəlif bəhanələrlə Azərbaycanı qərəzli şəkildə hədəfə alan təşəbbüslərin ədalətsizliyini dünya ictimaiyyətinə çatdırmaq baxımından olduqca əhəmiyyətlidir. Almaniya Kanslerinin mətbuata verdiyi açıqlaması zamanı “Mən düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır. Bu, özündə şanslar və məsuliyyətlər gətirir. Onu da qeyd edim ki, demarkasiya ilə əlaqədar ilkin razılıqlar bizi sevindirir” deməsi isə onun ölkəsinin Azərbaycanın haqlı mövqeyini dəstəkləməsini ifadə edir.
Bu gün dünyanın mühüm siyasi mərkəzlərindən olan Almaniya Cənubi Qafqazın lider dövlətinə çevrilmiş Azərbaycanla əməkdaşlığın daha da dərinləşməsinə ciddi maraq göstərir. Almaniya Azərbaycanı Cənubi Qafqazda vacib tərəfdaş kimi qəbul edir, ölkəmizin regionda lider mövqeyini, həmçinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir. Ölkələrimiz arasında ticarət dövriyyəsi sürətlə artır, hazırda Azərbaycanda çoxlu 180-dən çox alman şirkəti uğurla fəaliyyət göstərir. Eyni zamanda, bu ölkə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu təqdir edir. Azərbaycan artıq xarici tərəfdaşlar və sərmayədarlarla yaşıl keçid üzrə nəhəng layihələrə başlayıb. Neft və qazımız, həmçinin Avropa bazarlarına hələ uzun illər ərzində lazım olacaq Avropaya yaşıl enerjini ixrac etmək üçün mühüm işlər görülür və təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaqdır.
Onu da qeyd edək ki, ölkə başçısının Almaniyaya işgüzar səfərə məhz Füzuli hava limanından yola düşməsi həm də torpaqlarımızın işğaldan azad olunaraq süverenliyimizin tam bərpasının tarixi bir gerçəklik olduğuna beynəlxalq diqqətin növbəti dəfə cəlb edilməsi baxımından xüsusi siyasi çəkiyə malikdir. Digər tərəfdən, bu açıqlama insan hüquq və azadlıqları adı altında Avropa Parlamentinin aprelin 25-də Azərbaycana qarşı qəbul etdiyi növbəti qərəzli qətnaməsində irəli sürülən əsassız iddialara və ABŞ-də ölkəmiz əleyhinə sanksiya çağırışı edən bir qrup konqresmenin ədalətsiz təşəbbüsünə ən obyektiv və tutarlı cavabdır. Ən əsası, üzləşdiyimiz haqsızlıqlara, bəzilərinin hüquq normalarını aşmasına baxmayaraq, Prezident İlham Əliyev Berlində həm ev sahiblərinə, həm də beynəlxalq birliyə Azərbaycanın sözdə və əməldə sadiq olduğu mesajını verərək “Yəni, sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var. Bütün bu işdə bizə kömək etmək istəyən ölkələrlə biz əməkdaşlıq etməyə hazırıq” deməsi ölkəmizin ədalətli mövqeyinin və sülh tərəfdarı olmasının bariz nümunəsidir.

 

Vüqar İsayev,
YAP Göygöl rayon təşkilatının sədri





Oxşar xəbərlər


Xəbər lenti
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
2026-11-26
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
2026-11-26
Kəlbəcərdə yeni həyat başlayır
2026-11-25
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
2026-11-25
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
2026-11-24
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
2026-11-24
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
2026-11-24
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
2026-11-24
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
2026-11-23
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
2026-11-23
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
2026-11-23
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
2026-11-23
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
2026-11-22
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
2026-11-22
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
2026-11-22
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
2026-11-22
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
2026-11-22
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
2026-11-21
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
2026-11-20
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
2026-11-20
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
2026-11-20
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
2026-11-20
Uzaqgörən və qətiyyətli siyasət
2026-11-20
Ağdamın Zəfər və quruculuq salnaməsi 
2026-11-20
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
2026-11-20
Tarixi Zəfərdən Böyük Qayıdışa 
2026-11-20
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
2026-11-19
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
2026-11-19
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
2026-11-19
Sağlam uşaqlar sağlam gələcəyin təməlidir
2026-11-19