Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
SİYASƏT
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
SİYASƏT
Kəlbəcərdə yeni həyat başlayır
SİYASƏT
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
SİYASƏT
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
SİYASƏT
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
SİYASƏT
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
SİYASƏT
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
SİYASƏT
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
SİYASƏT
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
SİYASƏT
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
SİYASƏT
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
SİYASƏT
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
SİYASƏT
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
SİYASƏT
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
SİYASƏT
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
SİYASƏT
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
SİYASƏT
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
SİYASƏT
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
SİYASƏT
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
SİYASƏT
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
SİYASƏT
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
SİYASƏT
Uzaqgörən və qətiyyətli siyasət
SİYASƏT
Ağdamın Zəfər və quruculuq salnaməsi 
SİYASƏT
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
SİYASƏT
Tarixi Zəfərdən Böyük Qayıdışa 
SİYASƏT
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
SİYASƏT
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
SİYASƏT
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
SİYASƏT
20 Noyabr - Ağdam Şəhəri Günü xalqımızın tarixi Zəfərinin, doğma torpaqlara qayıdışının və yenidənqurma prosesinin rəmzidir.

COP29 sülh prosesinin nəticəsidir.

2024-04-26 18:13:01 198 baxış
Xəbər şəkil

 

  Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda keçirilən beynəlxalq forum ölkəmizin növbəti diplomatik uğuru kimi tarixə yazıldı. 30 ölkədən 64 iştirakçının qatıldığı forum dünya mediasının da diqqət mərkəzində idi. Azərbaycanın yekdilliklə BMT-nin İqlim Dəyişikliyi Konfransına ev sahibliyi edəcək ölkə kimi seçilməsi onun qlobal miqyasda oynadığı rolun, güclü diplomatiyanın daha bir göstəricisi idi. Ölkəmizin BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı və Türk Dövlətləri Təşkilatı kimi beynəlxalq təsisatlara uğurlu sədrliyi, qazanılmış böyük təcrübə məhz COP29 kimi mötəbər tədbirin ölkəmizdə təşkilinə gətirib çıxarır. Beynəlxalq forum bir daha göstərdi ki, COP29-un ölkəmizdə təşkili dünyada baş verən iqlim dəyişikliyi fonunda dünyanın gələcək gündəliyinin müəyyənləşdirilməsi baxımından faydalı olacaq. Forumda regional təhlükəsizlik məsələləri, enerji keçidi və yaşıl artımla bağlı, enerji potensialı, yaşıl enerji dəhlizlərinin gələcəyi məsələləri ilə bağlı ölkəmizin baxışı təqdim olundu, qlobal qarşıdurma dönəmində regional inkişaf hadisələrinə aydınlıq gətirildi. Bütün bunlarla bağlı dövlət başçısının prinsipial, dəqiq, sərrast cavabları bir daha Azərbaycanın gücünü, qlobal siyasət arenasındakı nüfuzunu ortaya qoydu. O cümlədən erməni işğalından sonra  ekoloji terrorun nəticələrinin, o cümlədən mina problemi və fəsadlarının aradan qaldırılması məsələsinə də bir daha dünyanın diqqətini çəkdi. Həmçinin forumda ölkəmizin son vaxtlarda ard-arda əldə etdiyi diplomatik uğurlar fonunda (Qazax rayonunun kəndlərinin sülh yolu ilə qaytarılması kimi) birgə əməkdaşlıq əsasında regionda sülh və təhlükəsizliyin inkişafına töhfə verməyin vacibliyi ön plana çəkildi. Ölkə başçısının düşünülmüş siyasəti, strategiyası, diplomatiyası sayəsində Qarabağda əldə edilən böyük Zəfərdən sonra Azərbaycanın yaratdığı yeni reallıq, həyata keçirilən layihələr və digər başqa mövzular müzakirə edildi. Ölkə başçısı ixracla bağlı gələcək hədəflərdən də danışaraq qeyd etdi ki, iki il bundan əvvəl Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq üzrə bəyannamə imzalanıb. Bu sənədə əsasən Avropaya qaz təchizatımız 2021-ci ildə 8 milyard kubmetrdən 2027-ci ildə 20 milyard kubmetrə qədər artmalıdır. Bu il Avropaya qaz təchizatı təqribən 12 milyard kubmetr olacaq. Bu, 2021-ci illə müqayisədə 4 milyard kubmetr çoxdur. Həmçinin dövlətimizin başçısı dedi: – “Bütün bu məsələlər geosiyasət və regional əməkdaşlıq ilə sıx əlaqədardır. Birincisi Azərbaycan həmişə enerji layihələrini siyasətdən ayırmışdır. Lakin, eyni zamanda, onları yalnız müsbət mənada inteqrasiya etmişdir. Bizim bütün enerji layihələrimiz əməkdaşlığa aparır”. Prezident cənab İlham Əliyev Forumda Zəngəzur dəhlizi ilə bağlı suallara da aydınlıq gətirdi. Qeyd edildi  ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatda “Zəngəzur dəhlizi” sözü qeyd olunmayıb, lakin deyilib ki, Azərbaycanın Şərq hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsi olmalıdır və Rusiya sərhəd təhlükəsizliyi qüvvələri nəzarəti təmin etməlidir. Ermənistanın 3 ildən artıqdır ki, bu müddəanı faktiki olaraq pozur və Naxçıvan Muxtar Respublikası ilə quru yolu əlaqəsini qurmaq imkanını bloklayır. “Azərbaycanın əsas hissəsindən Naxçıvan Muxtar Respublikasına Ermənistan ərazisi vasitəsilə quru yolu beynəlxalq nəzarət və təhlükəsizlik mexanizmi ilə təmin edilməlidir”, – deyən  ölkə başçısı əgər üçtərəfli bəyanata hörmət edilməzsə yenə də uduzan tərəfin Ermənistan olacağını vurğuladı. Son vaxtlarda Ermənistanda baş verən hadisələrə, milli təhlükəsizliklə bağlı məsələyə də toxunan dövlət başçısı Fransanın, Hindistanın və Yunanıstanın Ermənistanı bizə qarşı  silahlandırdığını və bunu açıq, nümayişkaranə şəkildə etdiyini qeyd edərək Ermənistan hökumətinə, indi Ermənistanın qayğısına qalmaq istəyənlərə açıq şəkildə cavab olaraq bildirdi ki,  bizə qarşı ciddi təhlükə görsək, ciddi tədbirlər görməli olacağıq. İkinci Qarabağ müharibəsində cəmi 44 gün ərzində əldə edilmiş Zəfər, separatizmə son qoyulan bir neçə saatlıq antiterror əməliyyatı ilə onlara gücümüzü göstərmişik və Ermənistanın bizə qarşı heç bir şansı yoxdur. Ölkə başçısı əldə edilən uğurların sirrinin məhz ədalətli və düzgün olmaqdan keçdiyini, Azərbaycanın potensial təhlükə yarada biləcək heç bir təşəbbüsə qoşulmadığını və İranla, Rusiya ilə, Gürcüstanla, Avropa ilə, qardaş Türkiyə ilə münasibətlərdə həmişə ədalətli olduğunu bildirərək dedi: – “Düşünürəm ki, əsas üsul və əsas həll yolu ədalətli və düzgün olmaqdır. Qonşularımızla yaxşı, bəzən də gözəl münasibətlər qura bilmişik. Uğurun əsasını bunda görürəm. Çünki onlar bizə etibar edə bilərlər və bilirlər ki, bizdən heç bir sürpriz olmayacaq”. Yekun nəticədə forum ölkəmizin qarşıdakı məqsəd və planlarını ortaya qoydu, qlobal iqlim dəyişikliyi fonunda bütün dünya üçün vacib mesajlarla yadda qaldı.

Aslan Kerimli 
Göygöl RİHB Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi





Oxşar xəbərlər


Xəbər lenti
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
2026-11-26
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
2026-11-26
Kəlbəcərdə yeni həyat başlayır
2026-11-25
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
2026-11-25
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
2026-11-24
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
2026-11-24
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
2026-11-24
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
2026-11-24
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
2026-11-23
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
2026-11-23
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
2026-11-23
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
2026-11-23
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
2026-11-22
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
2026-11-22
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
2026-11-22
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
2026-11-22
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
2026-11-22
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
2026-11-21
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
2026-11-20
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
2026-11-20
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
2026-11-20
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
2026-11-20
Uzaqgörən və qətiyyətli siyasət
2026-11-20
Ağdamın Zəfər və quruculuq salnaməsi 
2026-11-20
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
2026-11-20
Tarixi Zəfərdən Böyük Qayıdışa 
2026-11-20
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
2026-11-19
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
2026-11-19
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
2026-11-19
Sağlam uşaqlar sağlam gələcəyin təməlidir
2026-11-19