Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
SİYASƏT
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
SİYASƏT
Kəlbəcərdə yeni həyat başlayır
SİYASƏT
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
SİYASƏT
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
SİYASƏT
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
SİYASƏT
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
SİYASƏT
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
SİYASƏT
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
SİYASƏT
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
SİYASƏT
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
SİYASƏT
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
SİYASƏT
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
SİYASƏT
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
SİYASƏT
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
SİYASƏT
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
SİYASƏT
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
SİYASƏT
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
SİYASƏT
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
SİYASƏT
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
SİYASƏT
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
SİYASƏT
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
SİYASƏT
Uzaqgörən və qətiyyətli siyasət
SİYASƏT
Ağdamın Zəfər və quruculuq salnaməsi 
SİYASƏT
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
SİYASƏT
Tarixi Zəfərdən Böyük Qayıdışa 
SİYASƏT
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
SİYASƏT
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
SİYASƏT
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
SİYASƏT
20 Noyabr - Ağdam Şəhəri Günü xalqımızın tarixi Zəfərinin, doğma torpaqlara qayıdışının və yenidənqurma prosesinin rəmzidir.

Bu gün ölkəmizin bütün su ehtiyatları dövlətimizin öz nəzarətindədir

2024-04-22 14:53:06 151 baxış
Xəbər şəkil

 

Şirvan suvarma kanalının təməlqoyma mərasimində Cənab  Prezident İlham Əliyev  çıxışında ölkəmizin su təsərrüfatı, qeyri-neft sektoru, regionların sosial-iqtisadi inkişafı və qarşıda duran vəzifələrdən danışıb. Son illər ərzində Azərbaycanda həyata keçirilən infrastruktur layihələri arasında Şirvan suvarma kanalının xüsusi əhəmiyyət kəsb edir. Bunu YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev deyib.
Abbas Əliyev qeyd edib ki, icra ediləcək yeni layihə iki yüz otuz min hektar əkin sahəsini əhatə edəcək: “Bunun böyük hissəsi yeni suvarılacaq əkin sahələridir. Əgər əvvəlki dövrlərdə bu kanal səkkiz rayonu əhatə edirdisə, indi on rayonu əhatə edəcək. Cənab Prezident də suvarma kanalının təməlqoyma mərasimində bu istiqamətdə görülən işlərdən bəhs edib. Məhz bu kanalın inşası nəticəsində Hacıqabul gölü də dolacaq və təbiətə çox müsbət təsir edəcək. Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etmək, insanların rifah halını yaxşılaşdırmaq, xüsusilə bölgələrdə yaşayan insanların məşğulluğu üçün şərait yaratmaqdır. Bu kontekstdə həyata keçirilmiş infrastruktur layihələri ölkəmizi tamamilə yeni bir səviyyəyə qaldırıb. Elektrik enerjisi, avtomobil yolları, dəmir yolları, su kəmərləri, içməli su layihələri, o cümlədən suvarma ilə bağlı olan layihələr bu qəbildəndir. Şimal, Qərb bölgələrində əkin üçün yararlı olan torpaqların həcmi və sahəsi böyük dərəcədə artırılıb. Taxtakörpü su anbarının tikintisi də xüsusi əhəmiyyətə malik olan layihə idi. Bu xüsusda Şəmkirçay su anbarı da çox böyük infrastruktur layihəsidir. Gələn ildən inşasına başlanan Qarabağ kanalı isə yüz on beş min hektarı əhatə edəcək”.
O,  hesab edir ki, bütün bunlar qeyri-neft sektorunun, kənd təsərrüfatının inkişafı, məşğulluğun artırılması, vətəndaşların rifah halının yaxşılaşdırılması və su ehtiyatlarımızdan səmərəli şəkildə istifadə edilməsinə xidmət edir: “İqlim dəyişikliyi ilə bağlı dünyada böyük narahatlıqların olduğu dövrdə Azərbaycanda bu sahədə atılan addımlar olduqca önəmlidir. Ölkəmizdə yağıntıların normal səviyyədə, çaylarda sululuğun olmasına baxmayaraq Xəzər dənizinin dayazlaşması baş verir. Bu amil su ehtiyatlarından səmərəli istifadəni də qarşıya məqsəd kimi qoyur. Azərbaycanda bir çox infrastruktur layihələri öz həllini tapıb. Qazlaşdırma, elektrik enerjisi ilə təminat baxımından lazımı işlər görülüb. Yeni, müasir yollar çəkilib ki, bu da insanların rahatlığına xidmət etməklə yanaşı bütün sahələrin inkişafına müsbət təsir edən amillərdəndir. Bu gün ölkəmizin bütün su ehtiyatları dövlətimizin öz nəzarətindədir”.
YAP Abşeron rayon təşkilatının sədri cənab Prezidentin də vurğuladığı kimi vaxtilə Ermənistan torpaqlarımızla yanaşı su resurslarını da işğal etdiyini söyləyib: “Vətən müharibəsi və antiterror tədbirlərinin nəticəsində ölkəmiz özünün su mənbələrimizə tam sahib olub. Qarabağ və Şərqi Zəngəzurda mövcud olan su resursları ölkəmizin ümumi su resurslarımızın iyirmi beş faizini təşkil edir. Bu su resurslarının əsas xüsusiyyəti, müsbət tərəfi daxili mənbələr hesabına formalaşmasıdır. Artıq erməni işğalına görə sudan məhrum olmuş bir neçə rayona su veriləcək. Ağdam rayonunda Xaçınçay su anbarı, Füzuli rayonundakı Köndələnçay su anbarı, inşası davan edən Zabuxçay su anbarı, Suqovuşan su anbarı ölkəmizdə su təsərrüfatının yaxşılaşmasına vacib töhfə olacaq. Həkəriçay, Bərgüşadçay su anbarlarının və kanalların inşa edilməsi də məhz bu qəbildən olan işlərdəndir”.
Abbas Əliyev vurğulayıb ki, Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı işlərin görüldüyü suvarma kanalının təməlqoyma mərasimində dövlətin daima diqqət mərkəzində olduğunu cənab Prezidentin niqtində tam ifadə edildi: “Yaşayış evləri, infrastruktur, suvarma layihələri, dəmir yolları, tunellər, hava limanlarının inşası dövlətimizin gücünü, iradəsini göstərir. Təbii ki, şirin su mənbələri ilə yanaşı Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi hökumətin önəmli təşəbbüslərindən biridir. Bu layihə həyata keçiriləndən sonra Xəzər dənizinin suyundan da həm suvarma üçün, həm içməli su kimi istifadə ediləcək. Bütün bunlar ölkəmizdə kənd təsərrüfatında məhsuldarlığın artmasına təsir edən başılıca amillərdir”.

 

Abbas Əliyev
YAP Abşeron rayon təşkilatının sədri





Oxşar xəbərlər


Xəbər lenti
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
2026-11-26
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
2026-11-26
Kəlbəcərdə yeni həyat başlayır
2026-11-25
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
2026-11-25
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
2026-11-24
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
2026-11-24
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
2026-11-24
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
2026-11-24
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
2026-11-23
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
2026-11-23
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
2026-11-23
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
2026-11-23
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
2026-11-22
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
2026-11-22
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
2026-11-22
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
2026-11-22
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
2026-11-22
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
2026-11-21
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
2026-11-20
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
2026-11-20
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
2026-11-20
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
2026-11-20
Uzaqgörən və qətiyyətli siyasət
2026-11-20
Ağdamın Zəfər və quruculuq salnaməsi 
2026-11-20
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
2026-11-20
Tarixi Zəfərdən Böyük Qayıdışa 
2026-11-20
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
2026-11-19
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
2026-11-19
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
2026-11-19
Sağlam uşaqlar sağlam gələcəyin təməlidir
2026-11-19