image image

Bu gün ölkəmizin bütün su ehtiyatları dövlətimizin öz nəzarətindədir

image

 

Şirvan suvarma kanalının təməlqoyma mərasimində Cənab Prezident İlham Əliyev çıxışında ölkəmizin su təsərrüfatı, qeyri-neft sektoru, regionların sosial-iqtisadi inkişafı və qarşıda duran vəzifələrdən danışıb. Son illər ərzində Azərbaycanda həyata keçirilən infrastruktur layihələri arasında Şirvan suvarma kanalının xüsusi əhəmiyyət kəsb edir. Bunu YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev deyib.
Abbas Əliyev qeyd edib ki, icra ediləcək yeni layihə iki yüz otuz min hektar əkin sahəsini əhatə edəcək: “Bunun böyük hissəsi yeni suvarılacaq əkin sahələridir. Əgər əvvəlki dövrlərdə bu kanal səkkiz rayonu əhatə edirdisə, indi on rayonu əhatə edəcək. Cənab Prezident də suvarma kanalının təməlqoyma mərasimində bu istiqamətdə görülən işlərdən bəhs edib. Məhz bu kanalın inşası nəticəsində Hacıqabul gölü də dolacaq və təbiətə çox müsbət təsir edəcək. Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etmək, insanların rifah halını yaxşılaşdırmaq, xüsusilə bölgələrdə yaşayan insanların məşğulluğu üçün şərait yaratmaqdır. Bu kontekstdə həyata keçirilmiş infrastruktur layihələri ölkəmizi tamamilə yeni bir səviyyəyə qaldırıb. Elektrik enerjisi, avtomobil yolları, dəmir yolları, su kəmərləri, içməli su layihələri, o cümlədən suvarma ilə bağlı olan layihələr bu qəbildəndir. Şimal, Qərb bölgələrində əkin üçün yararlı olan torpaqların həcmi və sahəsi böyük dərəcədə artırılıb. Taxtakörpü su anbarının tikintisi də xüsusi əhəmiyyətə malik olan layihə idi. Bu xüsusda Şəmkirçay su anbarı da çox böyük infrastruktur layihəsidir. Gələn ildən inşasına başlanan Qarabağ kanalı isə yüz on beş min hektarı əhatə edəcək”.
O, hesab edir ki, bütün bunlar qeyri-neft sektorunun, kənd təsərrüfatının inkişafı, məşğulluğun artırılması, vətəndaşların rifah halının yaxşılaşdırılması və su ehtiyatlarımızdan səmərəli şəkildə istifadə edilməsinə xidmət edir: “İqlim dəyişikliyi ilə bağlı dünyada böyük narahatlıqların olduğu dövrdə Azərbaycanda bu sahədə atılan addımlar olduqca önəmlidir. Ölkəmizdə yağıntıların normal səviyyədə, çaylarda sululuğun olmasına baxmayaraq Xəzər dənizinin dayazlaşması baş verir. Bu amil su ehtiyatlarından səmərəli istifadəni də qarşıya məqsəd kimi qoyur. Azərbaycanda bir çox infrastruktur layihələri öz həllini tapıb. Qazlaşdırma, elektrik enerjisi ilə təminat baxımından lazımı işlər görülüb. Yeni, müasir yollar çəkilib ki, bu da insanların rahatlığına xidmət etməklə yanaşı bütün sahələrin inkişafına müsbət təsir edən amillərdəndir. Bu gün ölkəmizin bütün su ehtiyatları dövlətimizin öz nəzarətindədir”.
YAP Abşeron rayon təşkilatının sədri cənab Prezidentin də vurğuladığı kimi vaxtilə Ermənistan torpaqlarımızla yanaşı su resurslarını da işğal etdiyini söyləyib: “Vətən müharibəsi və antiterror tədbirlərinin nəticəsində ölkəmiz özünün su mənbələrimizə tam sahib olub. Qarabağ və Şərqi Zəngəzurda mövcud olan su resursları ölkəmizin ümumi su resurslarımızın iyirmi beş faizini təşkil edir. Bu su resurslarının əsas xüsusiyyəti, müsbət tərəfi daxili mənbələr hesabına formalaşmasıdır. Artıq erməni işğalına görə sudan məhrum olmuş bir neçə rayona su veriləcək. Ağdam rayonunda Xaçınçay su anbarı, Füzuli rayonundakı Köndələnçay su anbarı, inşası davan edən Zabuxçay su anbarı, Suqovuşan su anbarı ölkəmizdə su təsərrüfatının yaxşılaşmasına vacib töhfə olacaq. Həkəriçay, Bərgüşadçay su anbarlarının və kanalların inşa edilməsi də məhz bu qəbildən olan işlərdəndir”.
Abbas Əliyev vurğulayıb ki, Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı işlərin görüldüyü suvarma kanalının təməlqoyma mərasimində dövlətin daima diqqət mərkəzində olduğunu cənab Prezidentin niqtində tam ifadə edildi: “Yaşayış evləri, infrastruktur, suvarma layihələri, dəmir yolları, tunellər, hava limanlarının inşası dövlətimizin gücünü, iradəsini göstərir. Təbii ki, şirin su mənbələri ilə yanaşı Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi hökumətin önəmli təşəbbüslərindən biridir. Bu layihə həyata keçiriləndən sonra Xəzər dənizinin suyundan da həm suvarma üçün, həm içməli su kimi istifadə ediləcək. Bütün bunlar ölkəmizdə kənd təsərrüfatında məhsuldarlığın artmasına təsir edən başılıca amillərdir”.

Abbas Əliyev
YAP Abşeron rayon təşkilatının sədri





Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...