Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
SİYASƏT
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
SİYASƏT
Kəlbəcərdə yeni həyat başlayır
SİYASƏT
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
SİYASƏT
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
SİYASƏT
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
SİYASƏT
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
SİYASƏT
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
SİYASƏT
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
SİYASƏT
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
SİYASƏT
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
SİYASƏT
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
SİYASƏT
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
SİYASƏT
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
SİYASƏT
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
SİYASƏT
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
SİYASƏT
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
SİYASƏT
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
SİYASƏT
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
SİYASƏT
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
SİYASƏT
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
SİYASƏT
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
SİYASƏT
Uzaqgörən və qətiyyətli siyasət
SİYASƏT
Ağdamın Zəfər və quruculuq salnaməsi 
SİYASƏT
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
SİYASƏT
Tarixi Zəfərdən Böyük Qayıdışa 
SİYASƏT
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
SİYASƏT
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
SİYASƏT
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
SİYASƏT
20 Noyabr - Ağdam Şəhəri Günü xalqımızın tarixi Zəfərinin, doğma torpaqlara qayıdışının və yenidənqurma prosesinin rəmzidir.

Ağ Evin aqressivləşən “demokratiya hamiliyi”: İrəvanın sığındığı qucağın vəd etdiyi TƏHLÜKƏ

2024-03-30 15:31:16 167 baxış
Xəbər şəkil

 

 

ABŞ “demokratiya”sı qəbul edilmiş ümumi anlayışın hüdudlarından çox kənarda sərhədlərə malikdir. İlk növbədə bütün dünyaya sırınmağa çalışılan müvafiq anlayışın kökü və təməl prinsipləri normal demokratiya anlayışına heç bir şəkildə uyğunlaşmır. Belə ki, ABŞ-nin özünəməxsus “demokratiya”sı sırf güc və maraqlar üzərində qurulmuş anlayışdır. Burada başlıca dəyərlər heç də insan haqları və azadlıqlar deyil, məhz ABŞ siyasətinin bəşəriyyətə diktə edilməsi, güc yolu ilə dünya siyasətini Vaşinqtona xidmət edən mexanizmə çevirməkdir.

Elə ABŞ-nin “demokratik ölkələr” seçimi və  onlara dəstək sxemi də məhz dövlətlərin bu mexanizmin çarxlarından birinə çevrilmək istəyi üzərindən qurulur. Çarxın işlək detallarından biri olmağa razılaşanlar demokratiya adı altında ABŞ-nin hərbi gücünün nüfuz dairəsinə cəlb edilir, sonradan bu nüfuz real iştirakla əvəzlənir və yekun olaraq ABŞ hərbi gücünü öz sərhədlərindən olduqca kənarda istifadə etmək imkanı əldə edir. Təbii ki, əlaltı olmağa razılaşmayan ölkələrə qarşı...

Mövcud geosiyasi vəziyyətdə dünyanın siyasi arenasında ABŞ-nin özünə rəqib hesab etdiyi və siyasi xəttini münasib görmədiyi dövlətlərin ümumi cəhətlərini aydın sezmək mümkündür. İlk növbədə müstəqil siyasi kurs və ABŞ-nin nüfuz dairəsinə düşməmək üçün ən azından müqavimət göstərmək...

Birləşmiş Ştatların bütün dünyada 1000-dən çox aktiv və ya ehtiyac halında aktiv fəaliyyət göstərə biləcək hərbi bazalar şəbəkəsinə sahibdir. Bu bazalarda yerləşdirilmiş minlərlə hərbçi və texnika dünyada ABŞ-nin maraqlarını “qorumaq”la məşğuldur. Məsələn, təkcə Almaniyada yerləşən Ramştayn aviabazasında 9200 amerikalı hərbçinin saxlanıldığı bildirilir. Bu, rəsmi mənbələrə görə, ABŞ-nin hərbi kontingentin sayına görə ən böyük bazası hesab edilsə də, müvafiq statistikaların da dövlətlərin maraqları nöqteyi-nəzərindən tərtib edildiyini unutmamaq gərəkdir. Odur ki, ABŞ-nin sərhədlərindən kənarda “demokratiya”ya xidmət edən onminlərlə hərbçiyə sahib olduğunu diqqətdə saxlamaq lazımdır.

ABŞ-nin rəqib hesab etdiyi ölkələrin sırasında Rusiya, Çin, İran və Türkiyəni xüsusilə qeyd etmək lazımdır. Maraqlıdır ki, bu ölkələrdən üçü Azərbaycanın sərhəd qonşularıdır. Demək ki, bütövlükdə Qafqaz regionu Ağ Evin geosiyasi maraqlarında mühüm yer tutur.

ABŞ yuxarıda sadalanan ölkələr və həmçinin digər rəqib hesab etdiyi dövlətlərin ətrafında hərbi baza şəbəkəsini genişləndirir. Beləliklə də, təkcə ölkələr üçün deyil, ümumilikdə regionlar ətrafında ciddi təhlükə mənbəyinə çevrilir. ABŞ-nin hərbi mövcudluğunun genişlənməsi sözügedən ərazilərdə militarizasiya prosesini təbii olaraq gücləndirir. Çünki təhdid altındakı ölkələr də müdafiə qabiliyyətlərini artırmaq məcburiyyətindədirlər.

NATO-nun çətiri altında həyata keçirilən müvafiq proseslər birbaşa olaraq Ağ Evin maraqlarına xidmət edir və ənənəvi olaraq bəhanə qismində insan haqları və “demokratiya”nın müdafiəsi seçilir.

ABŞ-nin “demokratiya hamiliyi” xüsusən mövcud geosiyasi konyunkturda daha aqressiv şəkildə hiss olunur. Məsələn, dünya mətbuatında təkcə bu yaxınlarda yayılmış bir sıra xəbərlərə nəzər salaq:

- ABŞ Finlandiyada F-35 qırıcıları vasitəsilə Rusiyanın Antarktidadakı hava hücumundan müdafiə potensialını ortaya çıxarmaq üçün aviabazalar şəbəkəsi formalaşdırır.

- İspaniyanın Minorka adasındakı hərbi dəniz qüvvələrinə məxsus Maon bazası NATO-nun Aralıq dənizindəki gəmilərinə logistik dəstək üçün ABŞ-nin ölkə ərazisindəki üçüncü hərbi bazası olaraq seçilib.

- Rumıniya ərazisində 2040-cı ilə qədər NATO-nun minlərlə hektar ərazini əhatə edəcək ən böyük hərbi bazası inşa edilə bilər.

Sonuncu faktla bağlı qeyd edək ki, burada ABŞ-nin minlərlə hərbçisi ailələri ilə birlikdə yaşamaq imkanı əldə edəcəklər. Rumıniya hökuməti layihənin icrası üçün 2,5 milyard dollar xərcləyəcək. Göründüyü kimi ABŞ təkcə NATO çətiri altında dövlətlərin ərazilərinə ordu yerləşdirmir, həmçinin bu ölkələrin maliyyə imkanlarını da öz maraqlarının icrasına yönəldir.

Cənubi Qafqaz regionu ilə bağlı qeyd etdiyimiz faktlar bölgəmizin Vaşinqton üçün strateji əhəmiyyətə malik olmasını sübut edir. Üstəlik regionda yerləşən dövlətlərin hər biri ilə də ABŞ-nin münasibəti olduqca aydın konturlara sahibdir. Burada rəsmi İrəvanı fərqləndirmək yəqin ki, yerinə düşər. Xüsusən ABŞ-nin keçirmiş olduğu qondarma “demokratiya sammiti”nə də dəvət olunması faktı Ağ Evin Ermənistanda nüfuz edəcək çoxsaylı boşluqları tapmasına dəlalət edir. Çünki Ermənistan hansısa gücün peyki olmağa və əlaltı kimi istifadə olunmağa, necə deyərlər, dünəndən razıdır. Bunu İrəvanın Rusiyadan üz çevirib, Vaşinqtonun qucağına oturmaq cəhdləri də sübut edir.

Artıq aprelin 5-də ABŞ, Avropa İttifaqı və Ermənistan arasında görüşün keçirilməsi faktı hər kəsə bəllidir. Bu görüşün arxasında yatan gizli məqamlar, əsas məram isə məhz Ermənistan dövlətinin xislətində və ABŞ siyasətinin sadiq qaldığı ənənələrdə gizlidir. Belə ki, Ağ Ev artıq İrəvana öz “demokratiya”sı vasitəsilə nüfuz edib. Artıq bu nüfuzu hərbi iştiraka çevirmək, sonradan isə bütövlükdə bu dövləti ABŞ-nin bazası kimi istifadə etmək planları geniş vüsət almağa başlayıb. Aprelin 5-nə planlaşdırılan görüş ilk növbədə Ermənistandakı Aİ missiyasını genişləndirmək məqsədi daşıyır. Təbii ki, bu genişlənmənin əsas icraçısı və iştirakçısı ABŞ olmalıdır.

ABŞ-nin regiondakı hərbi mövcudluğu isə birbaşa olaraq regionun təhlükəsizliyinə qarşı ciddi təhdid yaradır. Çünki bu mövcudluq militarizasiyanın artmasına, gərginliyik pik həddə çatmasına zəmin yaradır. Sözügedən durum isə nə qədər təzadlı səslənsə də, öz növbəsində yenidən ABŞ-nin hərbi mövcudluğunun artmasına təkan verir. Bütövlükdə sistem ABŞ-nin maraqlarına xidmət edir və planın icrası üçün Ağ Evin regiona bir dəfə ayaq açması kifayət edə bilər.

Gərginlik, militarizasiya kimi amillərin inkişafı eyni zamanda yeni münaqişə ocağının yaradılması deməkdir. Münaqişə ocaqlarının yaradılması və bundan öz maraqları naminə istifadə edilməsi isə bütün dünyada müəllifi bəlli olan siyasi gedişdir. Dünya ən yaxın keçmişdə - Suriya, İraq kimi nümunələrdə bu gedişlərin şahidi olub. ABŞ “demokratiya”sının gətirdiyi faciələri yaşayıb və hələ də yaşamaqdadır.
İrəvan isə bu prosesdə könüllü görünür. Çünki Ermənistanın xisləti də, mahiyyəti də destruktiv çalarlara sahibdir. Burada hansısa siyasi səriştə və iradədən söhbət belə gedə bilməz. İrəvan üçün sadəcə sükanı arxasında əyləşən bir ağanın olması yetərlidir. Hətta bundan öz xalqı hər kəsdən çox zərər görsə belə... Hər halda əsas məsələ Ermənistanın kiminsə qucağında əyləşməsi sayılır. Bu qucaq isə ilk növbədə Ermənistanın özü üçün yaxşı heç nə vəd etmir...





Oxşar xəbərlər


Xəbər lenti
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
2026-11-26
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
2026-11-26
Kəlbəcərdə yeni həyat başlayır
2026-11-25
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
2026-11-25
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
2026-11-24
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
2026-11-24
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
2026-11-24
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
2026-11-24
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
2026-11-23
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
2026-11-23
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
2026-11-23
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
2026-11-23
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
2026-11-22
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
2026-11-22
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
2026-11-22
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
2026-11-22
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
2026-11-22
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
2026-11-21
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
2026-11-20
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
2026-11-20
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
2026-11-20
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
2026-11-20
Uzaqgörən və qətiyyətli siyasət
2026-11-20
Ağdamın Zəfər və quruculuq salnaməsi 
2026-11-20
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
2026-11-20
Tarixi Zəfərdən Böyük Qayıdışa 
2026-11-20
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
2026-11-19
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
2026-11-19
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
2026-11-19
Sağlam uşaqlar sağlam gələcəyin təməlidir
2026-11-19