Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
SİYASƏT
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
SİYASƏT
Kəlbəcərdə yeni həyat başlayır
SİYASƏT
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
SİYASƏT
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
SİYASƏT
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
SİYASƏT
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
SİYASƏT
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
SİYASƏT
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
SİYASƏT
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
SİYASƏT
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
SİYASƏT
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
SİYASƏT
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
SİYASƏT
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
SİYASƏT
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
SİYASƏT
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
SİYASƏT
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
SİYASƏT
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
SİYASƏT
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
SİYASƏT
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
SİYASƏT
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
SİYASƏT
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
SİYASƏT
Uzaqgörən və qətiyyətli siyasət
SİYASƏT
Ağdamın Zəfər və quruculuq salnaməsi 
SİYASƏT
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
SİYASƏT
Tarixi Zəfərdən Böyük Qayıdışa 
SİYASƏT
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
SİYASƏT
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
SİYASƏT
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
SİYASƏT
20 Noyabr - Ağdam Şəhəri Günü xalqımızın tarixi Zəfərinin, doğma torpaqlara qayıdışının və yenidənqurma prosesinin rəmzidir.

Azərbaycan üçün özünün beynəlxalq hüquq çərçivəsində müəyyən etdiyi milli maraq və mənafeləri ilk planda dayanır

2024-03-19 10:34:01 256 baxış
Xəbər şəkil

 

     17 mart 2024-cü il tarixində  Prezident İlham Əliyevin dəvəti əsasında NATO-nun Baş katibi Yens Stoltenberqin Azərbaycana səfəri və Bakıda verilən birgə bəyanatın məzmunu göstərir ki, Azərbaycan-NATO münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var. Lakin ötən dövrlərdə Bakı bu tərəfdaşlıqda işğal və təcavüzə məruz qalmış subyekt qismində iştirak edir, Şimali Atlantika Alyansı ilə müzakirələrdə bu məsələ davamlı olaraq perspektivsiz müzakirə mövzusu kimi gündəliyi təşkil edirdi. Azərbaycanın NATO ilə tərəfdaşlıq tarixinə baxsaq, Bakı bu münasibətlərə bəşəri niyyətlər və beynəlxalq hüququn aliliyinə töhfə vermək üçün uğurlu platforma kimi yanaşıb. Azərbaycan-NATO tərəfdaşlığının 30 illik tarixi var. “Prezident İlham Əliyevin bəyan etdiyi kimi, bu tərəfdaşlıq müsbət olub. Azərbaycan müxtəlif vaxtlarda Kosovo, İraq və Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edib. Cənab Stoltenberqlə görüşdə Azərbaycan rəhbərinin də ifadə etdiyi kimi, hətta 2021-ci il avqustun axırında Əfqanıstanı tərk edən sonuncu müttəfiq qüvvələr bizim hərbi qulluqçularımız olmuşlar. Bu isə bir daha bizim əməkdaşlığımıza güclü sadiqliyimizi nümayiş etdirir. Sülhməramlı əməliyyatlarda iştirak dövlət başçısının da ifadə etdiyi kimi, “bizim üçün böyük təcrübə olub”. Lakin, eyni zamanda, Bakı həm də bütün tərəfdaşları kimi NATO-ya da bir daha sübut etmiş oldu ki, Azərbaycan beynəlxalq hüququn normalarında əksini tapan “pacta sunt servanda” prinsipinə uyğun olaraq özünün öhdəliklərinə necə vicdanla sadiqdir. Belə bir şəraitdə, Azərbaycanın özünün ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə yeni reallıq yaratması tərəfdaşların adekvat reaksiyasını zərurətə çevirirdi. Xüsusən bu reallıqları qəbul etməyən bəzi beynəlxalq subyektlərin hüquqazidd davranışları, açıq təcavüzkar ritorikası fonunda, habelə Azərbaycanda prezident seçkilərindən sonra qəsdən daxildə qeyri-stabil mühit imitasiyası formalaşdıraraq bunun Avropa Parlamenti kimi bəzi riyakar subyektlərin gündəliyinə daşınması cəhdləri fonunda NATO-nun Baş katibi Yens Stoltenberqin Azərbaycana səfəri əslində əsas qlobal güc və təhlükəsizlik qütblərindən biri olan Alyansın Prezident İlham Əliyevin yaratdığı reallıqları qəbul etdiyini göstərir. Bu, Azərbaycana münasibətdə təhdidlər yağdıran, qarayaxma kampaniyaları təşkil edən Fransa, Avropa Parlamenti, AŞPA kimi beynəlxalq və regional subyektlərin Azərbaycan siyasətinin növbəti fiaskosu demək idi. Bundan başqa, böyük Zəfərimizdən sonra məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə başlanan sülh danışıqları və sülhə heç vaxt olmadığımız qədər yaxın olduğumuzun NATO Baş katibi ilə gündəmə gətirilməsi, Yens Stoltenberqin isə bu prosesi dəstəklədiyini bəyan etməsi Azərbaycanın yaratdığı sülh gündəliyinin Şimal Alyansında məqbul hesab edildiyi və Avro-Atlantika mühitində hesablaşıldığını göstərdi.  Hətta Baş katib bəyan etdi ki, "regionda sülh yalnız bölgə xalqları, ölkələri üçün yox, həmçinin Qara dəniz regionu və Şimali Atlantika təhlükəsizliyi üçün əhəmiyyətlidir". Bu mövqe isə əslində Cənubi Qafqazda sülh qarşısında əngələ çevrilmiş Fransanın timsalında təcavüzkar qruplaşma üzərində Azərbaycan Prezidentinin daha bir qələbəsi idi. 
     Yens Stoltenberqin ölkəmizə səfəri çərçivəsində diqqət çəkən daha bir məqam, NATO ilə təhlükəsizlik sahəsində tərəfdaşlığın daha da genişlənərək enerji təhlükəsizliyini də əhatələməyə başlamasıdır. Prezident İlham Əliyevin də vurğuladığı kimi, “Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onların 6-sı NATO-ya üzv, digər ikisi isə NATO-nun tərəfdaş ölkəsidir”. Dövlətimizin başçısı haqlı olaraq bu situasiyanı “həm böyük üstünlük, həm də böyük məsuliyyət” kimi dəyərləndirsə də, özlüyündə cari reallıq həm də o deməkdir ki, Azərbaycan Alyans coğrafiyasının təhlükəsizliyində rolunu artırmaqdadır. 


Zaur Hüseynov,
Vətən Müharibəsi Qəhrəmanı, XTQ-nin mayoru





Oxşar xəbərlər


Xəbər lenti
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
2026-11-26
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
2026-11-26
Kəlbəcərdə yeni həyat başlayır
2026-11-25
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
2026-11-25
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
2026-11-24
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
2026-11-24
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
2026-11-24
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
2026-11-24
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
2026-11-23
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
2026-11-23
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
2026-11-23
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
2026-11-23
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
2026-11-22
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
2026-11-22
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
2026-11-22
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
2026-11-22
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
2026-11-22
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
2026-11-21
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
2026-11-20
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
2026-11-20
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
2026-11-20
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
2026-11-20
Uzaqgörən və qətiyyətli siyasət
2026-11-20
Ağdamın Zəfər və quruculuq salnaməsi 
2026-11-20
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
2026-11-20
Tarixi Zəfərdən Böyük Qayıdışa 
2026-11-20
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
2026-11-19
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
2026-11-19
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
2026-11-19
Sağlam uşaqlar sağlam gələcəyin təməlidir
2026-11-19