Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
SİYASƏT
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
SİYASƏT
Kəlbəcərdə yeni həyat başlayır
SİYASƏT
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
SİYASƏT
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
SİYASƏT
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
SİYASƏT
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
SİYASƏT
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
SİYASƏT
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
SİYASƏT
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
SİYASƏT
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
SİYASƏT
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
SİYASƏT
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
SİYASƏT
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
SİYASƏT
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
SİYASƏT
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
SİYASƏT
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
SİYASƏT
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
SİYASƏT
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
SİYASƏT
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
SİYASƏT
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
SİYASƏT
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
SİYASƏT
Uzaqgörən və qətiyyətli siyasət
SİYASƏT
Ağdamın Zəfər və quruculuq salnaməsi 
SİYASƏT
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
SİYASƏT
Tarixi Zəfərdən Böyük Qayıdışa 
SİYASƏT
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
SİYASƏT
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
SİYASƏT
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
SİYASƏT
20 Noyabr - Ağdam Şəhəri Günü xalqımızın tarixi Zəfərinin, doğma torpaqlara qayıdışının və yenidənqurma prosesinin rəmzidir.

Bu, Azərbaycanın dünyada gücünün nümayişidir - AÇIQLAMA

2024-03-18 18:08:02 596 baxış
Xəbər şəkil

 

"Bu gün Azərbaycan Avrasiya coğrafiyasında təkcə ciddi enerji və logistika qovşağına deyil, eyni zamanda qlobal humanitar problemlərin, sivilizasiyalararası məsələlərin dialoq mərkəzinə çevrilib.  Bakı son illərdə dünyanı daha çox narahat edən sivilzasiyalararası və humanitar sahənin müzakirə edildiyi ənənəvi bir mərkəzə çevrilib. Bakı Qlobal Forumu üzərinə düşən missiyanın öhdəsindən gəlmək baxımdan beynəlxalq miqyasda özünü doğruldub. Ona görə də bu gün  beynəlxalq miqyasda Bakı Qlobal Forumu Davos Dünya İqtisadi Forumu, Münhen Təhlükəsizlik Konfransı kimi aparıcı beynəlxalq forumlarla bir cərgədə dayanır və buna böyük maraq var. Bakıda keçirilən “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu və toplantıda 60-ya yaxın ölkədən 400-dək qonağın iştirakı dediklərimizin bariz nümunəsidir".

Bunu mətbuata açıqlamasında Milli Majlisin  deputatı Iltizam Yusifov   deyib.

Deputat bildirib ki, hər il Bakıda keçirilən müzakirələr müxtəlif mühüm beynəlxalq məsələləri daha yaxşı anlamağa imkan verir. "Biz bu gün dünyada baş verən proseslərə nəzər salsaq görərik ki, dünya həqiqətən də ciddi şəkildə parçalanıb, ciddi böhran, kataklizmlər içərisindədir. Dünyanın müxtəlif bölgələrində münaqişələr, müharibələr hökm sürməkdədir. Böhranlar həllini tapmaq əvəzinə daha da dərinləşir ki, bu da yaşadığımız planeti ciddi təhlükə ilə üz-üzə qoyur. Dünya özünün qəbul etdiyi dayanıqlı inkişaf yolunda uğursuz olmaqla yanaşı, təhdidlər də artır. İqlim dəyişmələri, biomüxtəlifliyin pozulmasından tutmuş qiymətli su ehtiyatlarının qeyri-düzgün idarə olunmasına qədər qlobal çağırışlar bütün bəşəriyyəti əhatə edir. Çox təəssüflər olsun ki, baş verənlərdən dərs çıxarmırıq. Ona görə də qlobal çağırışlar qlobal cavab tədbirləri tələb edir. Amma buna baxmayaraq digər tərəfdən elm, texnologiya və innovasiya sahələrində inanılmaz inqilabın astanasında olmağımız, süni zəka hazırda hər şeyə öz təsirini göstərir. Odur ki,  dünyamızı üzləşilən bu mürəkkəb problemlərdən xilas etmək istiqamətində təxirəsalınmaz addımlar atılmalıdır. Yoxsa bütün dünya ölkələri bunun ağır fəsadlarını yaşamalı olacaq. Hesab edirəm ki, Qlobal Bakı Forumu dünyanın üzləşdiyi bu çağırışları müzakirə edib vəziyyətdən çıxış yolu tapmaq baxımdan xüsusi rola malikdir. Qlobal Bakı Forumunun bu istiqamətdə təcrübəsi var. Çünki bu Forum məxsusi təcrübəyə və müdrikliyə malik, fərqli rəyləri söyləyən tanınmış insanları bir araya gətirən unikal azadlıq məkanıdır. Forumda bu gün dünyamızı narahat edən ən müxtəlif məsələləri müzakirə edib həlli yollarını tapmaq mümkündür. Əminəm ki, Qlobal Bakı Forumu dünyanın qarşısında duran çağırışların həllinə öz töhfəsini verəcək. Noyabrda Bakıda keçiriləcək COP29 tədbiri də elə bu qəbildən hesab etmək olar. Orada bu gün dünyamızı  çox ciddi şəkildə narahat edən iqlim dəyişikliləri məsələsi müzakirə ediləcək. COP29-un Azərbaycanda keçirilməsi, Azərbaycanın yaşıl keçidlə bağlı səylərinin qəbul edilməsi kimi qiymətləndirilməlidir. Azərbaycan bu sahədə də öz töhfəsini verməyə hazırdır və fəaliyyətini bu istiqamətdə qurub. Azərbaycan bu gün Xəzər dənizindən Qara dənizə və Avropaya qədər uzanacaq yaşıl enerji elektrik kabelinin inşası ilə fəal şəkildə məşğuldur. 

Qlobal Bakı Forumunun digər mühüm əhəmiyyəti isə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımdan ciddi beynəlxalq platformadır.

Bu həm də Azərbaycanın dünyada gücünü, qüdrətinin nümayişi deməkdir. Ənənəvi Qlobal Bakı Forumu nəticə etibarilə Azərbaycanın beynəlxalq aləmdəki rolunun artmasına, nüfuzunun möhkəmlənməsinə və üzləşdiyi problemlərin həlli baxımdan da perspektivli bir platformadır".





Oxşar xəbərlər


Xəbər lenti
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
2026-11-26
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
2026-11-26
Kəlbəcərdə yeni həyat başlayır
2026-11-25
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
2026-11-25
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
2026-11-24
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
2026-11-24
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
2026-11-24
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
2026-11-24
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
2026-11-23
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
2026-11-23
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
2026-11-23
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
2026-11-23
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
2026-11-22
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
2026-11-22
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
2026-11-22
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
2026-11-22
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
2026-11-22
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
2026-11-21
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
2026-11-20
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
2026-11-20
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
2026-11-20
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
2026-11-20
Uzaqgörən və qətiyyətli siyasət
2026-11-20
Ağdamın Zəfər və quruculuq salnaməsi 
2026-11-20
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
2026-11-20
Tarixi Zəfərdən Böyük Qayıdışa 
2026-11-20
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
2026-11-19
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
2026-11-19
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
2026-11-19
Sağlam uşaqlar sağlam gələcəyin təməlidir
2026-11-19