Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
SİYASƏT
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
SİYASƏT
Kəlbəcərdə yeni həyat başlayır
SİYASƏT
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
SİYASƏT
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
SİYASƏT
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
SİYASƏT
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
SİYASƏT
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
SİYASƏT
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
SİYASƏT
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
SİYASƏT
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
SİYASƏT
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
SİYASƏT
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
SİYASƏT
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
SİYASƏT
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
SİYASƏT
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
SİYASƏT
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
SİYASƏT
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
SİYASƏT
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
SİYASƏT
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
SİYASƏT
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
SİYASƏT
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
SİYASƏT
Uzaqgörən və qətiyyətli siyasət
SİYASƏT
Ağdamın Zəfər və quruculuq salnaməsi 
SİYASƏT
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
SİYASƏT
Tarixi Zəfərdən Böyük Qayıdışa 
SİYASƏT
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
SİYASƏT
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
SİYASƏT
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
SİYASƏT
20 Noyabr - Ağdam Şəhəri Günü xalqımızın tarixi Zəfərinin, doğma torpaqlara qayıdışının və yenidənqurma prosesinin rəmzidir.

XI Qlobal Bakı Forumu artıq beynəlxalq platformaya çevrilib

2024-03-18 10:55:39 212 baxış
Xəbər şəkil

 

Beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş olan Azərbaycan Cənubi Qafqaz regionunun lider dövləti olmaqla yanaşı, həm də qlobal müstəvidə aktiv oyunçulardan biridir. Ölkəmizin İkinci Qarabağ müharibəsindən sonra həm regionda, həm regionla bağlı beynəlxalq aləmdə Avropa, Asiya, Afrika qitələrində mövqeyi və nüfuzu o qədər artıb ki, artıq dünya səviyyəli mötəbər tədbirlərin keçirilməsi üçün məkan olaraq seçilir. Regionun siyasi, iqtisadi və humanitar mərkəzi kimi çıxış edən ölkəmiz sivilizasiyalararası dialoqun inkişafına əhəmiyyətli töhfələr verməklə yanaşı, mühüm siyasi, iqtisadi, mədəni və humanitar xarakterli beynəlxalq forumlara, konfranslara təşkilatçılıq edir. 2024-cü il martın 14-də Bakının daha bir əhəmiyyətli tədbirə ev sahibliyi etməsi bunu bir daha sübut edir. 
2013-cü ildən keçirilən Qlobal səviyyəli Bakı Forumu ənənəvi olaraq hər il Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunur. XI Qlobal Bakı Forumu dünyada müxtəlif analoji, beynəlxalq tədbirlərlə müqayisə olunacaq dərəcədə əhəmiyyətlidir. Bu Forum Münxen Təhlükəsizlik Konfransı, Davos İqtisadi Forumu və bir sıra digər mötəbər tədbirlərdən heç də az əhəmiyyət daşımır. Tədbirdə qlobal problemlərə münasibət bildirmək üçün ali və yüksək nüfuzlu simalar, sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri iştirak edir. Qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin simptomu sayılan miqrasiyanın qarşısının alınması üçün tədbirlər forumun başlıca mövzularından olur. Son bir il ərzində üç böyük toplantı təşkil olunub ki, onların hər birində konkret bir missiyanın yerinə yetirilməsi qarşıya məqsəd kimi qoyulmuşdur. Amma Qlobal Bakı Forumu heç bir halda konkret bir istiqamət, məqsədli, hansısa dairələrin maraqlarına uyğun missiyanı yerinə yetirmək məqsədi güdmür.
"Parçalanmış dünyanın bərpası" mövzusu altında keçirilən builki forumda geosiyasət, davamlı inkişaf, texnologiya və mədəni diplomatiyanı əhatə edən çoxsaylı məsələlər müzakirə mövzusu olub. Parçalanmış dünya bu gün qlobal narahatlılıq yaradır. Dünya həmişəkindən daha çox beynəlxalq məsələlərin, aktual problemlərin müzakirəsinə, həll yollarının tapılmasına ehtiyac duyur. Qarabağ kimi həll olunmuş münaqişələri yenidən "alovlandırmaq" cəhdləri, sülhə əngəl olmaq dünyanın parçalanmasına səbəb olur. Ona görə də Bakı Forumu kimi platformaların yaradılması və inkişaf etdirilməsi bu məsələlərin həllini tapmaqda mühüm rol oynayır. 44 günlük Zəfər savaşından sonra biz təkcə Ermənistanla deyil, eyni zamanda ona dəstək olan havadarları ilə də siyasi və diplomatik mübarizə aparırıq. Bu qarşıdurmada müsbət beynəlxalq əks-səda yaradacaq tədbirlərin keçirilməsi və onlara ev sahibliyi edilməsi yaranmış yeni reallığın şərtlərini bütün dünyaya qəbul etdirmək üçün çox gözəl fürsətdir. 
Məlum olduğu kimi, son dövrlərdə Qərbin, xüsusilə Fransanın ölkəmizə qarşı qərəzli mövqeyi özünü açıq şəkildə büruzə verir. Anti-Azərbaycan siyasəti Fransada daha çox nəzərə çarpır. Bu yaxınlarda Fransanın Evian şəhərində yerləşən Natəvanın heykəlinin vandalizmə məruz qalması rəsmi Parisin xəbis niyyətindən xəbər verir. XI Qlobal Bakı Forumu çərçivəsində Prezident İlham Əliyev bu məqama toxunaraq Paris daxilində güclənən anti-Azərbaycan ideyasından danışıb: "Təəssüflər olsun ki, bundan sonra baş verənləri normal dərk etmək mümkün deyil. Fransada, Azərbaycanın şəhərlərinin biri ilə qardaşlaşmış Evian şəhərində vandalizm aktı baş verdi. Azərbaycan şairi Natəvanın heykəli vandalizmə məruz qaldı. Sizə həmin heykəli, üzərindəki qırmızı boyanı və heykəlin qırılmış burnunu təsvir edən şəkilləri nümayiş etdirmək istəyirəm. Bu hadisə Fransada baş verdi və buna səbəb BMT Təhlükəsizlik Şurasında, Avropa İttifaqında Azərbaycanı cəzalandırmaq cəhdlərinin uğursuz olması idi".
XI Qlobal Bakı Forumunun iştirakçıları çıxışlarında Azərbaycanın bölgədə oynadığı rolu yüksək qiymətləndirir, regional layihələrin Avropa üçün əhəmiyyətindən danışırlar. Rəsmi Bakı Qlobal Forumla bu gün bütün ermənipərəst Qərb dairələrinə ciddi cavab vermiş olur. Yaxşı olar ki, ermənipərəst Fransa kimi bütövlüklə anti-Azərbaycan bloku artıq rəsmi Bakının tək Cənubi Qafqazda yox, dünyada da önəmli, özünün xüsusi çəkisi olan beyin mərkəzlərindən birinə çevrildiyini və regional məsələlərin, ilk növbədə onunla razılaşdırıldığını anlasın. Əks təqdirdə İrəvanın uydurduğu yeni ssenarilər onun final pərdəsini daha da sürətləndirəcək.


Tariel Atamalıyev, 
Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru, YAP fəalı





Oxşar xəbərlər


Xəbər lenti
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
2026-11-26
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
2026-11-26
Kəlbəcərdə yeni həyat başlayır
2026-11-25
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
2026-11-25
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
2026-11-24
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
2026-11-24
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
2026-11-24
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
2026-11-24
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
2026-11-23
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
2026-11-23
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
2026-11-23
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
2026-11-23
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
2026-11-22
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
2026-11-22
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
2026-11-22
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
2026-11-22
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
2026-11-22
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
2026-11-21
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
2026-11-20
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
2026-11-20
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
2026-11-20
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
2026-11-20
Uzaqgörən və qətiyyətli siyasət
2026-11-20
Ağdamın Zəfər və quruculuq salnaməsi 
2026-11-20
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
2026-11-20
Tarixi Zəfərdən Böyük Qayıdışa 
2026-11-20
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
2026-11-19
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
2026-11-19
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
2026-11-19
Sağlam uşaqlar sağlam gələcəyin təməlidir
2026-11-19