Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
SİYASƏT
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
SİYASƏT
Kəlbəcərdə yeni həyat başlayır
SİYASƏT
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
SİYASƏT
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
SİYASƏT
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
SİYASƏT
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
SİYASƏT
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
SİYASƏT
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
SİYASƏT
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
SİYASƏT
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
SİYASƏT
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
SİYASƏT
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
SİYASƏT
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
SİYASƏT
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
SİYASƏT
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
SİYASƏT
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
SİYASƏT
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
SİYASƏT
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
SİYASƏT
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
SİYASƏT
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
SİYASƏT
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
SİYASƏT
Uzaqgörən və qətiyyətli siyasət
SİYASƏT
Ağdamın Zəfər və quruculuq salnaməsi 
SİYASƏT
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
SİYASƏT
Tarixi Zəfərdən Böyük Qayıdışa 
SİYASƏT
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
SİYASƏT
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
SİYASƏT
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
SİYASƏT
20 Noyabr - Ağdam Şəhəri Günü xalqımızın tarixi Zəfərinin, doğma torpaqlara qayıdışının və yenidənqurma prosesinin rəmzidir.

Otuz illik bir müddətdə özlərini beynəlxalq birlik adlandıran Fransa, ABŞ və Rusiya həmsədrləri ədalətin bərpa olunması üçün heç bir addım atmadılar

2024-03-13 14:12:50 124 baxış
Xəbər şəkil


     Fransa hökumətinin Cənubi Qafqazda mövcud olan reallığı düzgün qiymətləndirməməsi son illər verdiyi bir sıra qərarlardan, atdığı addımlardan bəllidir. Rəsmi Paris hələ də bu regionda təsir gücü əldə edəcəyi barədə boş xəyallar qurur. Emmanuel Makronun rəhbərliyi ilə Fransa hökuməti məkrli planını həyata keçirmək üçün özünə çox bənzəyən Nikol Paşinyanın rəhbərlik etdiyi Ermənistan hökumətindən istifadə edir. Hər iki işğalçı ölkə mənfur planlarını həyata keçirmək üçün hər cür yalana, böhtana əl atır. Ancaq indiyədək bu istiqamətdə gördükləri işlərlə, verdikləri qərarlarla nə qədər qərəzkar, ədalətsiz olduqlarını nümayiş etdirməkdən, özləri-özlərini ifşa etməkdən başqa heç nəyə nail olmayıblar. Güclülərə sığınmaq, havadarlar axtarmaq Ermənistanın köhnə şakəridir. Bu işğalçı ölkə yalnız hansısa böyük ölkənin kölgəsində olanda özünü güclü görür. Bu gerçəklik çox da uzaq olmayan tariximizdən də məlumdur. XX əsrin sonlarında Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) adlı imperiya dağılanda müstəqilliyinə nail olan respublikalar böyük sınaqla üzləşdilər. Azadlığına qovuşan Azərbaycanın da iqtisadiyyatında ağır böhran yarandı. Ancaq həmin illərdə bundan da böyük bir bəla ilə üzləşdi. O zaman xaricdən hər cür yardım alan Ermənistan ərazilərimizin iyirmi faizini işğal, bir milyondan çox soydaşımızı evindən, yurdundan didərgin edə bildi. Otuz ilə yaxın davam edən işğal müddətində də Fransa kimi ermənipərəst dövlətlər Ermənistanla Azərbaycan arasında sülh danışıqlarına vasitəçilik etmək adı ilə, əslində, işğalçıya dəstək verdilər.
     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev fevralın 28-də Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən bu tarixi həqiqətləri xatırlatdı. Sovet dövründə 70 il ölkəmizin dövlətçilikdən məhrum olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev qeyd etdi ki, 1991-ci ildə Azərbaycan öz müstəqilliyini yenicə bərpa etdiyi vaxtda Ermənistanın ölkəmizə qarşı təcavüzü ilə üzləşib və müstəqilliyin bərpasından 4 ay sonra ermənilər Xocalı soyqırımını törədiblər: "Yüzlərlə şəhər və kəndlərimizi işğal etdilər, oraları dağıtdılar. 30 illik bir müddətdə özlərini beynəlxalq birlik adlandıran Fransa, ABŞ və Rusiya - həmsədrlər ədalətin bərpa olunması üçün heç bir addım atmadılar. Və biz öz torpaqlarımızı azad etməyə başlayanda bu üç ölkə bizə təzyiqlər göstərməyə başladı. Hər biri bizi öz yolumuzdan döndərmək üçün müxtəlif alətlərdən istifadə etdi. Onlar istəmirdilər ki, biz öz torpaqlarımızı azad edək. Ötən ilin sentyabrında biz separatizmə son qoyduğumuz zaman onlar yenə də səhv etdi. Onların bəziləri indi də səhv edirlər. Mən ABŞ və Fransanı nəzərdə tuturam. Düşünürəm ki, Rusiya indi nəyin baş verdiyini yaxşı anlayır və yeni reallıqları qəbul edir. ABŞ və Fransa da eyni cür hərəkət etməlidirlər. Əks təqdirdə, vəziyyət onların planlaşdırdığı kimi olmayacaq. Bu ölkələr Cənubi Qafqazda buranın aparıcı ölkəsi, iqtisadiyyatı, ordusu, geniş beynəlxalq əlaqələri olan Azərbaycan ilə işləməlidirlər".
     Bugünkü reallığı görən, lakin bununla barışmaq istəməyən Emmanuel Makronun rəhbərlik etdiyi Fransa hökuməti Azərbaycana təsir etmək üçün müxtəlif qərarlar qəbul edir. Eyni zamanda beynəlxalq təşkilatlarda ölkəmizin əleyhinə qətnamələrin qəbul olunmasına çalışır. Fransa bütün bunlarla yanaşı, Azərbaycana qarşı Ermənistanı silahlandırdığını, bu işğalçı ölkəyə dəstək verdiyini açıq şəkildə bildirir. Ancaq bu cəhdləri Fransanı nəinki Cənubi Qafqaza yaxınlaşdırmır, əksinə, onu regiondan daha da uzaqlaşdırır. Rəsmi Paris bu gün Ermənistanı silahlandırmaqla, regionda sülhün əldə edilməsinə mane olmaqla, Azərbaycanla təhdid, şantaj dili ilə danışmaqla nəyəsə nail ola biləcəyinə ümid edir. Lakin unudurlar ki, Azərbaycanla kimsə təhdid, şantaj dili ilə danışa bilməz. Azərbaycan qarşılaşdığı bütün haqsızlıqlara rəğmən öz ədalətli, sülhsevər mövqeyindədir. Ermənistan hökuməti isə başa düşmək istəmir ki, Cənubi Qafqaz yenidən münaqişə alovuna çevrilərsə, Fransa kimi ölkələr bundan qətiyyən əziyyət çəkməyəcəklər. Çünki bu ölkələr hər bir mənada Cənubi Qafqazdan uzaqdırlar. 


Seyran Səfərov,
Salyan rayonu Qızılağac kənd tam orta məktəbin direktor əvəzi





Oxşar xəbərlər


Xəbər lenti
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
2026-11-26
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
2026-11-26
Kəlbəcərdə yeni həyat başlayır
2026-11-25
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
2026-11-25
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
2026-11-24
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
2026-11-24
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
2026-11-24
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
2026-11-24
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
2026-11-23
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
2026-11-23
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
2026-11-23
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
2026-11-23
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
2026-11-22
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
2026-11-22
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
2026-11-22
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
2026-11-22
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
2026-11-22
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
2026-11-21
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
2026-11-20
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
2026-11-20
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
2026-11-20
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
2026-11-20
Uzaqgörən və qətiyyətli siyasət
2026-11-20
Ağdamın Zəfər və quruculuq salnaməsi 
2026-11-20
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
2026-11-20
Tarixi Zəfərdən Böyük Qayıdışa 
2026-11-20
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
2026-11-19
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
2026-11-19
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
2026-11-19
Sağlam uşaqlar sağlam gələcəyin təməlidir
2026-11-19