Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
SİYASƏT
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
SİYASƏT
Kəlbəcərdə yeni həyat başlayır
SİYASƏT
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
SİYASƏT
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
SİYASƏT
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
SİYASƏT
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
SİYASƏT
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
SİYASƏT
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
SİYASƏT
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
SİYASƏT
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
SİYASƏT
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
SİYASƏT
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
SİYASƏT
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
SİYASƏT
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
SİYASƏT
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
SİYASƏT
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
SİYASƏT
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
SİYASƏT
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
SİYASƏT
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
SİYASƏT
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
SİYASƏT
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
SİYASƏT
Uzaqgörən və qətiyyətli siyasət
SİYASƏT
Ağdamın Zəfər və quruculuq salnaməsi 
SİYASƏT
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
SİYASƏT
Tarixi Zəfərdən Böyük Qayıdışa 
SİYASƏT
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
SİYASƏT
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
SİYASƏT
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
SİYASƏT
20 Noyabr - Ağdam Şəhəri Günü xalqımızın tarixi Zəfərinin, doğma torpaqlara qayıdışının və yenidənqurma prosesinin rəmzidir.

Siyasi plüralizmin təzahürü olan çoxpartiyalı parlament

2024-03-11 19:00:26 112 baxış
Xəbər şəkil

 

2020-ci ilin fevral ayının 9-da Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi mühüm tarixi dövrü əhatə edirdi. Bu, ölkəmizdə aparılan və qanunverici orqanı əhatə edən genişmiqyaslı islahatların təzahürü idi. Çünki ölkədə aparılan dərin islahatlar konsepsiyası Ali Qanunverici Orqandan yan keçə bilməzdi. Ona görə də, islahatları dərinləşdirmək üçün vaxt itirmədən yeni tərkibdə Milli Məclisin işini təşkil etmək vacib hesab edilirdi.
Beləliklə, 2020-ci ilin fevralında keçirilmiş növbədənkənar parlament seçkiləri Azərbaycanda aparılan və qanunverici orqanı əhatə edən genişmiqyaslı islahatların növbəti mərhələsinə start verdi. Sağlam rəqabət mühitində keçirilmiş bu seçkilərdə ölkədəki bütün siyasi qüvvələrin və xüsusən də gənc fəalların geniş tərkibdə iştirak etməsi ölkədə yeni siyasi ab-havanın formalaşdığını və demokratiyanın mövcudluğunu nümayiş etdirdi. Keçirilmiş seçkilərə dair beynəlxalq rəy də ümumən müsbət oldu. Belə ki, 9 fevral seçkilərinin nəticələrinə dair əsas rəy Avropa İttifaqı tərəfindən verilib. Bu qurum seçkilərin keçirilməsi ilə əlaqədar obyektiv bəyanat verib. Aİ tərəfindən “Avropa İttifaqı yeni seçilmiş deputatlarla, Azərbaycan parlamenti ilə işləməyə hazırdır” bəyanatının səsləndirilməsi, seçkilərin nəticələrinin tanınması deməkdir.
           Növbədənkənar parlament seçkilərinin keçirilməsinin nəticələri ölkənin ictimai-siyasi həyatındakı sonrakı proseslərin davamı üçün mühüm həlqə oldu. Belə ki, ölkədə çoxpartiyalı sistemin oturuşması və yeni siyasi konfiqurasiyasının formalaşması məhz bu seçkilərdən sonra günümüzün danılmaz gerçəyinə çevrildi. Təsadüfi deyil ki, çoxpartiyalı sistemin oturuşması və yeni siyasi konfiqurasiyasının formalaşması Prezident İlham Əliyevin 2020-ci ilin mart ayının 10-da keçirilmiş 6-cı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında etdiyi çıxışında da əsas prioritet məsələlər kimi vurğulanıb.
Etiraf etməliyik ki, müstəqillik dövründə Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində müxalifət partiyaların nümayəndələrinin təmsil olunmaları bu və ya digər səbəblərdən mümkün olmayıb. Lakin 9 fevral seçkilərinin nəticələri bu boşluğu da aradan qaldırdı. Seçkilərdə ölkədə mövcud olan bütün siyasi qüvvələrin iştirak etməsi nəticəsində çoxpartiyalı parlament formalaşdı. Beləliklə, son illər ölkəmizdə demokratiyanın inkişafı istiqamətində atılan ən əhəmiyyətli addımlardan biri məhz çoxpartiyalı parlamentin formalaşması olub. Bu mühüm siyasi addım da məhz Prezident İlham Əliyevin iradəsi ilə atılıb və dövlət başçımızın həyata keçirdiyi uğurlu siyasi islahatların bir parçasıdır.
Bu addım həm siyasi plüralizmin təzahürü, həm də demokratik ənənələrin dərinləşməsinə xidmət edən təcrübədir. Bu kontekstdə müxalifət partiyalarının nümayəndələrinin VI çağırış Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunması faktı Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək və yeni siyasi konfiqurasiyanı işlək hala gətirmək üçün böyük əhəmiyyətə malikdir. Prezident İlham Əliyev Milli Məclisdəki sözügedən çıxışında haqlı olaraq qeyd edib ki, ölkəmizdə aparılan islahatlar siyasi müstəvidə sağlam əməkdaşlıq mühitinin bərqərar olmasını tələb edir. İslahatların səmərəliliyi naminə siyasi dialoq mühiti dərinləşməlidir. Prezidentin çıxışı yeni dövrdə ölkənin siyasi sisteminin inkişafında çoxpartiyalılığın yeri və rolunu göstərmək baxımından olduqca əhəmiyyətli idi. Eyni zamanda həmin çıxış dəyişən reallıqlar kontekstində Milli Məclis üçün “yol xəritəsi” sayılır. Dövlətimizin başçısı çıxışında qeyd etmişdi ki, "siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır. İqtisadi islahatlarımızın dərinləşməsi işinə töhfə verən qanunlar qəbul edilməlidir. Milli dəyərlərimizlə və onların qorunması ilə bağlı qanunvericilik bazası daha da geniş olmalıdır".
Cənab Prezidentin çıxışında həmçinin, parlamentin iqtisadi sahədə görülən işlərlə bağlı rolunun artması, hökumət üzvləri və parlamentin xalqla daha sıx təmasda olmaları, daimi ünsiyyətin qurulması əsas vəzifələr kimi müəyyənləşdirilib. Eləcə də Azərbaycanın müasir, dünyəvi dövlət kimi güclənməsi, dünyəvilik prinsiplərinin daha geniş bərqərar olması, radikalizmə qarşı daha geniş mübarizənin aparılması işlərində də parlamentin rolunun vacibliyi qeyd olunub. Ötən dörd ilin nəticələri və müşahidələri onu göstərir ki, Prezident İlham Əliyevin VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışında toxunduğu məsələlər təkcə qanunverici orqan üçün yox, bütövlükdə cəmiyyətimiz üçün taleyüklü xarakter daşıyır.
Yenidən formalaşmış olan Ali Qanunverici Orqan ötən dörd il ərzində ölkənin ictimai-siyasi həyatında özünəməxsus yer tutub: “2020-ci ilin 9 fevral seçkilərində ölkədə mövcud olan bütün siyasi qüvvələrin iştirak etməsi nəticəsində formalaşmış çoxpartiyalı parlament Azərbaycanda siyasi sistemin təkmilləşdirilməsi işində daha böyük rol oynadı. Son illər ölkəmizdə demokratiyanın inkişafı istiqamətində atılan ən əhəmiyyətli addımlardan biri məhz çoxpartiyalı parlamentin formalaşması olub”.
  Yeni formalaşan parlamentin ilk fəaliyyəti dünyada tuğyan edən pandemiya dövrünə təsadüf edib: “Məhz parlament tərəfindən pandemiya şəraitində davranış, onlayn rejimli fəaliyyət təcrübəsinin tətbiqi mühüm önəm kəsb etdi. Eyni zamanda 44 günlük Vətən Müharibəsi dövründə də Qanunverici Orqan öz üzərinə düşən missiyanı böyük uğurla icra etdi. 

 

Ruslan Məmmədov,
Salyan RİH başçısı aparatının Hüquq şöbəsinin müdiri





Oxşar xəbərlər


Xəbər lenti
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
2026-11-26
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
2026-11-26
Kəlbəcərdə yeni həyat başlayır
2026-11-25
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
2026-11-25
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
2026-11-24
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
2026-11-24
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
2026-11-24
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
2026-11-24
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
2026-11-23
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
2026-11-23
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
2026-11-23
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
2026-11-23
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
2026-11-22
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
2026-11-22
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
2026-11-22
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
2026-11-22
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
2026-11-22
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
2026-11-21
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
2026-11-20
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
2026-11-20
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
2026-11-20
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
2026-11-20
Uzaqgörən və qətiyyətli siyasət
2026-11-20
Ağdamın Zəfər və quruculuq salnaməsi 
2026-11-20
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
2026-11-20
Tarixi Zəfərdən Böyük Qayıdışa 
2026-11-20
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
2026-11-19
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
2026-11-19
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
2026-11-19
Sağlam uşaqlar sağlam gələcəyin təməlidir
2026-11-19