Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
SİYASƏT
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
SİYASƏT
Kəlbəcərdə yeni həyat başlayır
SİYASƏT
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
SİYASƏT
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
SİYASƏT
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
SİYASƏT
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
SİYASƏT
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
SİYASƏT
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
SİYASƏT
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
SİYASƏT
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
SİYASƏT
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
SİYASƏT
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
SİYASƏT
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
SİYASƏT
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
SİYASƏT
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
SİYASƏT
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
SİYASƏT
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
SİYASƏT
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
SİYASƏT
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
SİYASƏT
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
SİYASƏT
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
SİYASƏT
Uzaqgörən və qətiyyətli siyasət
SİYASƏT
Ağdamın Zəfər və quruculuq salnaməsi 
SİYASƏT
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
SİYASƏT
Tarixi Zəfərdən Böyük Qayıdışa 
SİYASƏT
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
SİYASƏT
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
SİYASƏT
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
SİYASƏT
20 Noyabr - Ağdam Şəhəri Günü xalqımızın tarixi Zəfərinin, doğma torpaqlara qayıdışının və yenidənqurma prosesinin rəmzidir.

Yeni Azərbaycan Partiyasının VII qurultayı ölkəmizdə yeni inkişaf mərhələsinin başlanmasını şərtləndirdi

2024-03-02 08:59:08 217 baxış
Xəbər şəkil

 

Qələbələr partiyası olan Yeni Azərbaycan Partiyası, fəaliyyəti dövründə daim inkişaf etmiş, dövlətçiliyin inkişafı və xalqın xöşbəxt gələcəyi üçün mühüm töhvələr vermişdir. 

Son 31 ilin ststistikasına və siyasi xronukasına baxmaq kifayətdir ki, Azərbaycan Respublikasının uğurlu inkişaf mənzərəsi hər kəsin gözü önündə canlansın. Azərbaycanın sürətlə inkişaf etməsi, beynəlxalq aləmdə layiqli yer tutması, Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi yolun əsas nəticəsi kimi qeyd edilməlidir. Yeni Azərbaycan Partiyası bütün situasiya və məqamlarda ardıcıl və məqsədyönlü şəkildə dövlətçilik, milli-mənəvi dəyərlərimizə sadiqlik mövqeyində dayanıb, daim xalqımızın arzularının təcəssümü və yekdil iradəsinin ifadəçisi kimi çıxış edib.  
      Xüsusilə, cənab İlham Əliyevin 2003-cü ildə Prezident, 2005-ci ildə isə Yeni Azərbaycan Partiyasının sədri seçilməsindən sonra  həm partiyamızın həyatında, həm də Azərbaycanın inkişafında keyfiyyətcə yeni mərhələ başlandı. Bütün sahələrdə görülən işlər, həyata keçirilən sistemli və məqsədyönlü islahatlar Azərbaycanın milli gücünün artmasını, beynəlxalq aləmdə mövqeyinin və imicinin güclənməsini, xalq-iqtidar birliyinin möhkəmlənməsini təmin edib. Nəhayət, Prezident, Müzəffər Ali Baş Komandan, partiyamızın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44 günlük Vətən müharibəsində möhtəşəm qələbə qazanaraq tarixi ədaləti və ərazi bütövlüyünü bərpa edib. Bu gün artıq işğaldan azad edilmiş torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır, bərpa və quruculuq işləri sürətlə həyata keçirilir, soydaşlarımızın Böyük Qayıdışına başlanılıb.
     
Yeni Azərbaycan Partiyasının 2021-ci il 5 mart tarixdə keçirilmiş VII Qurultayı isə partiyamızın həyatında yeni bir mərhələnin başlanğıcı oldu. Qurultayda partiyamızın sədri, dövlət başçısı cənab İlham Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələrin ardıcıl və məqsədyönlü şəkildə yerinə yetirilməsi Azərbaycanın yeni  dönəmdə davamlı uğurlar əldə etməsinə geniş imkanlar yaratdı. Yeni Azərbaycan Partiyasının VII qurultayında  ölkənin iqtidar partiyasının inkişaf tarixinin ən mühüm mərhələləri qeyd  olunmuş və Partiyanın perspektiv xarakterli strateji hədəfləri açıqlanaraq,  xalqa xidməti əsas meyar hesab edən partiyanın  tarixində yeni inkişaf mərhələsi başlanmışdır.   Yeni idarəetmə modelini özündə ehtiva edən  Qurultayda qəbul olunmuş qərarlar hakim partiyanın “iqtidar-xalq” modelinin real işə düşdüyünü, milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını nümayiş etdirdi. Partiyada birinci müavin postunun təsis olunması və bu postun ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya həvalə olunması idarəetmə prosesinin təkmilləşdirilməsinə xidmət edir.
       
Yeni Azərbaycan Partiyasının VII qurultayında qəbul olunmuş yeni Nizamnamə,  müasir dövrün bütün tələb və çağırışlarına cavab verir və yeni qəbul olunmuş Proqram demokratik dəyərlərə və milli maraqlara əsaslanan, habelə müasir yanaşma və metodları özündə ehtiva edən siyasi münasibətlərin bütün strateji fəaliyyət istiqamətlərini əhatə edən Proqramdır. Effektiv nəticələrin əldə olunması naminə ölkənin inkişafına və cəmiyyətin tərəqqisinə xidmət edən Yeni Azərbaycan Partiyasının əsas hədəfləri müəyyən olunmuş  Proqramda Heydər Əliyev irsinin təbliği və təşviqi, güclü iqtisadiyyat və davamlı inkişaf, inklüziv cəmiyyət, ədalətli sosial təminat və insan kapitalının inkişafı, şəffaflığın artırılması, vətəndaş cəmiyyətinin inkişafı, Azərbaycan dili və dünya azərbaycanlılarının həmrəyliyi, mədəni irsin və milli-mənəvi dəyərlərin qorunması, vətəndaş həmrəyliyinin təminatı, milli maraqlar və xarici siyasət, ordu quruculuğu, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış, siyasi, iqtisadi, mədəni və ictimai münasibətlərin bütün digər sahələrini əhatə edən milli maraqların qorunması, Azərbaycan dövlətinin dayanıqlı inkişafı, beynəlxalq münasibətlər sistemində nüfuzunun artırılması, habelə beynəlxalq bazarlarda ölkənin rəqabətə dözümlülük göstəricilərinin yüksəldilməsi əsas vəzifə olaraq qarşıya qoyulmuşdur.
      
Qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetirilməsinin nəticəsidir ki, bu gün Azərbaycanda Heydər Əliyev missiyası şərəflə, məsuliyyətlə, fədakarlıqla davam etdirilir, nəticəsi misilsiz nailiyyətlər olan alternativsiz siyasi kursla müşayiət olunur.  Azərbaycanın tərəqqisi dünyanın hər bir güşəsindən açıq-aydın görünür. Bu həqiqətin əsasını cənab İlham Əliyevin xalqın rifahı naminə həyata keçirdiyi uğurlu və ardıcıl siyasət təşkil edir.      
     
Partiyamızın sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən, milli həmrəyliyə və sağlam dialoqa xidmət edən siyasi islahatlar, həmçinin Vətən müharibəsində qazanılmış  Qələbə, ölkədə milli birlik yaratmışdır.  Milli həmrəylik, dövlət siyasətinin strateji prioriteti kimi yeni inkişaf mərhələsinin təcəssümünə çevrilmişdir.  Bu monolit birlik 2024-cü ilin 7 fevral tarixində keçirilən növbədənkənar Prezident seçkilərində özünü bir daha açıq şəkildə göstərdi. Xalq bir yumruq kimi birləşərək mütəşəkkillik nümayiş etdirdi və Qalib Xalqın Qalib Lideri,  cənab İlham Əliyevi 92,12% səs çoxluğu ilə yenidən Prezident seçdi. 
Bəli bu gün inamla deyə bilərik ki, xalqın öz ali rəhbərinə olan sevgisi və etibarı daha xoşbəxt gələcəyimizə təminat verir və əminik ki, Yeni Azərbaycan Partiyasının VII Qurultayından başlamış yeni inkişaf mərhələsi uğurla davam edəcək.

 

Vüqar İsayev,
YAP Göygöl rayon təşkilatının sədri











Oxşar xəbərlər


Xəbər lenti
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
2026-11-26
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
2026-11-26
Kəlbəcərdə yeni həyat başlayır
2026-11-25
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
2026-11-25
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
2026-11-24
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
2026-11-24
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
2026-11-24
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
2026-11-24
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
2026-11-23
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
2026-11-23
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
2026-11-23
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
2026-11-23
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
2026-11-22
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
2026-11-22
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
2026-11-22
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
2026-11-22
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
2026-11-22
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
2026-11-21
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
2026-11-20
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
2026-11-20
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
2026-11-20
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
2026-11-20
Uzaqgörən və qətiyyətli siyasət
2026-11-20
Ağdamın Zəfər və quruculuq salnaməsi 
2026-11-20
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
2026-11-20
Tarixi Zəfərdən Böyük Qayıdışa 
2026-11-20
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
2026-11-19
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
2026-11-19
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
2026-11-19
Sağlam uşaqlar sağlam gələcəyin təməlidir
2026-11-19