Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
SİYASƏT
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
SİYASƏT
Kəlbəcərdə yeni həyat başlayır
SİYASƏT
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
SİYASƏT
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
SİYASƏT
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
SİYASƏT
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
SİYASƏT
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
SİYASƏT
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
SİYASƏT
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
SİYASƏT
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
SİYASƏT
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
SİYASƏT
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
SİYASƏT
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
SİYASƏT
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
SİYASƏT
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
SİYASƏT
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
SİYASƏT
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
SİYASƏT
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
SİYASƏT
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
SİYASƏT
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
SİYASƏT
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
SİYASƏT
Uzaqgörən və qətiyyətli siyasət
SİYASƏT
Ağdamın Zəfər və quruculuq salnaməsi 
SİYASƏT
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
SİYASƏT
Tarixi Zəfərdən Böyük Qayıdışa 
SİYASƏT
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
SİYASƏT
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
SİYASƏT
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
SİYASƏT
20 Noyabr - Ağdam Şəhəri Günü xalqımızın tarixi Zəfərinin, doğma torpaqlara qayıdışının və yenidənqurma prosesinin rəmzidir.

Qərb dairələri Cənubi Qafqazda vəziyyəti gərginləşdirməyə çalışır - RƏY + FOTO

2024-02-28 13:13:55 57 baxış
Xəbər şəkil

 

Milli Məclisin deputatı Fatma Yıldırım Qərb dairələrinin Cənubi Qafqazda vəziyyəti yenidən gərginləşdirməyə çalışdığını bildirib.

 

Deputat “Report”a açıqlamasında qeyd edib ki, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi həmin dairələrə rahatlıq vermir.

Onun sözlərinə görə, Azərbaycan dövləti beynəlxalq hüquq çərçivəsində addımlar atıb və BMT nizamnaməsinə, Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən özünün beynəlxalq səviyyədə tanınan sərhədlərini bərpa edib:

“Görünən odur ki, Qərb dairələri üçün Azərbaycana münasibətdə beynəlxalq hüququn tətbiq edilməsi maraqlı deyildi. Lakin dünyanın ədalətsizliyinə rəğmən Azərbaycan torpaqlarını Ermənistanın işğalından azad edib”.

Deputat bildirib ki, Azərbaycan regionun sülh və əməkdaşlıq məkanına çevrilməsində maraqlıdır:

“Bu məqsədlə Ermənistana sülh sazişi imzalamaq təklif edilib. Lakin regionda geosiyasi maraqları olan Qərb dairələri Paşinyan hakimiyyətini sülhə gəlməməyə təhrik edir. Onlar beynəlxalq müstəvidə ölkəmizə qarşı qarayaxma kampaniyası aparır, guya Ermənistana qarşı yeni hücuma hazırlaşması barədə yalan təbliğat həyata keçirirlər. Bu təbliğat fonunda Azərbaycan Ordusunun Zəngilan istiqamətindəki mövqelərinin atəşə tutulması və hərbçimizin yaralanması, şərti sərhəddə atəşkəsin davamlı pozulması, Naxçıvan istiqamətində təxribatlara əl atılmasında məqsəd də vəziyyəti gərginləşdirmək və Azərbaycanı günahlandırmaqdır.

Bu prosesdə Fransa xüsusi “fəallıq” göstərir. Parisin mövqeyi Cənubi Qafqazda sülhə və təhlükəsizliyə böyük təhdiddir. Bu ölkənin prezidenti Emmanuel Makronun fevralın 21-də Parisdə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü zamanı ölkəmizə qarşı səsləndirilən əsassız iddialar qəbulolunmazdır. Ermənilərin maraqları naminə Fransanın beynəlxalq hüquqa hörmətsizliyi, bəşəri dəyərləri ayaqlar altına atması ən azı təəssüf doğurur. Bu, o deməkdir ki, Fransa hökuməti və parlamenti, bu ölkənin ayrı-ayrı siyasi dairələri uzun illərdir açıq irqçi, azərbaycanofob, türkofob və islamofob fəaliyyət nümayiş etdirirlər. Bu yanaşma artıq Fransanın dövlət siyasəti səviyyəsinə çatıb. Müharibə üçün Ermənistanda və xaricdəki bütün revanşist qüvvələrin səylərini birləşdirmək tələb olunur. Makron Paşinyanın Parisə son səfəri zamanı onu Fransa Erməni Təşkilatlarının Koordinasiya Şurasının həmsədri Murad Papazyanla bir araya gətirib. Fransa daşnaklar və revanşist qüvvələrlə Paşinyanı “barışdırmağa” çalışır”, - parlamanetari söyləyib.

F.Yıldırım vurğulayıb ki, Fransa Cənubi Qafqazla bağlı məkrli planlar həyata keçirməyə çalışır:

“Ermənistanın silahlandırılması məhz bu məqsədə xidmət edir. Fransa Avropa İttifaqı üzərindən planlar qurur, Cənubi Qafqaza Ermənistanın vasitəsilə yerləşməyə çalışır. Ermənistana yerləşdirilən “mülki missiya”nın əsl məqsədi də məhz bundan ibarətdir. Təsadüfi deyil ki, Paşinyan Fransada olarkən Rusiya və KTMT əleyhinə sərt bəyanatlar səsləndirib. Görünür, budəfəki səfər zamanı Makron Paşinyana yeni vədlər verib. Paşinyanın Parisə səfərindən bir gün sonra Fransanın müdafiə naziri Sebastian Lekornun Ermənistana səfəri məsələyə aydınlıq gətirir. Bir müddət öncə imzalanmış müqaviləyə əsasən, Fransa Ermənistana silahlar verib. Eyni zamanda, İrəvan və Paris artilleriya və raket sistemlərinin tədarükü ilə bağlı da danışıqlar aparır. Artıq səfər zamanı iki ölkənin müdafiə nazirləri yeni müqavilədə imzalayıblar. Bir sözlə, Ermənistanın silahlandırılması regionumuzda yeni təxribatlar məqsədi güdür. Rəsmi İrəvan anlamalıdır ki, başqalarının təhrikinə uymaq onun üçün xeyir gətirməyəcək”.





Oxşar xəbərlər


Xəbər lenti
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
2026-11-26
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
2026-11-26
Kəlbəcərdə yeni həyat başlayır
2026-11-25
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
2026-11-25
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
2026-11-24
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
2026-11-24
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
2026-11-24
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
2026-11-24
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
2026-11-23
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
2026-11-23
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
2026-11-23
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
2026-11-23
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
2026-11-22
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
2026-11-22
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
2026-11-22
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
2026-11-22
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
2026-11-22
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
2026-11-21
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
2026-11-20
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
2026-11-20
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
2026-11-20
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
2026-11-20
Uzaqgörən və qətiyyətli siyasət
2026-11-20
Ağdamın Zəfər və quruculuq salnaməsi 
2026-11-20
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
2026-11-20
Tarixi Zəfərdən Böyük Qayıdışa 
2026-11-20
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
2026-11-19
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
2026-11-19
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
2026-11-19
Sağlam uşaqlar sağlam gələcəyin təməlidir
2026-11-19