image image

Demokratik, şəffaf, azad...

image

 

 

Beynəlxalq müşahidəçilər vətəndaşlarımızın seçkidə öz iradələrini sərbəst ifadə etdiklərini təsdiqlədilər

 

"Ölkədə keçirilmiş prezident seçkilərinə böyük beynəlxalq diqqət oldu. Bu, sözsüz ki, Azərbaycan dövlətinin hazırkı beynəlxalq münasibətlər və əməkdaşlıq sistemində kifayət qədər ciddi yeri və rolu ilə bağlıdır".


Bu sözləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib. O bildirib ki, müşahidə edilən reaksiyalardan İlham Əliyevin prezident seçiləcəyi ilə bağlı ciddi gözləntilər olduğu bəlli idi. Çünki məhz onun rəhbərliyi dövründə Azərbaycan çox etibarlı tərəfdaş obrazını formalaşdırmışdı. Azərbaycanın təşəbbüsləri bir çox istiqamətlərdə ümumi qlobal vəziyyətə təsir göstərdi. Bu baxımdan İlham Əliyevin növbəti dəfə prezident seçilməsi, tərəfdaşlarımızda çox ciddi müəyyənlik yaratdı. Ümumiyyətlə, ümumi ictimai rəy ondan ibarət oldu ki, seçkilər tam şəffaf, insanların sərbəst şəkildə öz hüquqlarını ifadə etmək imkanlarına malik şəraitdə keçirildi. 
Deputat hesab edir ki, seçkilər mühüm siyasi hadisə olmaqla yanaşı, Azərbaycan xalqının ölkəmizin ərazi bütövlüyünü təmin edən liderə minnətdarlıq hissini ifadə etmə imkanı kimi qəbul edildi: "Hər bir vətəndaşımız içində minnətdarlıq hissi daşımaqdadır və seçkilər yolu ilə bunu ifadə edə bildi. Seçki hüququ olan vətəndaşlarımızın 76 faizindən çoxunun səsvermədə iştirakı bir daha onu deməyə əsas verir ki, bu, ümumxalq minnətdarlıq hissini ifadə etmə prosesi idi. Yəni prezident seçkiləri bu mənada unikal siyasi hadisə idi və tarixdə çox nadir hallarda müşahidə olunurdu".
E.Mirbəşiroğlu bildirib ki, beynəlxalq müşahidəçilər də Azərbaycanda seçkilərin yüksək tələblərə cavab verən səviyyədə keçirildiyini təsdiq etdilər. "Exit-poll"un nəticələri açıqlandıqdan sonra prezidentə ünvanlanan təbriklər də bunu bir daha sübut etdi. 
İlham Əliyevin prezident seçiləcəyi gözlənilən idi, çünki Azərbaycanda daxili ictimai rəy haqqında beynəlxalq səviyyədə aydın təsəvvürlər mövcud idi. Azərbaycan xalqı öz liderinə olduqca böyük dəyər verir, ona  böyük etimad göstərir. "Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, Azərbaycanda artıq 16-cı ildir ki, seçki məntəqələrində veb- kameralardan istifadə olunur. Prezident seçkiləri zamanı da 1000 seçki məntəqəsində ən müasir texnoloji üstünlüklərə malik veb kamera quraşdırılmışdı. Mərkəzi Seçki Komissiyasının rəsmi veb səhifəsi üzərindən daxil olaraq seçki prosesini dünyanın istənilən nöqtəsindən izləmək mümkün idi", - deyə o əlavə edib.
Bunun dünya üçün örnək olduğunu deyən deputat qeyd edib ki, Azərbaycan nə dərəcədə şəffaf seçkilər keçirdiyini nümayiş etdirdi. O hesab edir ki, Azərbaycanın bu təcrübəsindən demokratiyadan dünyaya dərs keçmək istəyən ölkələrdə də tətbiq olunsa, yaxşı olar. Ayrıca olaraq dünyanın ən nüfuzlu media strukturlarının təmsilçiləri də seçki prosesini izlədilər. Onlar hər şeydən əvvəl seçici aktivliyini qeyd etdilər. Bütün məntəqələrdə səs vermək üçün növbə var idi. Beynəlxalq mediada önə çəkilən məqam ondan ibarət idi ki, insanlar növbəyə duraraq öz seçki hüquqlarından istifadə etməyə tələsirdilər. Bunun özü elə şəffaflığın, demokratiyanın göstəricisidir. Əgər vətəndaş seçkilərin şəffaflığı ilə bağlı hər hansı şübhəyə malik olsaydı, bu dərəcədə aktivlik nümayiş etdirməzdi. 
Deputat vurğulayıb ki, seçkilərin demokratik tələblərə və şəffaflıq prinsiplərinə uyğun keçirildiyini sübut edən əsas göstərici seçici aktivliyidir: "Hesab edirəm ki, beynəlxalq müşahidəçilər də əsasən məhz bu reallıqdan çıxış ediblər. Məsələnin ikinci tərəfi isə ondan ibarətdir ki, 800-ə yaxın beynəlxalq müşahidəçi seçki prosesini yaxından izlədikdən sonra mətbuat üçün brifinqlər keçirdilər. Demək olar ki, beynəlxalq təşkilatlarda təmsil olunan nümayəndələrin hamısı bunu etdilər. Onlar seçkilərin yüksək standartlara uyğun keçirildiyini vurğuladılar və medianın suallarına cavab verməyə hazır olduqlarını bildirdilər. Demək olar ki, praktiki olaraq suallar yox idi. Çünki media təmsilçiləri də seçkilərin necə şəffaf, demokratik prinsiplərə uyğun keçirildiyini gözləri ilə görmüşdülər. Dünya mediası Azərbaycandakı seçkiləri yüksək qiymətləndirdi".
Deputat qeyd edib ki, bütün bunlar Azərbaycanda siyasi sistemin effektivliyinin göstəricisidir. Yəni bir ölkədəki seçki kimi mühüm siyasi proses tam demokratik və şəffaf şəraitdə başlayıb, sona çatırsa, deməli, o ölkənin siyasi sistemi kifayət qədər effektivdir. 
Prezident İlham Əliyevin rəhbərliyi dövründə ölkəmizin siyasi sistemi olduqca yüksək keyfiyyət elementlərini özündə ifadə edə bilib. Bu baxımdan Azərbaycanda xalq öz iradəsini sərbəst şəkildə ifadə etmək imkanına sahibdir. Azərbaycan dövlətinin, liderinin xalqına münasibətini ifadə edən əsas məqam da məhz bundan ibarətdir. Beynəlxalq müşahidəçilərin də əsas vurğuladığı o idi ki, Azərbaycan vətəndaşı sərbəst şəkildə öz iradəsini ifadə edərək səs hüququndan istifadə etdi.





Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...