Dünyada sülhün və təhlükəsizliyin təmin olunması müasir dövrün ən qlobal problemləri sırasındadır. Qlobal problemlərin uğurlu həlli isə şübhəsiz ki, böyük ölçüdə dünya ölkələri arasında səmimi və səmərəli əməkdaşlığın, birgə qarşılıqlı fəaliyyətin təşkilindən asılıdır. Müasir Azərbaycan Respublikası da ardıcıl sülh təkliflərini daim dəstəkləyir və bu prosesə öz töhfəsini vermək üçün məqsədyönlü fəaliyyət göstərir. Ölkəmiz beynəlxalq hüquq normalarına daim sadiqlik nümayiş etdirir və bu normaların pozulmasına qarşı hər zaman öz qəti etirazını bildirir. Azərbaycan dövləti xüsusən də mülki əhaliyə, dinc insanlara qarşı törədilmiş hərbi cinayətləri qətiyyətlə pisləyir. Lakin təəssüf ki, XXI əsrdə yaşamağımıza baxmayaraq hələ də dünyada beynəlxalq riyakarlıq təzahürləri özünü büruzə verməkdədir.
Azərbaycan Respublikası 2020-ci ildə 44 günlük Vətən müharibəsində Zəfər əldə edərək 30 ilə yaxın müddətdə erməni işğalı altında olan torpaqlarını azad etdi. Həm də ölkəmiz atdığı bu addımla BMT məlum 4 qətnaməsinin icrasını təmin etmiş oldu. Ancaq buna baxmayaraq bəzi xarici qüvvələr münaqişənin həll olunması reallığı ilə barışmaq istəmirlər. Onlar hesab edirlər ki, Cənubi Qafqazda sülhün əldə olunması onların regiona təsir imkanlarını zəiflədəcək. Belə riyakar siyasət yürüdən dövlətlərdən biri və bəlkə də birincisi Fransadır.
Dövlətimizin başçısı İlham Əliyevin Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq ilə görüşündə də bu kimi məqamlara xüsusi diqqət yönəldildi. Belə ki, Fransanın regionda dağıdıcı siyasət həyata keçirərək od üstünə benzin tökmək prinsipindən çıxış etdiyini, Ermənistanın militarizasiya siyasəti apardığını, geosiyasi intriqaların təşəbbüskarı olduğunu bildirən Prezident İlham Əliyev rəsmi Parisin regionda vəziyyətin gərginləşməsinin səbəbkarı olduğunu, müxtəlif beynəlxalq təşkilatlarda və parlament müstəvilərində anti-Azərbaycan siyasət yürütdüyünü də diqqətə çatdırdı. Dövlətimizin başçısı Fransanın Cənubi Qafqaz regionunda aparıcı mövqeyə nail olmaq və nüfuzunu gücləndirmək məqsədilə siyasət yürütdüyünü, lakin onların bu istiqamətdəki cəhdlərinin əbəs olduğunu vurğuladı.
Prezident İlham Əliyev Avropa Şurası Parlament Assambleyasında anti-Azərbaycan xarakteri daşıyan və Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin ratifikasiya edilməməsi ilə bağlı azlıq olan bir qrupun təşəbbüsünün dialoqa xidmət etmədiyini vurğulayaraq bildirdi ki, bu, ümumiyyətlə, parlament platformasının ənənələri ilə ziddiyyət təşkil edir. Azərbaycan nümayəndə heyətinin hüquqlarının bərpa edilməli olduğunu deyən dövlətimizin başçısı diqqətə çatdırdı ki, Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmayacağı təqdirdə, Azərbaycan tərəfindən də Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılacaq.
Göründüyü kimi, Azərbaycan bu gün də dünyanın ikili standartlar siyasəti ilə üz-üzədir. Ədaləti, beynəlxalq hüququ maraqlarının arxasında gizlədən, demokratik dəyərlərə hörmətsizlik edən bəzi dünya güclərinin atdıqları addımlar etimad mühitini sıfra endirir. Ölkəmiz hər bir məsələnin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlllinə səy göstərdiyi halda Fransa kimi bu və ya digər dövlətlərə “beynəlxalq hüquq dərsi keçən” dövlətlərin özləri atdıqları addımları ilə bu prinsiplərdən xəbərsiz olduqlarını təsdiqləyirlər. Fransa istər 30 illik işğal, istərsə də postmünaqişə dövründə öz maraqlarını Ermənistanın vasitəsi ilə həyata keçirməyə çalışır. Unudur ki, belə addımlarla özünə qarşı bir inamsızlıq yaradır. Regionda dayanıqlı sülhün təmin olunması üçün sülh müqaviləsinin imzalanması qaçılmazdır. Fransa sülh müqaviləsinin imzalanmasına maneə törətməkdənsə, bu prosesin tezliklə reallığa çevrilməsinə dəstək olsa daha yaxşı olar. Amma görünən odur ki, dünyada hüquq probleminin həlli hələ də mümkün deyil.
Samin Əziz,
Salyan rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı, YAP fəalı,
Vətən Müharibəsi iştirakçısı
Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...
Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...
Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...
Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...
Prezident İlham Əliyevin işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...
2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...
Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...
Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...