Bizim Zəfər döyüşlərimizin olduğu dövrlərdə isə Fransa respublikasının prezidenti Makron prezident İlham Əliyevə zəng edərək müharibəni dayandırmağı, hətta yalan böhtan olaraq muzdlu döyüşçülərin olduğunu demişdir . Halbuki Minsk qrupunun həyata keçirə bilmədiyi ədaləti öz gücümüzlə etdik . Muzdlu döyüşçülərdən istifadə edən isə bizlər deyil Ermənilər idi . Bu da onu göstərir ki Fransa hökuməti yaxşı görməyi bacarmır. Bacarsaydı saxtakarlığı deyil də həqiqətləri görərdi. Bəlkə də Fransa hökumətinin gözlərində xəstəlik var . Bu xəstəlik isə Erməni lobbisidir ki ancaq Erməni lobbisinin idarəsi altında addım atır . Erməni lobbisinin dedikləri ilə oturub ,durur . Amma bu prosesin məntiqi sonluğa çatdırılması üçün sülh müqaviləsi imzalanmalı və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır. Ermənistan sülh müqaviləsinin imzalanmasında maraqlı olsa da siyasətində müstəqil olmaması, hər zaman havadarlarının göstərişləri əsasında hərəkət etməsi yenə də konkret addım atmasına mane olur. Sülh müqaviləsinin imzalanması ilə bağlı müxtəlif formatlarda və tərkiblərdə keçirilən görüşlərdə Ermənistan baş nazirinin Azərbaycanın beynəlxalq hüququn 5 əsas prinsipini özündə ehtiva edən təklifini dəstəkləyib görüşdən sonra tamamilə başqa fikirlər səsləndirməsi də bunun təsdiqidir. Hər iki tərəf biri-birinin ərazi bütövlüyünü dəstəkləyir. Reallıq budur ki, Fransa kimi ədaləti və beynəlxalq hüququ maraqlarına qurban verən dövlətlər, AŞPA kimi Fransanın və Almaniyanın əlində oyuncağa çevrilən təşkilatlar sülh müqaviləsinin imzalanmasında maraqlı olmadıqlarını açıq-aşkar nümayiş etdirirlər. Dövlət başçısı İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən çıxışında bu reallığı diqqətə çatdıraraq bildirdi ki, rəsmi Paris regionda vəziyyətin gərginləşməsinin səbəbkarıdır. Fransa regionda dağıdıcı siyasət həyata keçirərək od üstünə benzin tökmək prinsipindən çıxış edir. Fransa Cənubi Qafqaz regionunda aparıcı mövqeyə nail olmaq və nüfuzunu gücləndirmək siyasəti yürüdür. Ermənistanın silahlandırılması məhz sözügedən siyasətin təzahürüdür. Azərbaycan təmsil olunduğu bütün beynəlxalq platformalarda öz hüquq və vəzifələrini davamlı olaraq qoruyub saxlayır və qarşı tərəfdən də bunu gözləyir.
Nicat Mütəllimov
Saatlı Rayon Mərkəzi Xəstəxanasının əməkdaşı
Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...
Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...
Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...
Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...
Prezident İlham Əliyevin işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...
2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...
Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...
Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...