image image

Minsk qrupu 28 il ərzində münaqişənin həlli prosesi ilə məşğul olsa da heç bir nəticə əldə edilmədi.

image


     Dünyanın bir çox nüfuzlu təşkilatlarına üzv olan Azərbaycanla dünyanın inkişaf etmiş ölkələri arasında mövcud əlaqələr gündən-günə inkişaf edir. Azərbaycan regional və qlobal layihələrin reallaşmasında fəal iştirak edir. Təkcə neft deyil, TAP və TANAP kimi qaz xətlərinin işə düşməsi ilə Avropanın enerji təhlükəsizliyi xəritəsi tamamilə dəyişmiş oldu. Azərbaycanın Parlamentlərarası İttifaqla əlaqələri də dinamik şəkildə inkişafdadır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin 1 fevral tarixində Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul etməsi bütün bu əlaqələrin müasir dövrdə davamlığına əsaslanır. 
     Dövlətimizin başçısı Minsk qrupunun 28 il ərzində münaqişənin həlli prosesi ilə məşğul olsa da heç bir nəticə əldə edilmədiyini, sülh yolu ilə Azərbaycan torpaqlarının işğaldan azad olunmadığını diqqətə çatdıraraq bildirdi ki, Azərbaycan torpaqlarının işğaldan azad olunması və məcburi köçkünlərin geri qayıtmasının təmin edilməsi üçün Minsk qrupu tərəfindən Ermənistana heç bir təzyiq göstərilmədi və müvafiq sanksiyalar tətbiq olunmadı. Azərbaycan tərəfi isə torpaqları işğal altında olan zaman haqlı şəkildə Minsk qrupunun üzv dövlətlərini Ermənistana təzyiq göstərmək, ona müvafiq sanksiyalar tətbiq etmək barədə təkliflər irəli sürdüyü halda, o vaxt Minsk qrupu tərəfindən bu istiqamətdə heç bir addım atılmadı. Vətən müharibəsindən əvvəl Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan Minsk qrupu kimi təşkilatın məsələyə laqeyd yanaşması, ikili standartlara istinad etməsi faktı da məsələnin müharibə yolu ilə Azərbaycan tərəfindən həll edilməsini qaçılmaz etdi. Minsk qrupunun uzun illər ərzində əməli fəaliyyətsizliyinə Azərbaycan dövləti özü son qoyaraq 30 il ərzində işğal olunmuş əzəli və tarixi torpaqlarını Müzəffər ordusu tərəfindən azad etdi.
     Azərbaycan gələcəkdə mümkün revanş üçün İrəvanda heç bir boşluq buraxmaq niyyətində deyil. Biz bilirik ki, istər Ermənistanda, istərsə də xarici dairələrdə bir sıra revanşist qüvvələr var və onlar hər zaman ölkəmizə qarşı bu iddiada olacaqlar.   Bunun  qarşısının alınmasında əsas məsələlərdən biri də  məhz  qanunvericiliyin dəyişməsidir. Əks halda heç bir razılaşma imzalanmayacaq və Bakıya edilən hər hansı təzyiq İrəvana kömək etməyəcəkdir. Cənab İlham Əliyev sülh yolu ilə nizamlanma ilə bağlı öz mövqeyini həmişə açıq və dürüst ifadə edib və Ermənistan rəhbərliyindən fərqli olaraq heç vaxt həqiqəti öz xalqından və beynəlxalq ictimaiyyətdən gizlətməmişdir. Cənab İlham Əliyevin xarici və daxili siyasətinin uğurunun  əsasında da  ölkənin müstəqilliyi və firavanlığı naminə nəyi və nə vaxt edəcəyini bilən Azərbaycan xalqının öz liderinə tam inamıdır. 
     Ermənistan rəhbərliyinin öz xalqını və beynəlxalq ictimaiyyəti aldatmaq üzrə  cəhdləri iflasa məhkumdur, çünki İrəvan nəhayət başa düşməlidir ki, heç kim Azərbaycanda heç bir qeyri-müəyyən vədlərə və dinc arzulara dair yalan təminatlara inanmır. Əgər Ermənistan rəhbərliyi həqiqətən də sülh və sabitlik istəyirsə, o zaman cənab  İlham Əliyevin təklif etdiyi sülh gündəliyini  qəbul etməli və müxtəlif beynəlxalq platformalarda yalnız iki xalqın mümkün barışığına mane olan, ərazi iddialarından əl çəkən təxribat xarakterli hərəkətləri dərhal dayandırmalı və nəhayət, öz daxili qanunvericiliklərini beynəlxalq hüquqa və BMT Nizamnaməsinə uyğunlaşdırmalıdır.  

 

Məlakə Məlikova,
Salyan şəhər 5 saylı ümumi orta məktəbin direktoru





Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...