Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
SİYASƏT
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
SİYASƏT
Kəlbəcərdə yeni həyat başlayır
SİYASƏT
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
SİYASƏT
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
SİYASƏT
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
SİYASƏT
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
SİYASƏT
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
SİYASƏT
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
SİYASƏT
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
SİYASƏT
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
SİYASƏT
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
SİYASƏT
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
SİYASƏT
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
SİYASƏT
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
SİYASƏT
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
SİYASƏT
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
SİYASƏT
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
SİYASƏT
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
SİYASƏT
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
SİYASƏT
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
SİYASƏT
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
SİYASƏT
Uzaqgörən və qətiyyətli siyasət
SİYASƏT
Ağdamın Zəfər və quruculuq salnaməsi 
SİYASƏT
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
SİYASƏT
Tarixi Zəfərdən Böyük Qayıdışa 
SİYASƏT
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
SİYASƏT
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
SİYASƏT
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
SİYASƏT
20 Noyabr - Ağdam Şəhəri Günü xalqımızın tarixi Zəfərinin, doğma torpaqlara qayıdışının və yenidənqurma prosesinin rəmzidir.

Avropanın əsl niyyətlərini ifşa edən həqiqətlər

2024-01-29 10:40:01 66 baxış
Xəbər şəkil

 

Bildiyimiz kimi, Azərbaycan nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığını və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırdı. Bu qərar bir neçə cəhətdən vacib və əhəmiyyətlidir. AŞPA-nın qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun müvəqqəti olaraq məhdudlaşdırılması təklif olunmuşdu. Səbəblər sırasında ölkədə insan haqlarının pozulması halları birinci göstərilsə də, əslində, avropalıları narahat edən erməni terrorçularının Qarabağdan çıxarılması və 35 il ərzində Qarabağ ermənilərini siyasi girovluqda saxlayan qeyri-qanuni separatçı rejimin mövcudluğuna son qoyulmasıdır. AŞPA-nın bu qərəzli addımı avropalı deputatların Azərbaycanın öz ərazisi üzərində suveren hüquqlarını tam bərpa etməsinə etirazının təzahürü idi.
2001-ci ildə sözügedən təşkilata üzv olandan sonrakı dövrün təcrübəsi göstərir ki, ermənipərəst, islamofob qüvvələr bu təşkilatdan daim Azərbaycana qarşı vasitə kimi istifadə ediblər. Uzun illər ərzində bu qurum Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərin işğalı faktına qarşı heç bir tədbir görməyib, yalnız ara sıra heç bir hüquqi çəkisi olmayan bəyanatlar və qərarlar verməklə kifayətlənib. Halbuki, bir quruma üzv olan iki ölkədən birinin digərinin ərazisini işğal etməsi faktına görə ən azından işğalçının səs hüququ əlindən alına bilərdi. Vaxtilə Azərbaycan Qarabağ probleminin həllinə görə Avropa Şurasına üzv olmuşdu. Gözləntilərimiz vardi ki, torpaqlarımızın işğalı Avropa səviyyəsində dünyaya çatdırılar, sülh, danışıqlar yolu ilə ermənilər işğal siyasətindən əl çəkər. Artıq bu problem həll olunub və hazırda nəinki dünya səviyyəsində, heç Avropada da heç bir nüfuzu olmayan Avropa Şurasına Azərbaycanın heç bir ehtiyacı yoxdur.
Ölkəmiz bu qurumdakı fəaliyyəti dövründə qaldırılan məsələlərlə bağlı hər zaman ədalətli mövqe sərgiləyib. Amma təəssüf ki, AŞPA Azərbaycana problem yaratmaq, ölkəmizi gözdən salmaqdan başqa heç nə etməyib. Qərbdəki anti-Azərbaycan qüvvələr bu qurumdan ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə ediblər və bu gün də eyni siyasət yürüdülür.
Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsini həzm edə bilməyənlər ölkəmizlə diktə dilində danışa biləcəklərini düşünürdülər. Lakin Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti çox haqlı qərar verərək bu qərəzli qurumla əməkdaşlığı qeyri-müəyyən müddətə dayandırdı. Bu tarixi qərarla biz sübut etdik ki, Azərbaycana qarşı səslənən ittihamların heç bir əsası yoxdur. Ölkəmiz AŞPA-nın üzvü olduğu illər ərzində bu qurum işğalçı Ermənistanı Avropa Şurasının əsas dəyər və prinsiplərinə zidd hərəkətlərinə görə qınamayıb. İşğal dövründə azərbaycanlılar zorla evlərindən qovuldular, Qərbi azərbaycanlılar isə etnik təmizləməyə məruz qalmışdılar. AŞPA deyilən qurum Azərbaycanın öz suveren ərazilərində beynəlxalq hüququn norma və prinsipləri əsasında həyata keçirdiyi tədbirləri "etnik təmizləmə" kimi qələmə verərək yenə anti-Azərbaycan mövqeyindən çıxış edir.
Qeyd edək ki, 20 ildən çox AŞPA-da fəaliyyətimiz bu qurumun əsl məqsəd və məramını anlamaq üçün kifayətdir. Bu illər ərzində Azərbaycan nümayəndə heyətinin bütün səylərinə baxmayaraq, AŞPA Ermənistanı qonşu dövlətin torpaqlarını isğal etmiş təcavüzkar kimi tanımadı, Azərbaycan nümayəndə heyəti tərəfindən Ermənistanın işğalçılıq siyasəti ilə bağlı irəli sürülən təkliflər eşidilmədi. Düşmən ölkənin  işğalçılıq siyasəti pislənmədi, Ermənistanda 1998-ci ildə parlamentin və 2013-cü ildə dinc nümayişçilərin gülləbaran edilməsi heç müzakirəyə belə çıxarılmadı. Ermənistanda başdan-ayağa korrupsiyaya uğramış, vətəndaşları və dövlət büdcəsini qarət edən və hər cür insan haqlarını tapdalayan Koçaryan-Sarkisyan hakimiyyətinə qarşı heç bir ittiham irəli sürülmədi. Azərbaycan nümayəndə heyətinin bu məsələlərlə bağlı müzakirə təşəbbüslərinin qarşısı isə dərhal alındı. Azərbaycan həqiqətlərinin geniş Avropa auditoriyasına çatdırılması üçün göstərilən bütün səy və təşəbbüslər aparıcı dövlətlərin deputatları tərəfindən bloklandı.
AŞPA-dakı nümayəndə heyətimizin təşkilatdakı iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarı dünyanın mötəbər institutlarının böhranından  da xəbər verir. Azərbaycan bu böhrana ilk reaksiya verən ölkə kimi nümunədir. AŞ-nin üst eşelonu nəzərə almalıdır ki, səslərinə etimad etdikləri şəxslər hərəkət və davranısları, ədalətsizlikləri və haqsızlıqları ilə böhranı daha da dərinləşdirməkdədirlər. Uzun illər ərzində bu qurum Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərin işğalı faktına qarşı heç bir tədbir görməyib, yalnız ara-sıra hüquqi çəkisi olmayan bəyanatlar və qərarlar verməklə kifayətlənib. Halbuki, bir quruma üzv olan iki ölkədən birinin digərinin ərazisini işğal etməsi faktına görə ən azından işğalçının səs hüququ əlindən alına bilərdi.
2020-ci ildə Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi və 2023-cü ildə son 30 il müddətində böyük güc mərkəzlərinin dəstəyi ilə Qarabağda yuva salmış separatçı qüvvələrin təslim olması və nəhayət, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış öz qanuni əraziləri üzərində suverenliyini təmin etməsi ölkəmizə və bütövlükdə Cənubi Qafqaz bölgəsinə təsir və təzyiq imkanlarını xeyli dərəcədə məhdudlaşdırıb. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması isə kənardan bölgəyə müdaxilə cəhdlərinin qarşısını tam şəkildə ala bilər. Odur ki, öz maraqlarını təmin etməyə çalışan Fransa, Almaniya, ABŞ kimi dövlətlər regionda öz müstəqil siyasətini aparmağa çalışan yeganə dövlət kimi Azərbaycana qarşı yeni təzyiq mexanizmlərini işə salmaq istəyirlər. Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun müvəqqəti məhdudlaşdırılması cəhdləri də bu ssenarinin bir hissəsidir.

 

Elçin Kazımov,
Salyan rayonu, gənc YAP fəalı





Oxşar xəbərlər


Xəbər lenti
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
2026-11-26
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
2026-11-26
Kəlbəcərdə yeni həyat başlayır
2026-11-25
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
2026-11-25
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
2026-11-24
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
2026-11-24
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
2026-11-24
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
2026-11-24
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
2026-11-23
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
2026-11-23
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
2026-11-23
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
2026-11-23
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
2026-11-22
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
2026-11-22
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
2026-11-22
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
2026-11-22
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
2026-11-22
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
2026-11-21
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
2026-11-20
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
2026-11-20
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
2026-11-20
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
2026-11-20
Uzaqgörən və qətiyyətli siyasət
2026-11-20
Ağdamın Zəfər və quruculuq salnaməsi 
2026-11-20
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
2026-11-20
Tarixi Zəfərdən Böyük Qayıdışa 
2026-11-20
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
2026-11-19
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
2026-11-19
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
2026-11-19
Sağlam uşaqlar sağlam gələcəyin təməlidir
2026-11-19