Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
SİYASƏT
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
SİYASƏT
Kəlbəcərdə yeni həyat başlayır
SİYASƏT
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
SİYASƏT
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
SİYASƏT
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
SİYASƏT
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
SİYASƏT
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
SİYASƏT
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
SİYASƏT
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
SİYASƏT
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
SİYASƏT
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
SİYASƏT
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
SİYASƏT
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
SİYASƏT
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
SİYASƏT
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
SİYASƏT
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
SİYASƏT
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
SİYASƏT
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
SİYASƏT
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
SİYASƏT
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
SİYASƏT
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
SİYASƏT
Uzaqgörən və qətiyyətli siyasət
SİYASƏT
Ağdamın Zəfər və quruculuq salnaməsi 
SİYASƏT
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
SİYASƏT
Tarixi Zəfərdən Böyük Qayıdışa 
SİYASƏT
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
SİYASƏT
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
SİYASƏT
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
SİYASƏT
20 Noyabr - Ağdam Şəhəri Günü xalqımızın tarixi Zəfərinin, doğma torpaqlara qayıdışının və yenidənqurma prosesinin rəmzidir.

AŞPA-nın Azərbaycana qarşı gəbul etdiyi qərarlar ölkəmiz üçün heç bir əhəmiyyət kəsb etmir-Kamilə Əliyeva

2024-01-25 23:14:23 135 baxış
Xəbər şəkil

 

 

AŞPA deputatlarının Azərbaycanın bu qurumdakı nümayəndə heyətinin səslərinin dondurulmasına dair qərarı ölkəmizə qarşı növbəti qərəzli mövqeyin nümunəsidir. Biz dəfələrlə AŞPA nın Azərbaycana qarşı qərəzli qərarlarının qəbul edilməsinin şahidi olduq. Bu dəfə AŞPA Azərbaycanı insan hüquqlarının pozulmasında günahlandırır. 30 il Ermənistan torpaqlarımızı işğal altında saxladığı vaxtlarda, 1 milyon azərbaycanlı öz doğma evlərindən qovulanda, onlara qarşı soyqırım törədiləndə, 100 minlərlə azərbaycanlı Ermənistandan deportasiya olunanda AŞPA bir dəfə olsun belə səsini çıxartmadı. Ermənistanın törətdiyi bu vəhşiliyə görə bu ölkəyə qarşı heç bir qərar qəbul etmədi.


Fransa, Almaniya  və bir sıra Qərb dövlətlərinin şəhərlərində insanlar hər zaman polis zorakılıqlarına məruz qalır, onlar döyülür, həbs olunur. Nədənsə AŞPA bunları görmək istəmir. Fransa Afrika, Şərqi Asiya dövlətlərinə qarşı neokolonializm siyasəti həyata keçirəndə, bu ölkənin milyonlarla insanlarını qətlə yetirəndə AŞPA Fransaya heç bir təsir göstərmədi. Bu gün Fransa Korsikada milli azadlıq hərəkatının üzvlərini təqib edir, onları həbs edir. AŞPA insan hüquqlarının pozulmasına görə Fransaya irad belə bildirmir.


Azərbaycan BMT TŞ nın qəbil etdiyi qətnamələrə, beynəlxalq hüquq normalarına əsaslanaraq torpaqlarını işğaldan azad etdi, suverenliyi və ərazi bütövlüyünü bərpa etdi. Bununla Azərbaycan  həm də dünyada beynəlxalq hüququn,  ədalətin bərpa olunmasına yardımçı oldu. Dünyada ikili standartların hələ də mövcud olunması səbəbindən AŞPA Azərbaycana qarşı bu cür ədalətsiz, yalan və qərəzli mövqe nümayiş etdirir. Azərbaycana qarşı yönələn bu cür çirkin əməllərin arxasında şübhəsiz ki, Fransa dövləti dayanır. Fransanın Azərbaycana qarşı  törətmək istədiyi bütün təxribatlar Prezident cənab İlham Əliyevin apardığı gətiyyətli və uzaqgörən siyasəti sayəsində fiaskoya uğrayıb. Fransanın Azərbaycan qarşısında məğlubiyyətlərinin qisasını almaq məqsədilə Almaniya dövlətindən istifadə etmək qərarına gəlməsi bu ölkənin acizliyinin nümunəsidir. Ölkəmizə qarşı yönələn bu dəfəki təklifin müəllifinin almaniyalı deputat Frank Şvabenin olması təəccüblü deyil. Çünki bu şəxs hər dəfə Azərbaycana qarşı gəbul edilmiş qərarların müəlliflərindən biri olub.


Azərbaycan 2001-ci ildə AŞPA-ya üzv olanda bu təşkilatın ədalətin yanında olacağını düşünürdü. Təəssüf ki, bu qurum ismalafob, türkəfob düşüncəli nümayəndələrin düşərgəsinə çevrilib.


Azərbaycan nümayəndə heyəti haqlı olaraq AŞPA da fəaliyyətinin dayandırılması haqqında qərar qəbul etdi. AŞPA Fransa və Almaniya  hakimiyyətinin və Qərbdəki erməni lobbisinin əlində oyuncaq olan bir təşkilatdır. AŞPA və Qərbdəki bəzi bədnam siyasətçilər düşünür ki, bu cür qətnamələr qəbul etməklə və əsassız bəyanatlar səsləndirməklə Azərbaycana təsir göstərə biləcək.  Azərbaycanın əldə etdiyi Qələbəni, ölkəmizin ərazi bütövlüyü və suverenliyini bərpa etməsini həzm edə bilməyənlərdən biri də hər zaman ölkəmizə qarşı qərəzli, təxribat xarakterli bəyanatlar səsləndirən Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Komissarı, Avropa İttifaqı Komissiyasının vitse-prezidenti Cozep Borreldir. C. Borrel Avropa İttifaqı Xarici Əlaqələr Şurasının yekununa dair Mətbuat konfransında bir daha  ermənilərə olan sevgisini nümayiş etdirərək Azərbaycanın ünvanına qərəzli,  böhtan xarakterli ifadələr səsləndirdi. İspaniyadan olan C.Borrelinin dəfələrlə ikiüzlü siyasət aparmasının şahidi olduq. Dünyada separatizmin təzahürlərini pislədiyini deyən Borrel, 2023- cü ildə Azərbaycan Qarabağda separatçılara qarşı antiterror tədbirləri həyata keçirən vaxt, erməni lobbisinin diqtəsinə uyğun olaraq erməni separatizminə dəstək nümayiş etdirdi.


Heç bir dövlət, heç bir beynəlxalq təşkilat Azərbaycanla təhdid dili ilə danışa bilməz. Azərbaycan dövlətinin həyata keçirdiyi siyasət ədalətə və sülhə xidmət edir və beynəlxalq hüquqa əsaslanır.


Azərbaycan artıq Qarabağ problemini özü həll edib və beynəlxalq aləmdə heç bir nüfuzu olmayan Avropa Şurasına Azərbaycanın ehtiyacı yoxdur. Ümumiyyətlə AŞPA-nın Azərbaycana qarşı gəbul etdiyi qərarlar ölkəmiz üçün heç bir əhəmiyyət kəsb etmir.

 

Kamilə Əliyeva
Milli Məclisin deputatı, professor

 





Oxşar xəbərlər


Xəbər lenti
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
2026-11-26
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
2026-11-26
Kəlbəcərdə yeni həyat başlayır
2026-11-25
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
2026-11-25
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
2026-11-24
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
2026-11-24
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
2026-11-24
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
2026-11-24
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
2026-11-23
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
2026-11-23
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
2026-11-23
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
2026-11-23
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
2026-11-22
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
2026-11-22
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
2026-11-22
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
2026-11-22
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
2026-11-22
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
2026-11-21
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
2026-11-20
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
2026-11-20
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
2026-11-20
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
2026-11-20
Uzaqgörən və qətiyyətli siyasət
2026-11-20
Ağdamın Zəfər və quruculuq salnaməsi 
2026-11-20
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
2026-11-20
Tarixi Zəfərdən Böyük Qayıdışa 
2026-11-20
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
2026-11-19
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
2026-11-19
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
2026-11-19
Sağlam uşaqlar sağlam gələcəyin təməlidir
2026-11-19