Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
SİYASƏT
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
SİYASƏT
Kəlbəcərdə yeni həyat başlayır
SİYASƏT
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
SİYASƏT
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
SİYASƏT
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
SİYASƏT
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
SİYASƏT
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
SİYASƏT
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
SİYASƏT
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
SİYASƏT
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
SİYASƏT
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
SİYASƏT
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
SİYASƏT
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
SİYASƏT
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
SİYASƏT
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
SİYASƏT
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
SİYASƏT
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
SİYASƏT
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
SİYASƏT
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
SİYASƏT
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
SİYASƏT
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
SİYASƏT
Uzaqgörən və qətiyyətli siyasət
SİYASƏT
Ağdamın Zəfər və quruculuq salnaməsi 
SİYASƏT
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
SİYASƏT
Tarixi Zəfərdən Böyük Qayıdışa 
SİYASƏT
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
SİYASƏT
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
SİYASƏT
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
SİYASƏT
20 Noyabr - Ağdam Şəhəri Günü xalqımızın tarixi Zəfərinin, doğma torpaqlara qayıdışının və yenidənqurma prosesinin rəmzidir.

Müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra başlayır

2024-01-16 15:45:32 134 baxış
Xəbər şəkil

 

“Hesab edirəm ki, müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra başlayır...”. Prezident İlham Əliyevin bu il yerli televiziya kanallarına verdiyi ilk müsahibəsində cəmi bir cümlə ilə mükəmməl şəkildə ifadə etdiyi kimi, Xankəndi zəfəri müasir Azərbaycanın qarşısında yeni və parlaq üfüqlər açıb. 2023-cü il sentyabrın 20-də qazanılan qələbə Azərbaycan xalqının, dövlətinin milli hədəflərinə doğru onilliklərin o üzündən çıxdığı, böyük əzm, qətiyyət, qəhrəmanlıq tələb edən və ağır sınaqlarla dolu haqq yolunun Zəfər zirvəsi oldu. Heç şübhəsizdir ki,  bu zəfərin Azərbaycanın daha parlaq eralara daşınmasında misilsiz rolu olacaq. 
Prezident İlham Əliyevin şəxsi liderlik qabiliyyəti, siyasi əzmi, qətiyyəti, iradəsi nəticəsində Azərbaycan işğala məruz qalan ölkədən Zəfər ölkəsinə çevrilib. Ərazi bütövlüyümüz, suverenliyimiz tam təmin edilib, bayrağımız Xankəndidə, Xocalıda, Xocavənddə, Əsgəranda – bütün ərazilərimizdə dalğalandırılıb. Qarabağda separatizmin kökü birdəfəlik kəsilib. Xocalıda, Ballıqayada, Ağdabanda, Başlıbeldə və digər neçə-neçə şəhər və kəndlərimizdə dinc sakinlərimizə qarşı soyqırımı törədən erməni canilər bir-bir həbs edilərək törətdikləri qaniçən əməllərin hesabını vermək üçün Bakıya gətirilərək ədalət məhkəməsinə çıxarılıblar. Bir sözlə, Azərbaycan illər öncə qarşısına qoyduğu milli vəzifəsinə Xankəndi zəfəri ilə son nöqtəsini qoyub. “Qarabağ Azərbaycandır!” həqiqətindən güc alaraq və buna qarşı çıxan istənilən qüvvəyə qarşı layiqincə mübarizə apararaq, döyüşərək, çarpışaraq tarixi ədaləti bərpa edib. 
Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziyalara verdiyi müsahibəsində də məhz bu məqama toxunaraq, “Biz əsas vəzifəni, siz də qeyd etdiyiniz kimi, bir neçə ay bundan əvvəl həll etmişik, ölkəmizin suverenliyini tam bərpa etmişik və sentyabr hadisələri, əlbəttə ki, ümumi kontekstdən çıxarıla bilməz” söylədi. Dövlət başçısı onu da qeyd etdi ki, sentyabra qədər getdiyimiz yol məqsədyönlü yol idi, məqsədə hesablanmış yol idi, düzgün yol idi. İstər siyasi müstəvidə, istər hərbi müstəvidə, istər ölkəmizdə gedən proseslər nöqteyi-nəzərindən bu hadisə bütün işlərimizin elə bil ki, son nidası idi. Bu gün biz 2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi başlayırıq. Ancaq bu gün qürurunu, fəxrini yaşadığımız bu qələbələrə yetənə qədər xalqımız, dövlətimiz olduqca çətin, sınaqlarla dolu bir yol qət etməli oldu. 1993-cü, xüsusilə də 2003-cü ildən sonra ötən dövrə nəzər salanda görürük ki, torpaqlarının işğal altında olduğu, məcburi köçkünlük problemi yaşandığı və üstəlik də siyasi, diplomatik müstəvidə bəzi beynəlxalq qurum və ölkələrin qərəzi ilə üz-üzə qalaraq daim onlarla haqq işimiz uğrunda mübarizə apardığı dövrün özündə belə Azərbaycan bütün sahələrdə hərtərəfli inkişaf səviyyəsinə yüksəlib. Lakin o da danılmaz həqiqətdir ki, sözügedən problemlərin varlığı ölkəmizin daha sürətli inkişafına başlıca əngəl yaradırdı və dövlətimizin qarşısında duran bir nömrəli vəzifə də məhz bu maneələrin aradan qaldırılmasından ibarət idi. Məhz ötən 30 ildə bu milli hədəf istiqamətində böyük qətiyyət, əzm və iradə ilə dövlətimizin həm daxildə, həm beynəlxalq arenada apardığı məqsədyönlü fəaliyyət sayəsində bu gün artıq yuxarıda sadalanan problemlərin heç biri yoxdur və tamamilə həll edilib. 
“Son 20 ilin tarixi göz qabağındadır və əsas məsələ ondadır ki, 2003-cü ildə Azərbaycan xalqı düzgün seçim etmişdi” deyən Prezident İlham Əliyev də müsahibəsində hesab etdiyini söylədi ki, müstəqil tariximizin ən həlledici məqamı məhz 2003-cü il idi: “Çünki o vaxt ölkəmizin gələcəyi ilə bağlı konseptual yanaşma tam özünü təsdiqləmişdi, yəni Heydər Əliyev siyasəti davam etdirildi”. 2020-ci il sentyabrın 27-də başlayan haqq işimizin öncə 8 noyabr Şuşa Zəfəri və onun uğurlu davamı kimi 2023-cü ildə Xankəndi Zəfəri ilə məntiqi sonluğuna yetirilməsi Azərbaycanın bütün parametrlərdə sürətli inkişafına birbaşa təkan verib, qarşıda yeni vəzifələrə, yeni hədəflərə yol açıb. Hər zaman beynəlxalq arenada etibarlı və güvənilən tərəfdaş kimi tanınan, qlobal miqyaslı problemlərin həllinə mühüm töhfələr verən Azərbaycanın adı dünyanın nüfuzlu, eləcə də güclü ölkələri sırasında çəkilir. Təsadüfi deyil ki,  bu gün istənilən beynəlxalq məsələ ilə bağlı Cənubi Qafqazın şəksiz lideri Azərbaycanın fikri öyrənilir, mövqeyi mütləq nəzərə alınır. 
Ərazi bütövlüyümüzün, dövlət suverenliyimizin təmin olunması, Xankəndidə bayrağımızın dalğalandırılması ilə tariximizin 30 illik bir dövrünə şanlı yekun vurulub, özündən sonra gələcək minilliklərə doğru parlaq yollar açıb. Necə ki bunu Müzəffər Lider İlham Əliyev müsahibəsində bir daha dünyaya bəyan etdi: “Sentyabr ayında biz elə bir dövrə yekun vurmuşuq ki, bu, epoxal bir hadisədir. Yəni Azərbaycanın çoxəsrlik tarixində mən hesab edirəm ki, buna oxşar zəfər olmamışdır. Bütün amilləri – siyasi, hərbi və 30 illik işğalı, ərazinin relyefini, müdafiə xətlərinin çox olmasını nəzərə alsaq, hesab edirəm ki, bu, xalqımızın, dövlətimizin ən parlaq Qələbəsidir”.

 

Könül Qəfərova,
Salyan Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı, YAP fəalı





Oxşar xəbərlər


Xəbər lenti
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
2026-11-26
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
2026-11-26
Kəlbəcərdə yeni həyat başlayır
2026-11-25
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
2026-11-25
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
2026-11-24
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
2026-11-24
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
2026-11-24
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
2026-11-24
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
2026-11-23
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
2026-11-23
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
2026-11-23
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
2026-11-23
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
2026-11-22
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
2026-11-22
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
2026-11-22
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
2026-11-22
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
2026-11-22
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
2026-11-21
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
2026-11-20
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
2026-11-20
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
2026-11-20
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
2026-11-20
Uzaqgörən və qətiyyətli siyasət
2026-11-20
Ağdamın Zəfər və quruculuq salnaməsi 
2026-11-20
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
2026-11-20
Tarixi Zəfərdən Böyük Qayıdışa 
2026-11-20
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
2026-11-19
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
2026-11-19
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
2026-11-19
Sağlam uşaqlar sağlam gələcəyin təməlidir
2026-11-19