Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
SİYASƏT
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
SİYASƏT
Kəlbəcərdə yeni həyat başlayır
SİYASƏT
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
SİYASƏT
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
SİYASƏT
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
SİYASƏT
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
SİYASƏT
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
SİYASƏT
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
SİYASƏT
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
SİYASƏT
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
SİYASƏT
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
SİYASƏT
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
SİYASƏT
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
SİYASƏT
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
SİYASƏT
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
SİYASƏT
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
SİYASƏT
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
SİYASƏT
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
SİYASƏT
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
SİYASƏT
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
SİYASƏT
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
SİYASƏT
Uzaqgörən və qətiyyətli siyasət
SİYASƏT
Ağdamın Zəfər və quruculuq salnaməsi 
SİYASƏT
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
SİYASƏT
Tarixi Zəfərdən Böyük Qayıdışa 
SİYASƏT
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
SİYASƏT
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
SİYASƏT
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
SİYASƏT
20 Noyabr - Ağdam Şəhəri Günü xalqımızın tarixi Zəfərinin, doğma torpaqlara qayıdışının və yenidənqurma prosesinin rəmzidir.

Qardaşlığımız dünyaya nümunədir

2024-01-15 15:47:54 66736 baxış
Xəbər şəkil

 

Prezident İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsi ölkə və dünya mətbuatında geniş müzakirə olunmaqdadır. Üç saata qədər davam edən müsahibədə cənab İlham Əliyev 20-dək istiqamət üzrə sualları cavablandırdı. Dövlətimizin başçısı hər bir məsələ ilə bağlı ətraflı məlumat verməklə mətbuata nə qədər açıq olduğunu nümayiş etdirdi.

Müsahibədə dövlətimizin başçısının diqqət göstərdiyi məsələlərdən biri Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı oldu. Cənab İlham Əliyevin elə bir çıxışı, müsahibəsi yoxdur ki, birgə addımlayan Azərbaycanla Türkiyənin qardaşlığından bəhs etməsin. Dünya 44 günlük İkinci Qarabağ müharibəsində bu birliyin şahidinə çevrildi. Qardaş Türkiyə “Azərbaycan tək deyil” mesajı ilə dünyaya səs saldı. Müharibənin başlandığı ilk andan Azərbaycanın yanında olan Türkiyə mənəvi və siyasi dəstəyini əsigəmədi. 44 gündə Azərbaycan və Türkiyə bayraqları birgə dalğalandı. Azərbaycanın tarixi Zəfərinin sevincini iki qardaş ölkə eyni səviyyədə yaşadı. Tarixi Zəfərimizin dünyaya təqdimatı olan Zəfər paradında Azərbaycan və Türkiyə prezidentlərinin çiyin-çiyinə dayanmaları bu qardaşlığın dünyaya növbəti təqdimatı oldu. Bu təqdimatlar davamlılığı ilə diqqətdədir. Bütün anlarda biri-birinin yanında olan, dəstək göstərən iki qardaş ölkənin bayraqları Qarabağın tacı Şuşada da birgə dalğalandı. 2021-ci il 15 iyun tarixində Azərbaycanın döyünən ürəyi Şuşa Azərbaycan və Türkiyənin rəsmiləşən dostluğuna, qardaşlığına və müttəfiqliyinə şahidlik etdi. Şuşa Bəyannaməsi imzalandı. Bu sənəd münasibətlərimizin bugünkü  və gələcək inkişafı  üçün yol xəritəsi oldu.

Qeyd etdiyimiz kimi, Azərbaycan-Türkiyə əlaqələri bütün sahələrdə uğurla inkişaf edir. Məhz iki dövlətin siyasi iradəsi, qətiyyəti sayəsində reallığa çevrilən enerji layihələri regionda sabitliyi, təhlükəsizliyi möhkəmləndirməklə yanaşı, dünyanın enerji təhlükəsizliyinin təminatına böyük töhfələrdir. Regional çərçivədə qurulan əməkdaşlıq illər keçdikcə coğrafiyasını genişləndirdi.  Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, əhəmiyyətinə görə onlardan geri qalmayan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi Azərbaycan və Türkiyənin birgə səyləri nəticəsində hər bir layihənin uğurlu sonluqla başa çatdığını təsdiqləyir. 2020-ci ilin sonunda çoxtərəfli əməkdaşlığın başlanğıcı olan Cənub Qaz Dəhlizi tam tərkibdə  istifadəyə verildi.  Türkiyə Prezidenti 2018-ci ildə Cənub Qaz Dəhlizinin əsas tərkib hissələrindən olan TANAP istifadəyə veriləndə onu növbəti layihələrin müjdəçisi kimi dəyərləndirmişdir.

Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında qarşılıqlı səfərlər və bu səfərlər çərçivəsində imzalanan sənədlər də əhəmiyyətli rol oynayır. Təkcə ötən il cənab İlham Əliyevin qardaş ölkəyə səfərlərinin say tərkibinə diqqət yetirmək kifayətdir.  Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2020-ci il 10 dekabr tarixində ölkəmizə səfəri zamanı sənədlərin imzalanmasından sonra mətbuata bəyanatında söylədiyi “Bu gün atılan imzalar, əslində, simvolik imzalardır. Atılacaq daha çox imzalar var. Bu imzalarla birlikdə inşallah, Azərbaycan Qarabağın tamamilə fərqli şəkildə yüksəlişinə davam edəcəkdir” fikirləri bugünümüzün reallıqlarında öz əksini tapıb.

Hazırda işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində də Türkiyə şirkətlərinin öz payı vardır. Türkiyə Prezidenti Qarabağa səfər edən ilk dövlət başçısı oldu. Həmçinin Azərbaycan və Türkiyə prezidentlərinin birgə iştirakı ilə Qarabağın və Şərqi Zəngəzurun hava qapıları dünyaya açıldı. Təbii ki, bu sıralamanı xeyli sayda davam etdirə bilərik. Ötən il qardaş Türkiyədə dəhşətli zəlzələ baş verdi. Azərbaycan dövləti, xalqı ilk gündən Türkiyə xalqının, dövlətinin yanında oldu. 

Hər bir məsələdə dost, qardaş Türkiyə və Azərbaycanın birgə müzakirələr aparması, vahid mövqedən çıxış etmələri daim dünya tərəfindən yüksək qiymətləndirilir. Əlaqələrin inkişafında iki ölkənin Prezidentlərinin şəxsi münasibətləri əhəmiyytli rol onayır. Dövlət başçısı İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Avrasiyada xeyli qüvvələrin birləşməsi fonunda jurnalistin “Azərbaycan Respublikasının Prezidenti kimi Siz kimə zəng edərdiniz” sualına cavab olaraq bildirmişdir ki, prinsipcə, mən, ümumiyyətlə, çox nadir hallarda hansısa dövlət başçısını telefon zəngi ilə narahat edirəm. Çünki hesab edirəm ki, mənim həmkarlarımın hamısı çox məşğul insanlardır və elə bir ciddi mövzu yoxdur ki, bu mövzu ilə bağlı nəsə təcili demək lazımdır. Əlbəttə ki, İkinci Qarabağ müharibəsi zamanı ən çox telefonla danışdığım insanlar Türkiyə Prezidenti və Rusiya Prezidenti idi: “Bu da təbiidir, Türkiyə Prezidenti müharibənin ilk günündən son gününə qədər bizim yanımızda idi və Azərbaycana verdiyi siyasi və mənəvi dəstək bir çoxlarına bir mesaj idi. Bu, sadəcə olaraq, Azərbaycan xalqına həmrəylik və dəstək mesajı deyildi. Bu, müharibəyə qarışmaq istəyənlərə bir ciddi mesaj idi ki, kənarda durun. Ona görə Azərbaycan xalqı bunu heç vaxt unutmamalıdır və daim zəngləşirdik, söhbətləşirdik, mənim qardaşım Rəcəb Tayyib Ərdoğan maraqlanırdı müharibənin gedişatı ilə bağlı və məni Şuşa qələbəsi münasibətilə ilk təbrik edən də o olmuşdur… Amma yəqin bu gün əgər hansısa ciddi bir məsələ ölkəmiz qarşısında dursa, əlbəttə, ilk növbədə, qardaşım Rəcəb Tayyib Ərdoğana zəng edərəm, onu məlumatlandıraram.” Bu fikirlər bir daha Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığını, dünyaya nümunə olduğunu təsdiqlədi.

 

Elmar Əhmədov
YAP Salyan rayon təşkilatının sədri





Oxşar xəbərlər


Xəbər lenti
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
2026-11-26
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
2026-11-26
Kəlbəcərdə yeni həyat başlayır
2026-11-25
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
2026-11-25
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
2026-11-24
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
2026-11-24
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
2026-11-24
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
2026-11-24
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
2026-11-23
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
2026-11-23
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
2026-11-23
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
2026-11-23
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
2026-11-22
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
2026-11-22
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
2026-11-22
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
2026-11-22
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
2026-11-22
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
2026-11-21
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
2026-11-20
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
2026-11-20
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
2026-11-20
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
2026-11-20
Uzaqgörən və qətiyyətli siyasət
2026-11-20
Ağdamın Zəfər və quruculuq salnaməsi 
2026-11-20
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
2026-11-20
Tarixi Zəfərdən Böyük Qayıdışa 
2026-11-20
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
2026-11-19
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
2026-11-19
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
2026-11-19
Sağlam uşaqlar sağlam gələcəyin təməlidir
2026-11-19