Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
SİYASƏT
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
SİYASƏT
Kəlbəcərdə yeni həyat başlayır
SİYASƏT
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
SİYASƏT
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
SİYASƏT
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
SİYASƏT
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
SİYASƏT
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
SİYASƏT
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
SİYASƏT
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
SİYASƏT
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
SİYASƏT
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
SİYASƏT
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
SİYASƏT
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
SİYASƏT
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
SİYASƏT
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
SİYASƏT
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
SİYASƏT
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
SİYASƏT
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
SİYASƏT
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
SİYASƏT
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
SİYASƏT
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
SİYASƏT
Uzaqgörən və qətiyyətli siyasət
SİYASƏT
Ağdamın Zəfər və quruculuq salnaməsi 
SİYASƏT
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
SİYASƏT
Tarixi Zəfərdən Böyük Qayıdışa 
SİYASƏT
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
SİYASƏT
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
SİYASƏT
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
SİYASƏT
20 Noyabr - Ağdam Şəhəri Günü xalqımızın tarixi Zəfərinin, doğma torpaqlara qayıdışının və yenidənqurma prosesinin rəmzidir.

İqtisadi inkişafın təməlində aparılmış islahatlar dayanır

2023-12-13 11:31:42 236 baxış
Xəbər şəkil

 

 “Euronews” televiziyasına verdiyi müsahibədə ölkəmizin iqtisadi inkişafından danışan Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın iqtisadi inkişafının təməlində aparılan islahatlar dayanır. Bu islahatların nəticəsidir ki, Azərbaycan öz iqtisadiyyatını şaxələndirməyə, neft və qaz sektorundan asılılığı azaltmağa nail olub. Bununla belə hazırda neft və qaz sektoru ölkə iqtisadiyyatının əsas hissəsi olmaqda davam edir. Son 20 il ərzində Azərbaycanın ümumi daxili məhsulu dörd dəfə artıb. Görülən tədbirlər sayəsində yoxsulluq səviyyəsində yaşayan əhalinin sayının təqribən 50 faizdən 5,5 faizə endirilməsinə nail olunub. Bu onu nümayiş etdirir ki, enerji layihələrinin həyata keçirilməsi nəticəsində əldə edilmiş sərvət əhalimizin bütün seqmentləri arasında ədalətli bölünüb.
Azərbaycanın xarici borcunun səviyyəsinin azaldılması istiqamətində də işlər görülür və bu gün bu rəqəm ÜDM-in 10 faizindən aşağıdır. Növbəti il üçün hədəf ÜDM-in 7 faizidir. Bu da öz növbəsində Azərbaycanın iqtisadiyyatının dayanıqlılığını nümayiş etdirir. Bugünkü geosiyasi vəziyyətdə yaranan çətinliklərə baxmayaraq gələn il üçün iqtisadi artımın daha çox olacağı planlaşdırılıb.
Nəzərdə tutulan işlərə gəlincə ölkə başçısı bildirib ki, gələn il üçün Azərbaycanın əsas dövlət xərcləri azad edilmiş Qarabağa və Şərqi Zəngəzura yönləndiriləcəkdir. Qarşıda duran əsas məqsədlərdən birincisi keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına mümkün qədər tez qayıdışının və məskunlaşmasının təmin edilməsidir.
Nəzərdə tutulub ki, 2026-cı ilin sonunadək 140 min insan öz yurdlarında yerləşdiriləcək. Bunun üçün isə tam yeni infrastruktur yaradılır, yaşayış yerləri inşa edilir və sosial infrastruktura böyük vəsait yatırılır. Həmçinin, 30 il işğal altında olmuş bu ərazilərin kənd təsərrüfatı, hidroelektrik enerjisi, günəş və külək enerjisi, turizm kimi sahələrdə böyük potensialı var. Bu, dövlət investisiya proqramının əsas sahəsi olacaq.
Xarici sərmayələrə gəldikdə, yanacaq enerjisi sahəsinə investisiyaların qoyuluşu davam edəcək. Çünki təbii ehtiyatlar baxımından Azərbaycanda böyük potensial var, Avropada Azərbaycan qazına böyük ehtiyac var və bu ehtiyac artmaqdadır. Lakin çox əhəmiyyətli inkişaf bərpaolunan enerji mənbələri ilə bağlıdır. Buna görə də bu, birbaşa xarici investisiyaların əsas istiqaməti olacaq. Ötən ay regionun ən böyük, 230 meqavat gücündə olan və xarici investorlar tərəfindən tam maliyyələşdirilmiş günəş elektrik stansiyasının açılışı keçirilib. Növbəti 5-6 ildə isə 10 qiqavat həcmində günəş və külək enerjisi istehsal edilməsi planlaşdırılır.
     Ölkə başçısı öz çıxışlarında və verdiyi müsahibələrində hər zaman mütləq olaraq Ermənistan ilə münasibətlərə geniş yer ayırıb və bir çox suallara aydınlıq gətirib. “Euronews” televiziyasına verilən müsahibəsində də Ermənistanla olan münasibətlərin gələcək perspektivləri barədə ətraflı məlumat verilib. Prezident İlham Əliyev bildirib ki, “Danışıqlar prosesinin təxminən üç ili ərzində, Ermənistan hər zaman sülh sazişinə Qarabağın erməni azlığına dair müddəanı salmaq istəyirdi. Bizim mövqeyimiz ondan ibarət idi ki, bu, bizim daxili işimizdir”. Dövlət başçısı bildirib: “Əgər onlar Azərbaycanda erməni azlığı məsələsini əks etdirmək istəyirlərsə, onda biz də otuz il əvvəl Ermənistandan qovulmuş azərbaycanlı azlığı məsələsini daxil etmək istərdik. Özü də Ermənistanda azərbaycanlıların sayı ermənilərin Azərbaycandakı sayından daha çoxdur və təxminən 300 min insan təşkil edir. Bir sözlə, mövqeyimiz belədir ki, həmin məsələ qarşılıqlı olmalıdır. Biz təkcə ermənilərin Azərbaycana qayıtması deyil, o cümlədən azərbaycanlıların Ermənistana qayıtması məsələsini qoyuruq”. Cənab prezident xüsusi olaraq vurğulayıb ki, səmimi desək, hazırda məntiq nöqteyi-nəzərindən sülh sazişinin imzalanmasına hər hansı ciddi maneə görmür. Azərbaycanın bunun üçün elektron qeydiyyat portalı açdığını vurğulayan dövlət başçısı bildirib ki,  qayıtmaq istəyən hər kəsin belə bir hüququ var. Onların mülkiyyəti lazımi dərəcədə qorunur. Bütün tarixi və dini yerlər lazımınca qorunur. Geri qayıtmaq üçün onlar müəyyən qaydalara əməl etməlidirlər və mən antiterror əməliyyatının keçirilməsindən bir neçə ay əvvəl demişdim ki, qalmaq istəyənlər Azərbaycan vətəndaşlığı üçün müraciət etməlidirlər. Çünki insanlar başqa ölkənin vətəndaşı olmaqla Azərbaycanda necə yaşaya bilərlər? Ya vətəndaşlıq, ya iş icazəsi, ya da yaşayış icazəsi olmalıdır. Onlar dırnaqarası “dağlıq qarabağ respublikasında” yaşadıqlarını deyərək Azərbaycanda yaşaya bilməzlər. Çünki dırnaqarası “dağlıq qarabağ respublikası” mövcud deyil. Onlar bunu öz xəyallarında, mifologiyasında uydurublar. Onlar Azərbaycan vətəndaşları olaraq Azərbaycanda yaşamaq istəyirlərsə, əlbəttə ki, bunu edə bilərlər.
Sülh sazişini imzalamaq və delimitasiya işlərini başlamaq üçün təklifi Azərbaycanın verdiyini vurğulayan Prezident İlham Əliyev qeyd edib: “Düşünürəm ki, sülh üçün alternativ yoxdur. Əgər sülh sazişi imzalanmasa, bu, bütöv bölgə üçün çox pis olacaq. Biz istəyirik ki, Cənubi Qafqaz bölgəsində hər hansı risk olmasın. Əlbəttə, biz istəyirik ki, Ermənistan nə bu gün, nə də gələcəkdə ərazi bütövlüyümüzü sual altına qoymasın və Azərbaycana qarşı hər hansı ərazi iddialarından tam əl çəksin”.

 

 

Aysel Əsədova,
Salyan şəhər 18 saylı uşaq bağçasının müdiri

 





Oxşar xəbərlər


Xəbər lenti
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
2026-11-26
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
2026-11-26
Kəlbəcərdə yeni həyat başlayır
2026-11-25
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
2026-11-25
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
2026-11-24
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
2026-11-24
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
2026-11-24
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
2026-11-24
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
2026-11-23
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
2026-11-23
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
2026-11-23
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
2026-11-23
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
2026-11-22
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
2026-11-22
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
2026-11-22
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
2026-11-22
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
2026-11-22
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
2026-11-21
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
2026-11-20
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
2026-11-20
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
2026-11-20
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
2026-11-20
Uzaqgörən və qətiyyətli siyasət
2026-11-20
Ağdamın Zəfər və quruculuq salnaməsi 
2026-11-20
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
2026-11-20
Tarixi Zəfərdən Böyük Qayıdışa 
2026-11-20
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
2026-11-19
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
2026-11-19
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
2026-11-19
Sağlam uşaqlar sağlam gələcəyin təməlidir
2026-11-19