image image

Ərazi bütövlüyümüzün və suverenliyimizin təsbiti.

image

 

Dövlət başçısı İlham Əliyevin Sərəncamına əsasən 2024-cü il fevralın 7-də  ölkəmizdə  növbədənkənar prezident seçkiləri keçiriləcək. Atılan hər bir addım, imzalanan sənəd gələcəyə hesablanır, özündə mühüm məqamları, çağırışları ehtiva edir. 
Bu seçkilər müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq  bütün ölkə ərazisində keçiriləcək. Azərbaycan xalqı daim bir amalla yaşayırdı- Torpaqlarımız işğaldan azad edilsin, soydaşlarımız dogma yurd-yuvalarına qayıtsın. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra başlanan inkişaf, tərəqqi yolu Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu. 1993-2003-cü illərdə yaradılan möhkəm təməl 2003-cü il 15 oktyabr prezident seçkilərində cənab İlham Əliyevin  böyük səs çoxluğu ilə Prezident sçilməsini şərtləndirdi. Xalqımız Heydər Əliyev yolunun davamına səs verdi. İllər keçdikcə xalq  bu seçimində yanılmadığını gördü, Prezident İlham Əliyevin ətrafında daha sıx birləşərək yeni-yeni hədəflərə doğru inamla addımlayır. Cənab İlham Əliyev Prezident kimi ilk müsahibəsində “İndi ölkənin birinci şəxsisiniz və hansı hissləri keçirirsiniz” sualını cavablandırarkən bildirmişdir: “Bu elə bir zirvədir ki, əlbəttə, mən bu zirvədə duraraq, təkcə özümü deyil, bütün Azərbaycan xalqını beynəlxalq aləmdə təmsil edəcəyəm.” Son 20 ilə qısa baxış fonunda bu ümumiləşdirməni apara bilərik ki, bugünkü Azərbaycan ən yüksək zirvələri fəth etməklə, adını çoxəsrlik tariximizə  qalib ölkə kimi yazmaqla   Ulu Öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Dövlət başçısı İlham Əliyevin andiçmə mərasimində “Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm” vədi son 20 ildə atdığı bütün addımlarda öz təsdiqini tapdı. Adını tariximizə qalib Lider kimi qızıl hərflərlə yazdıran cənab İlham Əliyev ata vəsiyyətini yerinə yetirdiyi üçün xoşbəxtdir. 
   44 günlük Vətən müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm ölkəmizdə, həm də regionda yeni reallıqlar yaradıb. Növbədənkənar seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir. 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar prezident seçkilərini Zəfər seçkiləri adlandırmaq olar. Bütün ölkə ərazisini əhatə edəcək bu seçkilərdə xalqımız növbəti dəfə Prezident İlham Əliyevin ətrafında sıx birləşərək həyata keçirlən siyasətə dəstəyini seçki kampaniyasında fəal iştirakı ilə təsdiqləyəcək. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri soydaşlarımızın  bu məkanlara qayıdışı ilə müşaiyət olunur. Mərkəzi Seçki Komissiyasının  7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar prezident seçkilərinə həsr olunmuş iclasında bildirilib ki, azad edilmiş ərazilərdə seçkilərə xüsusi diqqət yetiriləcək. Hərbi hissələri nəzərə alsaq, azad edilmiş ərazilərdə 20 min seçici var. Bu insanlar azad edilmiş ərazilərdə ilk dəfə səs verməklə tarixə düşəcəklər.
Göründüyü kimi, 7 fevral 2024-cü il növbədənkənar prezident seçkiləri Azərbaycan tarixinə növbəti unudulmayacaq, daim zəfər səhifəsi kimi vərəqləncək bir tarixi məqamı yazacaq. Azərbaycan təkmil seçki təcrübəsi ilə növbəti dəfə dünyanın diqqətində olacaq, demokratik dəyərlərə sadiqliyini sözdə deyil, əməldə bir daha sübut edəcək. 

 

Fəxrəddin Vəliyev, 
YAP Şəmkir rayon təşkilatının sədri





Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...