image image

Növbədənkənar prezident seçkilərini şərtləndirən amillər - AÇIQLAMA

image

 

“Azərbaycanın İkinci Qarabağ savaşından sonra ərazi bütövlüyünü təmin edib, suverenliyini bərpa etməsindən sonra Cənubi Qafqazda yaratdığı geosiyasi reallıqlar, o cümlədən qarşıda duran çağırışlar   ölkədə  növbədənkənar prezident seçkilərinin keçirilməsini şərtləndirən əsas amildir.  Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqlar ölkənin gələcək inkişaf strategiyası ilə bağlı yeni hədəflər və çağırışlar ortaya qoyur. Azərbaycanın yeni hədəflərinə nail olub, qarşıdakı çağırışlara milli maraqlara uyğun siyasətin yürüdülüməsi üçünsə yeni seçkilərə ehtiyac var”.

Bunu Ölkə.Az-a açıqlamasında deputat İltizam Yusifov deyib.

Deputat əlavə edib ki, digər tərəfdən dünyada baş verən qlobal geosiyasi proseslər və qlobal çağırışlar, baş verən qlobal böhranlar, münaqişələr şəraitində Azərbaycanın gələcək davamlı inkişaf strategiyasını, o cümlədən atacağı addımları müəyyənləşdirməyə zərurət yaranıb: “Cənab Prezidentin zamanında qlobal çağırışlara adekvat və çevik reaksiya verib ona uyğun siyasət yürütməsi nəticəsində Azərbaycanın xeyrinə olmayan geosiyasi prosesləri ölkəmizin xeyrinə dəyişdi. Geosiyasi proseslərin Azərbaycanın xeyrinə dəyişməsi isə ölkəmizin  erməni işğalına son qoyub zəfər çalması ilə nəticələndir. O baxımdan biz bu seçkini zəfər seçkisi də adlandıra bilərik. 

İkinci Qarabağ savaşından sonra yaranan yeni reallıq Azərbaycanın qarşısında yeni tələblər qoyur. Bu şərtlər təkcə ölkənin daxili və xarici siyasəti ilə kifayətlənmir, həmçinin Azərbaycanın Cənubi Qafqazın flaqman ölkəsi olaraq bölgədə yeni reallığa uyğun olaraq dayanıqlı sülhün, sabitliyin, sıx inteqrasiya olunmuş əməkdaşlıq formatının yaradılması istiqamətində çevik siyasətin yürüdülməsini zəruri edir.

Nəzərə alsaq ki, bu gün Azərbaycan təkcə karbohidrogen qovşağı yox, həm logistik və alternativ enerji qovşağına  çevrilməyi qarşısına  hədəf qoyub. Artıq  Azərbaycan bu istiqamətdə ciddi uğurlara imza atıb. Bu gün Azərbaycan Avrasiyanın  logistik xəritəsini müəyyən  etməklə dünyanın bu istiqamətdə  əhəmiyyətli ölkələrindən birinə çevrilməkdədir.  Cənab Prezidentin zamanında  qlobal çağırışlara uyğun yürütdüyü  çevik siyasət nəticəsində Azərbaycan Şərqlə Qərbin, Şimalla Cənub arasında  tranzit-yükdaşıma  qovşağı rolunu oynamaqdadır və ölkəmizin bu rolu getdəkcə də artmaqdadır. Logistika isə  gələcək geosiyasi proseslərdə çox mühüm rol oynayacaq. Kim bu logistik marşrutlara sahib olacaqsa, həmin ölkə də geosiyasi  proseslərdə daha aktiv rola və böyük nüfuza malik ölkə rolunda çıxış edə biləcək.  Bundan öz milli maraqları, ölkənin daha da inkişaf edib qüdrətlənməsi, vətəndaşının sosial rifah halının yaxşılaşdırılması, təhlükəsizliyinin daha etibarlı şəkildə təmin edilməsi  üçün faydalanacaq. Bütün bu və digər amillər Azərbaycanda nöbədənkənar prezident seçkilərini keçirməyi zəruri etdiyindən belə bir qərar verilib. Və bu çox düzgün qərardır. Əminəm ki, növbədənkənar prezident seçkiləri Azərbaycanın qarşısında duran hədəf və çağırışları uğurla icra olunmasına öz müsbət töhfəsini verəcək. Azərbaycan üzərinə düşən missiyanı layiqincə yerinə yetirməklə dünyanın  inkişaf etmiş güclü ölkələrindən birinə çevriləcək”.

O eyni zamanda bildirib ki, növbədənkənar seçkilər ölkədə genişmiqyaslı islahatların daha da dərinləşməsinə, “Böyük Qayıdış”ın daha qısa zamanda həyata keçməsinə imkan yaradacaq: “Bu gün Azərbaycanın qələbəsi təkcə dünya erməni lobbisinin deyil, eyni zamanda bəzi ölkələr və güclər tərəfindən həzm edilmir. Həmin güclər Azərbaycanın uğurlarına kölgə salmaq, bacardıqca bu yoldan döndərib onu dayandırmaq üçün ən müxtəlif təxribatlara əl atırlar. Əminəm ki, xalqımız 44 günlük müharibə zamanı bir yumruq kimi birləşib düşmənin başını əzdiyi kimi, 7 fevralda da birliyi, həmrəyliyi ilə qalib və böyük xalq olduğunu göstərəcəkdir. Bu mənada 7 fevral seçkisi Azərbaycanın siyasi sistemin gücləndirilməsi baxımdan da strateji əhəmiyyət kəsb etdiyindən, bu prosesdən də dövlətimiz qalib çıxacaq”.





Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...