image image

Böyük tarixi şəxsiyyət

image

 

12 dekabr  ulu öndər Heydər Əliyevin anım günüdür. Azərbaycan xalqı iyirmi il bundan öncə öz böyük oğlunu cismən itirmişdir. Lakin  bu iyirmi ildə  Heydər Əliyev siyasəti  davam etdirilmiş, Azərbaycan uğurla inkişaf etmişdir. 
Müstəqil Azərbaycan dövlətinin qurucusu, onun banisi olan  Ulu öndər Heydər Əliyev böyük tarixi şəxsiyyətdir. 1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində Azərbaycan dövlət müstəqilliyinə qovuşmasına baxmayaraq, 1993-cü ilə qədər Azərbaycana müstəqil dövlət demək olmazdı. Çünki, Müstəqil dövlətin bir neçə əlaməti Azərbaycanda yox idi.
Bu bir reallıqdır ki, 1993- cü ilə qədər müstəqil xarici siyasət apara bilməyən, müstəqil iqtisadiyyatı, demək olar ki, olmayan, ümumiyyətlə, iqtisadiyyat dağılmış vəziyyətdə olan Azərbaycan başqa dövlətlərin təsiri altında idi. 
Məhz Ümummilli lider Heydər Əliyevin müdrikliyi, yürütdüyü düşünülmüş, uzaqgörən siyasəti nəticəsində Azərbaycan, sözün əsl mənasında, müstəqil dövlətə çevrildi. Bu gün Azərbaycan xalqı  haqlı olaraq ulu öndər Heydər Əliyevi müasir , müstəqil Azərbaycan dövlətinin qurucusu kimi qəbul edir. 
Müasir Azərbaycan dövlətini qurmaq, üzləşdiyi bütün bəlalardan xilas etmək Ümummilli lider  Heydər Əliyevin tarix, xalq qarşısında gördüyü  ən böyük xidmətdir.
1980-ci illərin əvvəllərində  ulu öndərin sayəsində Azərbaycan sovet miqyasında ən qabaqcıl respublikaya çevrilmişdi. Xalqımız üçün ən ağır anlarda Heydər Əliyev hər zaman  xalqın yanında olmuşdur. 1990-ci il 20 Yanvar faciəsinin səhəri günü o, heç kimdən, heç nədən çəkinməyərək, həyatını təhlükəyə ataraq öz haqq səsini ucaltmış, sovet rəhbərliyinin bu cinayətini pisləmiş, onu qınamışdır.
Müdrük  Azərbaycan xalqı 1993-cü ildə ölkəmiz, xalqımız üçün ən ağır anlarda Heydər Əliyevə müraciət etmiş, onu hakimiyyətə dəvət etmişdir. Məhz ondan sonra Azərbaycanın sabitlik və inkişaf dövrü başlamışdır. Dövlətçiliyin əsasları qoyulmuş, müstəqil Azərbaycanın Konstitusiyası qəbul edilmiş, ciddi islahatlara start verilmiş , ölkəmiz  beynəlxalq aləmdə öz möhkəm yerini tutmuşdur.
Sevindirici haldır ki, bu gün ulu öndərimizin əsasını qoyduğu siyasi kurs prezident, partiyamızın sədri cənab  İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu siyasi kursun dövrün tələblərinə uyğun olaraq uğurla  həyata keçirilməsinin  nəticəsidir ki, 27 sentyabr 2020- ci ildə başlanmış və cəmi 44 gün davam etmiş Vətən müharibəsində Azərbaycan şanlı zəfər əldə etdi. 30 ilə yaxın işgal altında olan torpaqlarımiz düşmən tapdağından azad edildi. 
Bütün mənalı həyatını ölkəsinin tərəqqisinə, xalqının rifahının yüksəlməsinə həsr edən ulu öndərin Azərbaycan üçün gördüyü misilsiz xidmətləri Azərbaycan xalqı heç zaman unutmur və unutmayacaq. Nə qədər müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı yaşayır, ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsi hər zaman qəlbimizdə yaşayacaqdır.  

 

Sahib Şükürov 
YAP Göyçay rayon təşkilatının sədri





Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...