Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
SİYASƏT
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
SİYASƏT
Kəlbəcərdə yeni həyat başlayır
SİYASƏT
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
SİYASƏT
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
SİYASƏT
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
SİYASƏT
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
SİYASƏT
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
SİYASƏT
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
SİYASƏT
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
SİYASƏT
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
SİYASƏT
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
SİYASƏT
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
SİYASƏT
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
SİYASƏT
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
SİYASƏT
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
SİYASƏT
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
SİYASƏT
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
SİYASƏT
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
SİYASƏT
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
SİYASƏT
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
SİYASƏT
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
SİYASƏT
Uzaqgörən və qətiyyətli siyasət
SİYASƏT
Ağdamın Zəfər və quruculuq salnaməsi 
SİYASƏT
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
SİYASƏT
Tarixi Zəfərdən Böyük Qayıdışa 
SİYASƏT
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
SİYASƏT
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
SİYASƏT
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
SİYASƏT
20 Noyabr - Ağdam Şəhəri Günü xalqımızın tarixi Zəfərinin, doğma torpaqlara qayıdışının və yenidənqurma prosesinin rəmzidir.

"ABŞ-ın Azərbaycandakı agentura şəbəkəsinin ifşası istiqamətində tədbirlər görüləcək" - RƏY

2023-11-26 10:56:09 292 baxış
Xəbər şəkil

 

ABŞ-da təhsil almış azərbaycanlı məzunların Bakı toplantısı reallıqda bu ölkənin agentura şəbəkəsinin bir araya gəlməsidir, onların ifşası istiqamətində tədbirlər görüləcək.

Bu barədə “Report”a Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

“Çox təəssüf edirəm ki, ABŞ Azərbaycana qarşı bizdən asılı olmayan səbəblərdən qərəzli və ədalətsiz münasibətini davam etdirməkdədir. Son vaxtlar erməni diasporunun hərəkətə gətirdiyi ABŞ-ın dövləq qurumlarında çalışan erməni lobbisi, sözün həqiqi mənasında ölkəmizə qarşı Səlib yürüşündədir. Dünyada ən ədalətli dövlət kimi özünü təqdim edən ABŞ-ın siyasətini gördükcə, onların dünyada törətdiyi faciələri müşahidə etdikcə onun əsl üzü ortaya çıxır.

ABŞ dünyada artıq jandarm rolunu oynamaqdadır. Azərbaycanın 44 günlük Vətən müharibəsi və 19-20 sentyabr lokal antiterror tədbirlərində qazandığı uğurlar, beynəlxalq aləmdə nüfuzunun artması, dostlarının çoxalması dünyada, o cümlədən ABŞ-da olan erməni lobbisini çox ciddi narahat etməkdədir. Bir neçə gün əvvəl Senatda “Qarabağın gələcəyi” kimi absurd mövzu ətrafında dinləmələrin keçirilməsi, ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsinin sərsəm açıqlamaları bizdə çox ciddi təəssüf hissi doğurdu”, - F.Ağamalı bilidirib.

Onun sözlərinə görə, səfirlik vasitəsilə ABŞ-da təhsil almış azərbaycanlı məzunlarla görüş keçirilməsi növbəti təxribatın başlanğıcından xəbər verir:
“Bir neçə gün öncə “Abzas Media” xəbər portalı və onun ətrafında olan milli satqınların ifşa olunması, onların həbsi Amerikanı ciddi şəkildə narahat edib. Ona görə də ABŞ vaxtilə məzun olmuş şəxslərin toplantısını keçirmək niyyətindədir. Və bu toplantıya da əcaib ad verib: “Məzunların yubiley qalası”. Hansı yubileydən söhbət gedir? İndiyə qədər bu yubileylər niyə keçirilmirdi? Dünyanın istənilən ölkəsində, o cümlədən ABŞ-da azərbaycanlılar müxtəlif vaxtlarda təhsil alıblar. Lakin onların indiyə qədər görüşü keçirilməyib. Deməli, məqsəd ayrıdır. Reallıqda bu, ABŞ-ın Azərbaycanda fəaliyyət göstərən öz agentura şəbəkəsinin bir araya gəlməsidir. Onlara lazımi təlimatlar veriləcək. Bu təlimatların arxasında Azərbaycana qarşı məkrli planlar dayanır. Şübhəsiz ki, onlar müxtəlif tapşırıqlarla fəaliyyətə başlayacaqlar. Düşünürəm ki, bu, heç bir nəticə verməyəcək”.

Deputat qeyd edib ki, son günlərdə Azərbaycanla ABŞ arasında siyasi gərginlik hiss olunur. Bu gərginliyin nəticəsidir ki, istər Qərbdən, istərsə də ABŞ-nin özündən ölkəmizə qarşı ikili standartlar sərgilənir.
“Arzu edərdik ki, ABŞ-la Azərbaycan yüksək səviyyədə əməkdaşlıq etsin. Ata və oğul Corc Buşların zamanında iki dövlət arasında yaxşı münasibətlər olub.

Respublikaçılarla dövlətimiz arasında indiyə qədər problem yaşanmayıb. Ancaq Barak Obamadan başlayaraq Azərbaycanla münasibətlərdə gərginlik müşahidə olunur. Onlar erməni diasporu və erməni lobbisinin ciddi təsiri altındadırlar. Onların karyerasının formalaşmasında ermənilər əhəmiyyətli rol oynayıblar, indi də onun əvəzini qaytarmağa çalışırlar.
Bu gün Azərbaycan güclü dövlətdir, beynəlxalq hüquq normalara söykənərək, haqq-ədalətə əsaslanaraq separatizmə son qoyub, öz torpaqlarını geri qaytarıb, hərbi xunta rejiminin kökünü kəsib, dövlətimizə qarşı cinayət törətmiş şəxsləri məsuliyyətə cəlb edib. Güc strukturlarımız, hüquq-mühafizə orqanları ölkədəki vəziyyəti izləyir, nəzarətdə saxlayır”.

“Əldə etdiyimiz məlumata görə, Azərbaycanın hüquq-mühafizə orqanları artıq məsələdən məlumatlıdır, iştirakçıların gələcəkdə ifşa olunması üçün tədbirin nəzarətə götürüldüyü bildirilir. Bizə düşmən kəsilənlər unutmasın ki, bu gün Azərbaycan əhalisinin 95 faizindən çoxu dövlətimizin yanındadır, hakimiyyətin siyasətini dəstəkləyir. Bizim cəmiyyətimiz həmrəydir, bu amili onlar unutmasınlar”, - F.Ağamalı əlavə edib.

Qeyd edək ki, noyabrın 27-də ABŞ-ın Azərbaycandakı Səfirliyinin Amerikada təhsil almış azərbaycanlı məzunlarla Bakıda məşhur “JW Marriott Absheron” hotelində görüş keçirəcəyi barədə məlumatlar yayılıb.





Oxşar xəbərlər


Xəbər lenti
​27 İllik Həsrətin Sonu: Kəlbəcər Yenidən Doğma Sahiblərinin Əlindədir
2026-11-26
Günay Ağamalı: Kəlbəcər tarixi Zəfərdən möhtəşəm quruculuq mərhələsinə qədəm qoyub
2026-11-26
Kəlbəcərdə yeni həyat başlayır
2026-11-25
Kəlbəcər yalnız azad edilmiş ərazi deyil, həm də Azərbaycanın yenilməz iradəsinin, milli birliyinin və quruculuq əzminin təcəssümüdür !
2026-11-25
Ulu Öndəri Bakıya Dəvət Edən İlk Bəyanatdan 36 İllik Tarixi Zəfərə gedən yol: Ana Vətən Partiyası 
2026-11-24
Kəlbəcərin yenidən qurulması dövlət qayğısının və ardıcıl inkişaf siyasətinin təzahürüdür
2026-11-24
Kəlbəcər Zəfərin yaratdığı yeni reallıqların strateji ünvanıdır
2026-11-24
Kəlbəcərin yeni inkişaf modeli gələcəyin müasir şəhərini formalaşdırır
2026-11-24
Vyetnam Azərbaycan üçün dost ölkə və strateji tərəfdaşdır
2026-11-23
Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlıq yeni əməkdaşlıq imkanları yaradır
2026-11-23
Azərbaycan və Vyetnam iqtisadi tərəfdaşlığının yeni imkanları
2026-11-23
Azərbaycan-Vyetnam münasibətləri möhkəm dostluq ənənələri və strateji tərəfdaşlıq əsasında inkişaf edir
2026-11-23
Günay Ağamalı ədliyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib
2026-11-22
Salyanda 22 Noyabr – Ədliyyə işçilərinin peşə bayramı günü qeyd olunub.
2026-11-22
Azərbaycan–Vyetnam strateji tərəfdaşlığı
2026-11-22
Azərbaycan–Vyetnam əməkdaşlıq modeli
2026-11-22
Azərbaycan–Vyetnam əlaqələrində yeni mərhələ və genişlənən perspektivlər
2026-11-22
Günay Ağamalı: Ağdam tarixi Zəfərin gücü ilə yenidən qurulur – ŞƏRH
2026-11-21
Yeni Azərbaycan Partiyasının qurultayları siyasi inkişafın yeni mərhələlərini müəyyən edir
2026-11-20
Yeni Azərbaycan Partiyasının ideoloji təməli və siyasi inkişaf fəlsəfəsi
2026-11-20
Dünənin tarixi zərurəti, bu günün siyasi gücü, gələcəyin təminatı
2026-11-20
Yeni Azərbaycan Partiyası xalqın iradəsinin və milli birliyin təcəssümüdür
2026-11-20
Uzaqgörən və qətiyyətli siyasət
2026-11-20
Ağdamın Zəfər və quruculuq salnaməsi 
2026-11-20
20 Noyabr – Dirçələn Ağdamın Zəfər Günü
2026-11-20
Tarixi Zəfərdən Böyük Qayıdışa 
2026-11-20
Ağdam Qarabağın yeni inkişaf mərkəzinə çevrilir
2026-11-19
Ağdamın əvvəlki şöhrəti bərpa olunur
2026-11-19
Ağdamın qədim tarixi və dirçəliş salnaməsi
2026-11-19
Sağlam uşaqlar sağlam gələcəyin təməlidir
2026-11-19