Kanal4.az

Xəbərlərin ünvanı

Kanal4.az

SİYASƏT
TDT çərçivəsində Azərbaycan–Qazaxıstan əməkdaşlığı yeni imkanlar yaradır
SİYASƏT
Türk dünyası bizim ailəmizdir
SİYASƏT
TDT təhlükəsizliyin möhkəmləndirilməsində mühüm platformadır
SİYASƏT
TDT ümumi etnik köklərə malik ölkələri birləşdirir
SİYASƏT
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
SİYASƏT
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
SİYASƏT
Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün 
SİYASƏT
Azad Şəhərlərimizdə Qurulan Yeni Həyat
SİYASƏT
Suverenliyin Təntənəsi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Yeni Dövrü
SİYASƏT
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Böyük Qayıdış Salnaməsi
SİYASƏT
Xankəndi yeni inkişaf mərhələsinə qədəm qoyur
SİYASƏT
Ərazi bütövlüyünün bərpası yeni inkişaf mərhələsinin başlanğıcıdır
SİYASƏT
Xocalı ağrısından Xocalı qüruruna
SİYASƏT
Türk Dövlətləri Təşkilatının Strateji Yüksəlişi
SİYASƏT
Türk Dünyasını Birləşdirən Geosiyasi Reallıqlar
SİYASƏT
Azərbaycanın TDT Sədrliyi və Çoxşaxəli Əməkdaşlıq Strategiyası
SİYASƏT
Suverenliyimiz milli iradəmizin təntənəsidir
SİYASƏT
Dövlət suverenliyinin bərpası tarixi nailiyyətdir
SİYASƏT
Zəfərlə başlayan tarixi mərhələ
SİYASƏT
Ədalət bərpa olundu
SİYASƏT
Dövlətçiliyimizin qürur tarixi
SİYASƏT
Bütöv Azərbaycanın Zəfər Rəmzi- Dövlət Suverenliyi Günü
SİYASƏT
Tarixi Ədalətin və Dövlət Suverenliyinin Tam Bərpası
SİYASƏT
Qarabağda tarixi bəyanat: Diplomatların səfəri Azərbaycanın suverenliyinin növbəti təsdiqidir
SİYASƏT
QƏRBİ AZƏRBAYCANIN İZLƏRİNİ TARİXDƏN SİLMƏK MÜMKÜN DEYİL!
SİYASƏT
Prezident İlham Əliyevin Siyasi Tapşırığı: “Sülh Tərəfdarıyıq, Amma Beynəlxalq Riyakarlığı Unutmuruq!”
SİYASƏT
Türk-İslam Birliyi, Beynəlxalq Ədalət və Milli Yaddaşın Sülh Strategiyası
SİYASƏT
Azərbaycan Türk və İslam Dünyasının Birləşdirici Mərkəzi Kimi
SİYASƏT
Həmrəylik və sülh naminə atılan addımlar yeni imkanlar yaradır
SİYASƏT
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"

Qərbin Bakıdakı Şəbəkəsinin Yarımçıq "İnqilab Projesi" Xortlayirmı_ Baydenə Göz Dikənlər.

2021-02-05 01:02:40 290 baxış
Xəbər şəkil

)

ABŞ-da Demokratların iqtidara gəlişindən sonra “narıncı inqilab” ssenariləri hazırlayan, onu həyata keçirən komandanın yarımçıq qalan işləri davam etdirəcəyi iddiaları səslənir, Rusiyada baş verənlər ilk siqnaldır

ABŞ və Qərbin son 4-5 ildə dünyada “demokratiyanın ixracı”na – məxməri inqilablara pauza verməsi geopolitik proseslərin gedişatı ilə bağlansa da, bunun üzərinə Amerikada, Avropada hakimiyyətlərdə hansı ideoloji qüvvələrin olduğunu da gəlmək lazımdır.

Avropa Birliyindəki böhran, Fransada iqtidarı pleyboyların, marionetkaların ələ alması, “rəngli inqilab”ların və “ərəb baharı”nın gətirdiyi dərin məyusluq, peşmanlıq, ardınca ABŞ-da biznesi demokratiyadan ali tutan Respublikaçı Donald Trampın prezidentliyi bu prosesləri xeyli dərəcədə tormozlamışdı.

Ukraynadakı Maydan hərəkatının Krımın ilhaqı, Liviyadakı qanlı çevrilişin ölkənin ikiyə bölünməsi, Suriyanın terror və müharibə poliqonuna dönməsi, Misirdə generalların hakimiyyəti götürməsi göstərdi ki, Qərbin siyasi kluarlarında hazırlanan inqilablar töhfə vermədi.

Milli Himayə Fondu (NED), ile ilgili görsel sonucu

Bu hadisələr 2017-ci ildən səngiməyə başladı və Tramp administrasiyası ayrı-ayrı regionlarda siyasi dəyişiklikləri dəstəkləmədi, Qərbi Avropa dövlətləri isə siyasi çevrilişlərin demokratiya gətirmədiyini dərk etdilər.

“Yeni Müsavat”ın Siyasət Şöbəsi yazır ki, bu inqilabların sponsorluğunda, ideoloji ssenarilərində həm Soros Fondunun, həm digər institutların rolu varıydı.

Eyni zamanda “rəngli inqilab”ların ideoloqu amerikalı Cin Şarp metodikasını yada salmaq yerinə düşər. O, qeyri-zorakı üsullarla mübarizə metodları barədə yazdığı kitablarla məşhurdur.

Həmçinin Cin Şarp ABŞ-ın Demokratiyanı Milli Himayə Fondu (NED), Ford Fondu və Beynəlxalq Respublikaçılar İnstitutu tərəfindən maliyyələşən Albert Eynşteyn adına İnstitutun təsisçisi və rəhbəridir.

Bu siyasi fondların zaman-zaman Azərbaycanda da hərəkat başlama cəhdləri, kütləvi etirazları təşkil və körükləmə planları olub. Təbii ki, bu kursun kimin çiyinləri üzərində həyata keçirilməsi üçün baş sındırılıb.

Geridə qalan dövrdə müxtəlif gənclik hərəkatlarının dəstəklənməsi, Avropa İttifaqının bayraqları ilə meydanları dolduran mitinqlərin hazırlanması Qərb institutlarının marağında olub.

Sadəcə, əhalinin ovqatı, siyasi liderlərin illərlə öz nüfuz limitlərini xərcləməsi “məxməri”, yaxud “rəngli” inqilabları ertələyib.

Trampın hakimiyyəti ile ilgili görsel sonucu

Respublikaçı Trampın hakimiyyəti isə başqa dövlətlərin daxili siyasətinə müdaxilə etməmək üzərində qurulmuşdu. Ondan əvvəl Demokrat Barak Obama isə devrimlərin tərəfdarı idi.

Demokrat Partiyasından Cozef Baydenin iqtidara gəlişindən sonra “narıncı inqilab” ssenariləri hazırlayan, onu həyata keçirən komandanın yarımçıq qalan işləri daha peşəkarlıqla davam etdirəcəyi iddiaları səslənir. Analitiklərin hesablamalarına görə, Rusiyada baş verənlər, Qərbin dəstəklədiyi bloger Aleksey Navalnının həbsi buna siqnalıdır.

Biden ile ilgili görsel sonucu

Bu proseslərin miqyasının genişlənəcəyi və postsovet məkanını əhatə edəcəyi, yeni bir dalğanın gələcəyi proqnozları irəli sürülür.

Halbuki Azərbaycanda belə zəmin üçün immunitet aşağıdır. Vətən müharibəsindən qalib çıxan ölkədə xalqın hakimiyyətə və onun liderinə münasibəti pozitiv anlamda dəyişib.  İndi iqtidarın daha çox dəyişikliklər edəcəyi, Qarabağı azad edən siyasi qüvvənin ölkədə modern idarəçilik quracağı gözləntiləri artıb. 

Yəni 5 il qabaq siyasi hakimiyyətin xalq içində nüfuzu olduqca aşağıydı, məmurların qudurğanlıqları xirtdəyə çatmışdı, o zaman gərginlik “rəngli inqilab”ların reallaşdırılmasına münbit şərait yaratmışdı.  Amma o dövrdə Qərbin və onun Azərbaycandakı şəbəkəsinin etdiyi cəhdlər səmərə vermədiyi halda Bayden dövründə yarımçıq qalmış arzularını tamamlamaq niyyətində olan dairələrin fəallığı hansısa nəticə verə bilərmi? Xalq hakimiyyətə qarşı çıxarmı?

Üstəlik, ABŞ özü seçkidə demokratiya böhranı yaşadı, rus politoloqlar mənzərəni “iki ayağını itirmiş axsaq” kimi təsvir edirdilər.

Lakin bu da realdır ki, ölkə daxilində fürsəti hər zaman gözləyən qruplar var və Baydenin gəlişindən sevincək olublar.

Fəzail Ağamalı ile ilgili görsel sonucu

Fəzail Ağamalı: “Marginallaşmış, Qərbin pulu ilə qidalananların başında anti-milli şura, onun nüfuzu olmayan şəxsləri durur”

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı “Yeni Müsavat”a bildirdi ki, “rəngli inqilab”lar hakimiyyəti kifayət qədər zəif, kövrək, dövlət başçısı cəmiyyətdə sosial bazaya, nüfuza malik olmayan ölkələrdə baş verir.  Onun sözlərinə görə, bu cür dövlətlərdə istənilən çevrilişləri reallaşdırmaq mümkündür: “Qərb Şərqi Avropada, postsovet məkanında ”məxməri inqilab” edirsə, Afrikada bunu hərbçi çevrilişlərlə reallaşdırır. Azərbaycanda isə bu hadisələrə heç zaman zəmin olmayıb”.

F.Ağamalı hesab edir ki, hətta “rəngli inqilab”ların populyar olduğu dövrdə də Azərbaycanda belə zəmin olmayıb: “Ulu öndər Heydər Əliyevdən sonra hakimiyyətin güclü əldə olması, komandada vahid mövqenin mövcudluğu, Prezident İlham Əliyevin xalq içində güclü mövqeyə malik olması bu inqilabların həyata keçirilməsini sıfıra endirib.

“narıncı inqilabı” ile ilgili görsel sonucu

Xatırlayıram ki, 2005-ci ildə Müsavat Partiyası Ukraynadakı “narıncı inqilabı” təkrarlamaq istədi. Hətta narıncı rəngli şarflar gətirildi və parlament seçkilərində narıncı köynəklərlə şəkil çəkdirdilər, plakatlar hazırlandı. Amma ssenari baş tutmadı. Çünki Heydər Əliyevin fundamental dövlətçilik prinsipləri xalq tərəfindən dəstəklənirdi. Ayrı-ayrı marginal qruplar isə elə bilirdilər ki, xalq onların arxasınca gedəcək. Amma prezident sarsılmaz iradəsini ortaya qoydu”.

Deputat qeyd etdi ki, 2005-ci ildə hakimiyyət daxilində də müəyyən xəyanətlər özünü göstərdi: “Amma onlar cəmiyyətdə nüfuza malik deyildilər. Eynilə ”ərəb baharı”nda da onların istəklərinin reallaşması mümkün deyildi. Həmin zaman kəsiyində Prezident İlham Əliyev xalq içində rəğbətini artırmışdı, hakimiyyətini möhkəmləndirmişdi, sosial-iqtisadi dayaqlarını gücləndirmişdi.

Bu da imkan vermədi ki, marginallaşmış, Qərbin mayası, pulu ilə qidalanan antimilli qüvvələr istəklərinə nail olsunlar”.

F.Ağamalının sözlərinə görə, indi ABŞ-ın yeni prezidenti Baydenin fərqli siyasətçi olduğunu düşünərək, onun ətrafında müxtəlif gəlişmələr edərək, reallığı əks etdirməyən düşüncələrini ortaya qoyaraq, həmin qüvvələr güman edirlər ki, Ağ evin rəhbərliyi Azərbaycanda “rəngli inqilabı” stimullaşdıra bilər. “Düşünmürəm ki, Bayden bu addımı atsın. İlham Əliyev yüksək və peşəkar siyasətçi kimi beynəlxalq səviyyədə özünü təsdiq edib. Digər tərəfdən, onun həyata keçirdiyi xarici siyasət ABŞ-ın fundamental prinsiplərinə, “dərin dövlət” xəttinə zidd deyil. Bayden kosmetik dəyişikliklər edə bilər, amma Amerikanın dövlət maraqları var və bu maraqlar da Azərbaycanla toqquşmur.

Əksinə, iki ölkə çox ciddi əməkdaşlığa və münasibətlərə malikdirlər. Bundan əlavə, cənab İlham Əliyevin hakimiyyəti illərində Azərbaycan Avropanın enerji təminatında ciddi rol oynayıb.

Türkmənistanla bağlanmış “Dostluq” sazişi Avropanın enerji təminatı üçün geniş imkanlar açır. Ona görə də Azərbaycanın Bayden zamanında mövqeyi daha da möhkəmlənəcək, əhəmiyyəti artacaq.”

F.Ağamalının fikrincə, hətta nəzəri cəhətdən ölkədə hansısa rəngli inqilaba cəhd edilsə belə, birmənalı şəkildə baş tutan deyil:

“Azərbaycanın 44 günlük zəfər müharibəsi Prezidentin təkcə dünyada deyil, ölkədə də nüfuzunu artırıb. Xalqımızın mütləq əksəriyyəti prezidentin yanındadır. Onlar kiminlə məxməri inqilab edəcək?

Pulla alınmış 1000 nəfərlə? Bu həvəsə düşənlər bu sözlərimə diqqət etsinlər və peşman olsunlar. Əgər belə cəhd olunsa, hələ dövlət öz yerində, ilk növbədə xalq tərəfindən ciddi cəzaya məhkum ediləcəklər.

Onlar xalqın iradəsi qarşısında xalqın ayaqları altında qalacaqlar. Bu cür güclü dövləti zəiflətməyə çalışanlar xalqın maraqlarının əksinə gedən xəyanətkarlardır və millət tərəfindən əməlləri biganə qarşılanmayacaq.

Ümumiyyətlə, bu qüvvələrin önündə anti-Milli Şura, onun nüfuzu olmayan şəxsləri dayanır. Amma istəkləri heç zaman həyata keçməyəcək. Hansı liderlə məxməri inqilab edəcəklər?

Müxalifətin içində bu niyyətdə kim var? Heç kim yoxdur. Nə belə şəxs, nə də onu müdafiə edəcək sosial baza var…





Oxşar xəbərlər


Xəbər lenti
TDT çərçivəsində Azərbaycan–Qazaxıstan əməkdaşlığı yeni imkanlar yaradır
2026-09-22
Türk dünyası bizim ailəmizdir
2026-09-22
TDT təhlükəsizliyin möhkəmləndirilməsində mühüm platformadır
2026-09-22
TDT ümumi etnik köklərə malik ölkələri birləşdirir
2026-09-22
Salyan rayonunda narkomaniyaya qarşı mübarizəyə dair maarifləndirici tədbir keçirilib.
2026-09-21
Bakıdan dünyaya sülh, əməkdaşlıq mesajı
2026-09-21
Dövlətimizin qüdrətinin təntənəsini ifadə edən şərəfli gün 
2026-09-21
Azad Şəhərlərimizdə Qurulan Yeni Həyat
2026-09-20
Suverenliyin Təntənəsi: Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Yeni Dövrü
2026-09-20
Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Böyük Qayıdış Salnaməsi
2026-09-20
Xankəndi yeni inkişaf mərhələsinə qədəm qoyur
2026-09-19
Ərazi bütövlüyünün bərpası yeni inkişaf mərhələsinin başlanğıcıdır
2026-09-19
Xocalı ağrısından Xocalı qüruruna
2026-09-19
Türk Dövlətləri Təşkilatının Strateji Yüksəlişi
2026-09-19
Türk Dünyasını Birləşdirən Geosiyasi Reallıqlar
2026-09-19
Azərbaycanın TDT Sədrliyi və Çoxşaxəli Əməkdaşlıq Strategiyası
2026-09-19
Suverenliyimiz milli iradəmizin təntənəsidir
2026-09-18
Dövlət suverenliyinin bərpası tarixi nailiyyətdir
2026-09-18
Zəfərlə başlayan tarixi mərhələ
2026-09-18
Ədalət bərpa olundu
2026-09-18
Dövlətçiliyimizin qürur tarixi
2026-09-18
Bütöv Azərbaycanın Zəfər Rəmzi- Dövlət Suverenliyi Günü
2026-09-18
Tarixi Ədalətin və Dövlət Suverenliyinin Tam Bərpası
2026-09-18
Qarabağda tarixi bəyanat: Diplomatların səfəri Azərbaycanın suverenliyinin növbəti təsdiqidir
2026-09-18
QƏRBİ AZƏRBAYCANIN İZLƏRİNİ TARİXDƏN SİLMƏK MÜMKÜN DEYİL!
2026-09-17
Prezident İlham Əliyevin Siyasi Tapşırığı: “Sülh Tərəfdarıyıq, Amma Beynəlxalq Riyakarlığı Unutmuruq!”
2026-09-17
Türk-İslam Birliyi, Beynəlxalq Ədalət və Milli Yaddaşın Sülh Strategiyası
2026-09-17
Azərbaycan Türk və İslam Dünyasının Birləşdirici Mərkəzi Kimi
2026-09-17
Həmrəylik və sülh naminə atılan addımlar yeni imkanlar yaradır
2026-09-17
Günay Ağamalı: "Otuz ildə viran qoyulan torpaqlarımız cənnətə çevrilir"
2026-09-17