13-14-15 noyabr tarixində Milli Məclisin Plenar iclasında" Azərbaycan Rrspublikasının 2024-cü il dövlət büdcəsi haqqında qanun layihəsi" birinci oxunuşda qəbul olundu.
Çıxışımın stenoqramını təqdim edirəm:
Hörmətli Sahibə xanım, Hörmətli cənab baş nazir,
Hörmətli deputat həmkarlarım, hökumət üzvləri və mediya təmsilçiləri,
Dayanıqlı və davamlı inkişafını Qarabağ Zəfəri ilə möhkəmləndirən Azərbaycan, UDM istehsalının artımı və Dövlət büdcəsinin böyüməsi tendensiyasını illərdir ki, davam etdirir və 2024-ci il üçün Dövlət büdcəsi də bu baxımdan istisna deyil və müstəqillik tariximizin ən böyük həcmli büdcəsidir.
Büdcə layihəsində bütün sahələr üzrə artım, dövlət proqramları, əhalinin sosial rifahının yüksəldilməsinə yönəlmiş tədbirlərin, azad olmuş torpaqlarda bərpa-quruculuq işlərinin maliyyələşdirmənin davam etdirilməsi nəzərdə tutulur.
Dünyadakı mövcud geosiyasi şəraitdə ölkənin təhlükəsizliyi və müdafiə qabiliyyətinin yüksəldilməsinə yönəlik xərclərin artırılması isə Azərbaycan xalqının, Azərbaycan dövlətinin dinc quruculuq şəraitində yaşaması və inkişafını təmin edəcək tədbirlərdir.
Dövlət budcəsində əksini tapan xərclər, əsasən də Kapital xərcləri uzun müddətli inkişafı təmin edəcək işlərin məcmusu əsasında müəyyənləşdirilir. Bu baxımdan ölkəmizin inkişafı və onun beynəlxalq arenada rolunun artmasını şərtləndirən sahələrin inkişaf etdirilməsi olduqca vacibdir. Bu sahələr içərisində Nəqliyyat sectorunun inkişafı, nəqliyyat infrastrukturunun yenilənməsi daha böyük əhəmiyyət kəsb edir. Bu sahədə artıq böyük işlər görülür. Lakin hesab edirəm ki, artıq müasir dünyada olduğu kimi bizdə də Nəqliyyatda da əsas yeri dəmir yolu tutmalıdır. Ona görə də mən hökumətin diqqətini bu məqama cəlb etmək istəyirəm.
Hesab edirəm ki, dəmir yolu ilə ölkə daxili yükdaşımanı və ölkədaxili müntəzəm sərnişin daşımanın həcminin kəskin artırılması olduqca vacibdir. Bu, bir neçə aspektdə əhəmiyyətlidir:
-Belə ki, dəmir yolu ilə ölkə daxilində yükdaşıma Büdcə hesabına qurulan yol infrastrukturunun dağıdılmasının qarşısının alınmasına, yollarda təhlükəsizliyə, insan həyatının qorunmasına və ən əsası ekoloji baxımdan atmosfer havasının çirklənməsinin qarşısının alınmasına xidmət edə bilər.
-Dəmir yolu ilə sərnişin daşıma isə Bakıda tıxacların qarşısının alınmasına, iş üçün gündəlik Bakıya gedən insanların və ən əsası tələbələrin Rayonlardan Bakıya asanlıqla gediş-gəlişini təmin edə bilər və tələbələrin kirayələrdən canı qurtarar. Burada deyildi ki, sürət qatarı Akstafaya, Tovuza gedir. Mən hesab edirəm ki, biz artıq sürət qatarını Şirvan istiqamətində açmalı və sonradan Sabirabad, Saatlı, İmişli və Şərqi-Zəngəzur istiqamətində genişləndirməliyik.
Digər bir məsələ Təhsillə bağlıdır. Gələn il təhsil xərcləri cari ilə nisbətən 3.2% çoxdur. Bundan əlavə məktəbəqədər təhsil müəssisələrində 105 min nəfərdən çox uşağın sağlam qidalanmasını təmin etmək üçün nəzərdə tutulan xərclər cari ilə nisbətən 4.1 % artırılaraq 128.4 milyon manata çatdırılmışdır. Bu çox təqdirəlayiq haldır. Lakin bu yaxınlarda cəmiyyətinmizdə böyük bir müzakirələrə səbəb olan bir hadisənin şahidi olduq. Məktəblilərin dönərdən kütləvi zəhərlənməsi baş verdi. Hesab edirəm ki, biz artıq məktəblərdə qidalanmanı birbaşa dövlət nəzarətinə götürməliyik. Belə ki, kiçik yaşlı siniflər, o cümlədən imkansız ailələrin uşaqları mütləq dövlət hesabına isti yeməklə təmin olmalıdırlar. Bunu İcbari Tibbi sığorta kimi, pilot layihə formatında bir neçə rayon və şəhərdə başlayıb, bir neçə ilə ölkənin bütün məktəblərində tətbiq etmək olar.
Sonda təmsil etdiyim Şirvan şəhəri ilə bağlı bir neçə məsələyə də təkrar olaraq toxunmaq istəyirəm.
Şəhərin ən əsas problemi işsizliklə bağlıdır. Böyük kadr potensialı var, çünki sənaye şəhəridir. Bakı şəhərinə çox yaxındır. Enerji mənbələri, əlverişli logistika və ölkə sənayesinin inkişafı üçün geniş imkanlar var. Şirvan Şəhər olduğu üçün insanların pay torpağı yoxdur. Xahiş edirəm Hökumət bunu nəzərə alsın.
Əsas problemlərdən biri ictimai nəqliyyatın yox səviyyəsində olmasıdır. Heç bir standartlara, müasir tələblərə uyğun olmayan bir nəqliyyat sistemi fəaliyyət göstərir. Yaxın vaxtlarda Nəqliyyat sahəsində Qanunvericilik bazasını təkmilləşdirdik və hesab edirəm ki, bu sahədə qayda-qanun yaratmağın vaxtıdır. Xahiş edirəm müvafiq qurumlar bu problemi nəzarətə götürüb həll etsinlər.
Təhsillə bağlı aidiyyatı qurumlara deyirəm: Köçürün Universitetləri Şirvan şəhərinə, Bakının yükünü yüngülləşdirin. Şirvanda müasir şəhərdir. O cümlədən müasir tipli Peşə Təhsili Mərkəzinin açılmasına da böyük ehtiyac vardır.
Şirvan şəhərinin mərkəzi stadionu. Təmirə saxlanılıb, 80 % iş görülüb, lakin 15 ildir işlər dayandırılıb. 15 ildir bu işlər tamamlanmır ki, tamamlanmır. Əvəzində görülən işlər də dağılıb gedir. Bir neçə dəfə aidiyyatı qurumlar gəlib baxıb-gedib. İnsanlar artıq futbol komandası da yaradıblar, amma stadion hələ də yoxdur.
Mən aidiyyatı qurumlardan xahiş edirəm ki, bu məsələləri imkan daxilində nəzərə alsınlar.
Ümumilikdə isə Büdcə layihəsini məqbul hesab edirəm, lehinə səs verəcəm və deputat həmkarlarımı da buna dəvət edirəm.
Sağ olun .Təşəkkür edirəm
Milli Məclisin Deputatı İltizam Yusifov.
Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...
Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...
Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...
Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...
Prezident İlham Əliyevin işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...
2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...
Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...
Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...