image image

Umbakıda yeni inşa olunmuş penitensiar kompleks istifadəyə verilib

image

 

 

Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan ədliyyə islahatları çərçivəsində penitensiar xidmətin fəaliyyəti təkmilləşdirilir, məhkumların və təqsirləndirilən şəxslərin hüquqlarının etibarlı təmin olunması, saxlanma şəraitinin yaxşılaşdırılması, cəmiyyətə reinteqrasiyası məqsədilə infrastruktur müasirləşdirilir.

AZƏRTAC xəbər verir ki, ötən dövrdə Bakıda yeni istintaq təcridxanası, cəmiyyətimizin həssas qrupu olan yetkinlik yaşına çatmayan və qadınlar üçün müasir penitensiar müəssisələr inşa olunaraq istifadəyə verilib və insan haqlarına, o cümlədən məhkumların hüquqlarının qorunmasına xüsusi önəm verən dövlətimizin başçısı həmin müəssisələrə şəxsən baş çəkərək yaradılan şəraitlə tanış olub.

Eyni zamanda, bölgələrdə belə komplekslər tikilərək Naxçıvanda və Şəkidə istifadəyə verilib, Gəncə şəhərində inşası davam etdirilir, Lənkəranda isə tezliklə istismara verilməsi nəzərdə tutulur.

Bu tədbirlər çərçivəsində noyabrın 17-də paytaxtın Umbakı qəsəbəsində yeni inşa olunmuş qarışıq rejimli müasir penitensiar kompleks istifadəyə verilib, yaradılan şəraitlə tanışlıq olub.

Tədbirdə iştirak edən ədliyyə naziri Fikrət Məmmədov dövlət başçısının tapşırıqlarına uyğun olaraq penitensiar sahədə aparılan islahatlardan, məhkumların saxlanma şəraitinin, tibbi təminatının yaxşılaşdırılması, sosial adaptasiyası ilə bağlı görülən ardıcıl tədbirlərdən danışıb. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən ulu öndər Heydər Əliyevin humanizm siyasətinin uğurla həyata keçirilərək əfv və amnistiya aktlarının geniş tətbiqini qeyd edib.

Nazir yeni penitensiar kompleksin istifadəyə verilməsinin dövlət başçısının humanizminin, azadlıqdan məhrum edilmiş şəxslərə diqqət və qayğısının növbəti əyani təzahürü olduğunu vurğulayıb.

Komplekslə tanışlıq zamanı məlumat verilib ki, beynəlxalq standartlara uyğun inşa olunmuş Umbakı penitensiar kompleksi qarışıq rejimli olmaqla iki zonadan - cəzaçəkmə müəssisəsindən və istintaq təcridxanasından ibarətdir. Müəssisədə ağır və digər cinayət törətməyə görə azadlıqdan məhrum edilmiş məhkumlar, təcridxanada isə təqsirləndirilən şəxslər saxlanılacaq.

Ümumi saxlanma limiti 1 300 nəfər olan kompleksdə 19 müxtəlif rejimli kamera tipli korpuslar inşa olunub. Kameralarda hər cür şərait yaradılıb, o cümlədən ayrıca sanitar qovşağı, gəzinti yerləri ayrılıb.

Həmçinin, müstəntiq və vəkillərin rahat fəaliyyət göstərmələri, istintaq hərəkətlərinin aparılması üçün zəruri şərait yaradılıb. Məhbusların məhkəmə iclaslarında məsafədən - videokonfrans vasitəsilə iştirakı, habelə telefon danışıqları və video-görüş üçün lazımi avadanlıqla təchiz olunmuş xüsusi otaqlar qurulub.

Saxlanılan şəxslərə yüksəkkeyfiyyətli tibbi xidmətin göstərilməsi üçün kompleksin ərazisində Tibb-sanitar hissələri üçün müasir tibbi avadanlıqla təchiz olunmuş binalar inşa edilib. Burada kardioloq, stomatoloq, fizioterapevt, ultrasəs müayinəsi, cərrahiyə, manipulyasiya otaqları, laboratoriya, geniş dərman çeşidləri ilə təchiz olunmuş aptek, bütün şəraiti, stasionar, o cümlədən intensiv terapiya çarpayıları olan kamera-palatalar mövcuddur.

Məhkum və həbs edilmiş şəxslərə psixoloji yardımın göstərilməsi üçün kompleksdə xüsusi otaqlar da nəzərdə tutulub.

Bildirilib ki, məhkumların sosial adaptasiyası məqsədilə onların ailələri ilə zəruri məişət avadanlığı ilə təchiz edilmiş studio-mənzil tipli uzunmüddətli görüş otaqları, habelə qısamüddətli görüşlər üçün kabinələr quraşdırılıb.

Eyni zamanda məhkumların asudə vaxtlarını səmərəli keçirmələri məqsədilə zəruri ədəbiyyatla təchiz olunmuş kitabxana, televizor otağı, idman meydançaları, təhsil və peşə ixtisaslarına yiyələnmələri üçün lazımi infrastruktur yaradılıb, bərbərxana, dərzi xidmətləri təşkil edilib.

Tanışlıq zamanı, həmçinin, məhbusların keyfiyyətli qidalanmasını təmin etmək üçün müasir avadanlıqla təchiz edilmiş mətbəxə, yeməkxanaya, habelə sənaye tipli qurğuları olan camaşırxanaya, kompleksin təhlükəsizliyinin və mühafizəsinin etibarlı təşkili üçün inşa olunmuş binalara və digər infrastruktur sahələrinə baxış keçirilib.

Nazir yeni istifadəyə verilən penitensiar kompleksdə məhkum və təqsirləndirilən şəxslər üçün yaradılan müasir şəraitin onların hüquqlarının etibarlı təminatına, səmərəli islah olunaraq sosial adaptasiyasına xidmət etdiyini bildirib, müəssisənin kollektivinə uğurlar arzulayaraq müvafiq tapşırıqlar verib.

Həmin gün kompleksin ətrafında abadlıq və yaşıllaşdırma işləri aparılıb, 22 noyabr - Ədliyyə İşçilərinin Peşə Bayramı Günü və Azərbaycan ədliyyəsinin 105-ci ildönümü münasibətilə nəzərdə tutulan tədbirlər çərçivəsində ağacəkmə aksiyası keçirilərək ərazidə yeni ağaclar əkilib





Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...