image image

Xidmət rəsmisi: “MAB proqramına üzvlük bioloji müxtəlifliyin qorunması işinə verilən qiymətdir”

image

 

 

“Azərbaycanın UNESCO-nun İnsan və Biosfer proqramına üzv seçilməsi ölkəmizdə bioloji müxtəlifliyin qorunması işinə beynəlxalq səviyyədə verilən qiymətdir. Azərbaycan UNESCO-nun İnsan və Biosfer (MAB) proqramının 2023-2027-ci illər üçün Beynəlxalq Əlaqələndirmə Şurasına böyük səs çoxluğu ilə üzv seçilib və ilk dəfədir ki, Azərbaycan biomüxtəlifliyin qorunması sahəsində UNESCO-nun hansısa bir qurumuna üzv olur”. 

Bunu UNESCO üzrə milli əlaqələndirici,  Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev bildirib.

“Azərbaycanın UNESCO-nun İnsan və Biosfer proqramına üzv seçilməsi ölkəmizdə bioloji müxtəlifliyin qorunması işinə beynəlxalq səviyyədə verilən qiymətdir”.

R.Allahverdiyev sözügedən  beynəlxalq qurumun fəaliyyəti və ölkəmizin quruma üzvlüyünün mahiyyəti barədə məlumat verib:

 

“UNESCO-nun İnsan və Biosfer (MAB) proqramı bioloji müxtəlifliyin qorunmasına, bioloji müxtəlifliyin komponentlərinin insanlar və yerli icmalar tərəfindən dayanıqlı inkişaf üçün təşviq olunmasına əsaslanır. Təbiətdən insanların davamlı, dayanıqlı istifadəsini təşviq etmək, biosfer rezervatlarının yaradılması və bu rezervatlar daxilində yaşayan icmalara dəstək, onların təbiətdən istifadə etməsi ilə bağlı alətlərin təqdim olunması əsas istiqamətlər hesab olunur. 

Azərbaycanın bu quruma üzvlüyü o deməkdir ki, ölkəmiz tərəfindən hazırlanan biosfer nominasiya sənədlərinə, yəni təbiət ərazilərində ətraf mühitə zərər vermədən insanların təbiətdən davamlı  istifadəsi üçün təqdim olunan layihələrə MAB tərəfindən texniki dəstək veriləcək.

Həmçinin transsərhəd ərazilərdə qonşu dövlətlərlə birgə bioloji rezervatların yaradılması fəaliyyəti stimullaşdırılacaq”.
 
Qurum rəsmisi onu da əlavə edib ki, bu quruma üzvlük biomüxtəlifliyin qorunması işində beynəlxalq səviyyədə Azərbaycanın imicini formalaşdıran əsas amildir və ölkəmizin bu sahədə qlobal öhdəliklərini yerinə yetirməsinin dəstəklənməsidir.





Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...