Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev cari ilin 9 noyabr tarixində Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısında iştirak edib. Ölkə başçısı Zirvə toplantısında çıxışı zamanı demişdir:Azərbaycan və Özbəkistan arasında strateji tərəfdaşlıq uğurla inkişaf edir. Füzuli şəhərində Özbəkistan tərəfindən məktəb tikilib istifadəyə verilib və Qazaxıstan tərəfindən yaradıcılıq mərkəzinin inşası davam etdirilir”.2006 və 2012-ci illərdə Azərbaycanın ECO-nun Zirvə Toplantılarına ev sahibliyi etməsi ölkəmizin təşkilatda fəallığının bir göstəricisidir. Hazırda Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik etməsi və bu il oktyabrın 10-da təşkilatın Nazirlər Şurasının 27-ci iclasının məhz Şuşa şəhərində keçirilməsi də ölkəmizin ECO-da yüksək nüfuzundan xəbər verir.Hazırda Azərbaycanın dostluq və əməkdaşlıq əlaqələrinin dinamik şəkildə inkişaf etdiyi ECO-ya üzv ölkələrdən biri də Özbəkistandır. Azərbaycan və Özbəkistan müstəqil xarici siyasət kursu yürüdən, öz resurslarına güvənən, sosial-iqtisadi inkişafda böyük uğurlar qazanan güclü müstəqil dövlətlərdir. Ölkələrimiz arasında dostluq və müttəfiqlik əlaqələrinin möhkəmlənməsi bütün Türk dünyasının güclənməsinə xidmət edir. Buna nail olmaq üçün ölkələrimiz arasında qarşılıqlı əlaqələr dövlət başçılarının səyləri nəticəsində daha da intensivləşdirilir. Artıq bütün istiqamətlərdə, o cümlədən iqtisadi fəaliyyət, əmtəə dövriyyəsinin artırılması, nəqliyyat-logistika sferası, energetika üzrə yaxşı nəticələr əldə olunmaqdadır.Bu gün Azərbaycan dövləti ölkənin zəngin neft və qaz ehtiyatlarına sahib olmasına rəğmən, bərpaolunan enerji sektorunun inkişafına xüsusi diqqət yetirir. Təsdiq olunmuş məlumatlara əsasən ölkəmizin bərpaolunan enerji potensialı quruda 37 qiqavat külək və günəş enerjisi, Xəzər dənizinin ölkəmizə məxsus sektorunda isə 157 qiqavat külək enerjisi təşkil edir. Bu, çox böyük potensialdır və Azərbaycan bu potensialı reallaşdırmaq əzmindədir. Artıq dünyanın bir neçə aparıcı yaşıl enerji şirkətləri olan xarici investorlarla sazişlər imzalanmışdır və anlaşma memorandumlarına əsasən, qarşıdakı illərdə Azərbaycanda istehsal ediləcək bərpaolunan enerji 10 qiqavata çatacaq. Beləliklə, Azərbaycan yaxın gələcəkdə yaşıl və hidrogen enerjisinin ixracatçısına çevriləcək. Öz çıxışında bu məsələyə toxunan cənab Prezident İlham Əliyev sammit iştirkçılarının diqqətinə belə bir məqamı da çatdırdı ki, ölkəmizin işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 2021-2023-cü illər ərzində 170 meqavatlıq hidroelektrik stansiyalar istifadəyə verilib. 2024-cü ilin sonuna qədər bu rəqəm 270 meqavata çatacaq və cəmi bir neçə ildən sonra həmin ərazilərdə hidroelektrik stansiyalarının ümumi gücü 500 meqavat təşkil edəcək. Azərbaycanın ECO-nun Təmiz Enerji Mərkəzinin ev sahibi kimi rəsmi olaraq təsdiqlənməsi faktı da ölkəmizin bərpaolunan enerji sahəsində çalışmalarının təşkilata üzv dövlətlər tərəfindən yüksək qiymətləndirildiyini təsdiq edir.
Zamir Güvəndiyev
YAP Şəmkir rayon təşkilatının sədr müavini
Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...
Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...
Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...
Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...
Prezident İlham Əliyevin işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...
2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...
Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...
Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...