image image

Şirvan-Salyan Regional Təhsil İdarəsi”Heydər Əliyev Və Azərbaycançılıq Ideologiyası”Mövzusunda Elmi-Praktik Konfrans Keçirilib- FOTO

image

 

Tədbirdə Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov,Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva, AMEA-nın Ədəbiyyat İnstitutunun baş elmi işçisi filologiya elmləri doktoru Mərziyyə Nəcəfova, AMEA-nın Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı, Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, Qərbi Azərbaycan Ziyalıları Şurasının üzvü Əfqan Vəliyev , Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti siyasi elmlər üzrə fəlsəfə doktoru Cahangir Cahangirli və AMEA-nın Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri fəlsəfə üzrə fəlsəfə doktoru, Elnur Mustafayev və ümumtəhsil məktəblərin müəllimləri iştirak edib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, unudulmaz xatirəsini ehtiramla yad edib.
Daha sonra, tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində dahi liderin həyat və fəaliyyətini əks etdirən muzeylə tanış olub, onlara Ulu Öndərin həyat yolu barədə maraqlı faktlar təqdim edilib.
Konfransın açılışında Ulu Öndərin və ölkəmizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş şəxslərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransı giriş sözü ilə açan Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli Azərbaycan elminin inkişafında ulu öndərin tarixi xidmətlərindən danışıb. “Azərbaycan elminin və təhsilinin inkişafında ulu öndər Heydər Əliyevin tarixi xidmətləri” mövzusunda məruzə ilə çıxış edən S.Mənsimli dahi liderin müdrik siyasi irsinin bütün dünya üçün örnək olduğunu bildirib.
Sonra rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov Azərbaycanın gələcək inkişafının elm və təhsillə bağlı olması strategiyasının təməlləri ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Hələ Sovet dövründə Azərbaycanda elmin və təhsilin inkişafında böyük xidmətləri olmuş dahi rəhbər müstəqillik şəraitində mövcud imkanlardan istifadə etməklə, qazanılmış nailiyyətləri daha da möhkəmləndirmək və inkişaf etdirmək mövqeyindən çıxış edib.
Məruzə ilə çıxış edən qonaqlar ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycan elminin inkişafı və dünya elminə inteqrasiyası üçün bir sıra məqsədyönlü tədbirlər həyata keçirdiyini bildiriblər. Qeyd edilib ki, Gənc nəslin, o cümlədən elmi gəncliyin inkişafına hərtərəfli dəstək nümayiş etdirən ulu öndərin ideyaları bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildiriblər.
Konfransın sonunda gələn qonaqlar Şirvan -Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli tərəfindən təşəkkürnamə ilə təltif edildilər

                

 





Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...