“Dövlət büdcəsində əksini tapan xərclər, əsasən də kapital xərcləri uzun müddətli inkişafı təmin edəcək işlərin məcmusu əsasında müəyyənləşdirilir. Bu baxımdan ölkəmizin inkişafı və onun beynəlxalq arenada rolunun artmasını şərtləndirən sahələrin inkişaf etdirilməsi olduqca vacibdir. Bu sahələr içərisində nəqliyyat sektorunun inkişafı, nəqliyyat infrastrukturunun yenilənməsi daha böyük əhəmiyyət kəsb edir. Bu sahədə artıq böyük işlər görülür. Lakin hesab edirəm ki, artıq müasir dünyada olduğu kimi bizdə də nəqliyyatda da əsas yeri dəmir yolu tutmalıdır. Ona görə də mən hökumətin diqqətini bu məqama cəlb etmək istəyirəm”.
Kanal4.az xəbər verir ki, bunu Milli Məclisdə 2024-cü il büdcə müzakirələri zamanı deputat İltizam Yusifov deyib.
Deputat hesab edir ki, dəmir yolu ilə ölkə daxili yükdaşımanı və ölkədaxili müntəzəm sərnişin daşımanın həcminin kəskin artırılması olduqca vacibdir: “Bu, bir neçə aspektdə əhəmiyyətlidir:
- Dəmir yolu ilə ölkə daxilində yükdaşıma büdcə hesabına qurulan yol infrastrukturunun dağıdılmasının qarşısının alınmasına, yollarda təhlükəsizliyə, insan həyatının qorunmasına və ən əsası ekoloji baxımdan atmosfer havasının çirklənməsinin qarşısının alınmasına xidmət edə bilər.
- Dəmir yolu ilə sərnişin daşıma isə Bakıda tıxacların qarşısının alınmasına, iş üçün gündəlik Bakıya gedən insanların və ən əsası tələbələrin rayonlardan Bakıya asanlıqla gediş-gəlişini təmin edə bilər və tələbələrin kirayələrdən canı qurtarar. Burada deyildi ki, sürət qatarı Akstafaya, Tovuza gedir. Mən hesab edirəm ki, biz artıq sürət qatarını Şirvan istiqamətində açmalı və sonradan Sabirabad, Saatlı, İmişli və Şərqi-Zəngəzur istiqamətində genişləndirməliyik”.
Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...
Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...
Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...
Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...
Prezident İlham Əliyevin işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...
2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...
Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...
Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...