10 noyabr 2020-ci il tarixində üç ölkənin dövlət başçıları tərəfindən bəyanat imzalanır. Bəyanatda 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə 00:00-dan etibarən tam bir atəşkəs və Qarabağ münaqişəsi bölgəsindəki bütün hərbi əməliyyatların dayandırılması elan edilir.
Bu Bəyanat, ilk növbədə Azərbaycanın tarixi qələbəsini rəsmiləşdirən sənəddir və mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır. Cəmi 44 günə Ermənistan Azərbaycan Ordusu qarşısında diz çökdü. 8 noyabr tarixində Şuşanın işğaldan azad olunmasından sonra Ermənistanın təslim olması an məsələsi idi. Belə də oldu, Suşanın düşmən tapdağından təmizlənməsinin ardınca, Azərbaycan ordusunun noyabrın 9-da 71 kəndin, bir qəsəbənin və 8 strateji yeksəkliyin işğaldan azad edilməsi barədə məlumatı yayıldı və saatlar sonra Ermənistan təslim oldu!
44 günlük müharibənin nəticələri bütünlüklə Azərbaycanın xeyrinə idi və düşmənin təslim olmasını özündə ehtiva edən sənədi imzalamaq üçün hər hansı maneə qalmırdı. Azərbaycan Ordusu yeni reallıq yaratmışdı: nə qondarma rejim qalmışdı, nə də 30 ildir danışıqlar prosesində Ermənistanın irəli sürdüyü şərtlərdən əsər-əlamət. Üstəlik düşmən tərəf Azərbaycanın şərtlərini qəbul etmişdi.
Bütövlükdə sentyabrın 27-dən Azərbaycan Ordusunun Zəfər yürüşü nəticəsində yaranmış reallığa uyğun hazırlanan Bəyanata əsasən, inzibati ərazisi xeyli böyük olan Kəlbəcər, Ağdam və Laçın şəhid vermədən, qan tökülmədən Azərbaycana geri qaytarıldı. Bu 3 rayon boşaldıldı və Ermənistanla sərhəd bölgələr Azərbaycan Ordusunun nəzarətinə keçdi (Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazini Ermənistanla əlaqələndirən 5 km-lik Laçın dəhlizi istisna olmaqla). Ümumi mənzərə odur ki, Bəyanata uyğun olaraq atəşkəs təmin edilib, rayonlar qrafikə əsasən Azərbaycana qaytarılıb, Rusiya sülhməramlıları bölgədə yerləşdirilib, atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz (Türkiyə-Rusiya mərkəzi) yaradılıb.
Bəyanatda əksini tapan digər məsələlər prosesin növbəti mərhələsini ehtiva edirdi. Belə ki, 3 il ərzində Ermənistanla əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşaası planı müəyyən edildi, yeni yol çəkildi, həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi təmin olundu. Laçın şəhəri də Azərbaycana qaytarıldı. Hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi davam etdirildi. Bəyanatda yer alan vacib məqam Naxçıvanın da blokadadan azad olunmasını şərtləndirən Zəngəzur dəhlizinin açılmasıdır. Bir ildə bu dəhlizin açılması üçün davamlı siyasi proses yürüdülüb, ötən ilin 27 oktyabrında Azərbaycan və Türkiyə prezidentlərinin iştırakı ilə Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməli qoyulub. Əlbəttə, Azərbaycanın Qərb rayonları və Naxçıvan MR arasında nəqliyyat əlaqəsi yaradılması yönündə iş aparılır, lakin Ermənistan tərəfi hələlik buna əməl etmir.
Bəyanatdan danışarkən ən çox müzakirə olunan Rusiyanın sülhməramlı kontingenti ilə bağlı məsələdir və bundan bəzən müəyyən dairələr tərəfindən Azərbaycanın qələbəsinə kölgə salmaq üçün istifadə edilir. Burada unudulan bir sıra məqamlar var. Birincisi, olduqca məhdud sayda və ərazilərimizin cəmi 3 faizində təhlükəsizliyi təmin etməli olan bu kontingent ilk 5 ilin tamamına 6 ay qalmış tərəflərin hansısa biri sülhməramlıların fəaliyyətinə xitam verilməsini tələb edərsə, onlar ərazini tərk edəcəklər. Bu məsələ Bəyanatda açıq şəkildə öz əksini tapıb. İkincisi, Bəyanata uyğun olaraq, sülhməramlıların gəlişi Ermənistan hərbi birləşmələrinin çıxarılması ilə paralel şəkildə həyata keçirilir ki, bu da Ermənistan hərbiçilərinin regionda qalmasını istisna edir. Müəyyən təxribatları nəzərə alsaq, bu bəndin tam icra olunduğunu vurğulamaq mümkün deyil. Proses davam edir. Eyni zamanda, rəsmi Bakı ara-sıra sülhməramlıların öz fəaliyyətlərinə zidd olan bir sıra davranışlarına seyrçi mövqe turmayıb. Rəsmi etirazlar onunla nəticələnib ki, sülhməramlılar davranışlarını korrektə ediblər.
Ötən üç ildə Prezident İlham Əliyevin imzaladığı müvafiq fərmanla Azərbaycanın yeni iqtisadi rayonlarının bölgüsü yaranıb, vaxtilə süni şəkildə yaradılmış Dağlıq Qarabağ ərazi bölgüsü ləğv edilib. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması ilə tarixi ədalətsizliyin üzərindən birdəfəlik xətt çəkilib, Dağlıq Qarabağ adı altında status məsələsinə nöqtə qoyulub. 10 noyabr tarixli kapitulyasiya aktından sonra Ermənistanın özünü toparlayacağı, revanşist meyllərin artacağı barədə deyilənlər özünü doğrultmayıb. Bu gün Azərbaycanla Ermənistanın durumu hər şeyi gün kimi ortaya qoyur. Regonda söz sahibinə çevrilən, daha da güclənən Azərbaycanın qarşısında xaosa sürüklənən, ordusu, iqtisadiyyatı məhv olan başqa dövlətlərin hesabına zorla ayaqda duran Ermənistan dayanıb. Və proseslər Ermənistanın Azərbaycanın yaratdığı yeni reallığa uyğun davranmasından başqa çarəsinin qalmadığını isbat etməkdədir.
Artıq Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. İndi Xankəndidə, Xocalıda, Ağdərədə və bütövlükdə Qarabağda Azərbaycan Bayrağı dalğalanır.
Fəxrəddin Vəliyev,
YAP Şəmkir rayon Təşkilatının sədri
Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...
Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...
Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...
Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...
Prezident İlham Əliyevin işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...
2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...
Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...
Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...