Ötən əsrin 90-cı illərinin əvvəllərində ağır siyasi, sosial-iqtisadi böhran yaşayan Azərbaycanı düşdüyü çətin vəziyyətdən xilas edən Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yol ölkəmizi bugünkü inkişaf səviyyəsinə çıxarıb. Məhz onun hazırladığı Azərbaycanın inkişaf strategiyasını Prezident İlham Əliyevin uğurla davam etdirməsinin nəticəsidir ki, nəzərdə tutulan bütün hədəflərə nail olunub. Sözsüz ki, hər bir dövlətin gücü həm də onun iqtisadi potensialından irəli gəlir. Ölkəmizin iqtisadi qüdrəti göz qabağındadır, davamlı olaraq inkişaf edir, dünyada bu sahədə yaşanan böhranlardan dayanıqlı olduğu üçün təsirsiz ötüşür. Həmçinin Azərbaycanda möhkəm sabitliyin, əmin-amanlığın bərqərar olması, hərbi-siyasi gücünün günü-gündən artması, öz torpaqlarını işğaldan azad etməklə yeni reallıqlar yaratması, regionun inkişafına mühüm töhfələr verməsi ölkəmizin qlobal aləmdə nüfuzunu xeyli artırıb, mövqelərini yüksəldib, onu mövcud olduğu regionun liderinə çevirib. Dövlətimizin başçısı cənab İlham Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə ərsəyə gələn nəhəng layihələr isə dünyaya meydan oxuyur, iştirakçı olan dövlətlərin iqtisadi inkişafına səbəb olur. Ölkəmizi dünya üçün əhəmiyyətli edən digər məqam isə onun etibarlı tərəfdaş statusu qazanmasıdır. Bu səbəbdəndir ki, əməkdaşlıq etdiyimiz bütün dövlətlər Azərbaycanla münasibətləri yüksək qiymətləndirirlər.Hazırda Avropanın üzləşdiyi çətin enerji böhranından xilas olmasında önəmli rol oynayan Azərbaycan, həm də Mərkəzi Asiya ölkələrinin iqtisadi inkişafında, ticarət əlaqələrinin genişlənməsində vacib ölkə hesab olunur.Odur ki, məhz bu zəmində xüsusən son illər həmin ölkələrlə münasibətlərdə əlaqələrimiz durmadan genişlənir. Dövlət başçıları səviyyəsində təşkil olunan qarşılıqlı səfərlər, keçirilən görüşlər, imzalanan sənədlər əhəmiyyətinə görə əməkdaşlığımıza strateji xarakter qatır. Prezident İlham Əliyevin Tacikistanda keçirilmiş Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşünə fəxri qonaq qismində dəvət olunması orada təmsil olunan ölkələrlə əlaqələrimizin qarşıdakı illərdə də bir çox sahələr üzrə inkişafı baxımdan xeyli önəm daşıyır. Burada diqqət çəkən məqam həm də o idi ki, Məşvərət görüşünə ilk dəfə regiondan kənarda yerləşən ölkə kimi Azərbaycan dəvət olundu. Təbii ki, bu, bir yandan ölkəmizin həm regionda, həm də beynəlxalq aləmdə genişlənən imkanları, sülh və təhlükəsizliyin təmin olunmasına verdiyi mühüm töhfələri ilə bağlıdırsa, digər tərəfdən bilavasitə dövlətimizin başçısının şəxsi nüfuzundan, qlobal təşəbbüslərinin səmərəliliyi və fikirlərinin əhəmiyyətindən irəli gəlir. Cənab Prezident Mərkəzi Asiya ölkələri ilə ticarət sahəsində əlaqələrdə xeyli yüksəliş olduğunu bildirərək qeyd edib ki, ötən il ticarət dövriyyəsində müşahidə olunan 3 dəfədən çox artım kifayət qədər yüksək göstəricidir. Bildiyimiz kimi, Azərbaycan əlverişli coğrafi mövqeyə sahibdir, beynəlxalq və regional nəqliyyat dəhlizlərinin üzərində yerləşir, logistik imkanları genişdir, həmçinin tranzit yükdaşımalarının səmərəli təşkilinə və etibarlı təminatına tam zəmanət verir.
Azərbaycan Prezidenti ölkəmizin bütün nəqliyyat-logistika infrastrukturunun onlar üçün açıq olduğunu bəyan etdi. Bildirdi ki, həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklərin həcminin bir milyon tondan beş milyon tona, Bakı Ticarət Limanının imkanlarının 25 milyon tona qədər artırılması hədəflənir. Bütün bunlar, sözsüz ki, mərkəzi asiyalı qardaşlarımız üçün böyük imkanlar deməkdir.
Ümumilikdə Prezident İlham Əliyevin Tacikistana səfəri, Məşvərət görüşündə iştirakı qardaş ölkələrlə mövcud olan qarşılıqlı faydalı əməkdaşlığımızda yeni səhifələr açacaq, münasibətlərimizi genişləndirəcək, eləcə də dövlətimizin beynəlxalq nüfuzunu yüksəldəcəkdir.
Elnur Hüseynov,
Salyan rayon Statistika İdarəsinin rəisi, YAP fəalı
Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...
Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...
Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...
Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...
Prezident İlham Əliyevin işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...
2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...
Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...
Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...