image image

İki ölkə arasında elm və təhsil sahəsində münasibətlər də mühüm yer tutur

image

 

Son illər dünyada baş verən proseslər ölkələrdən birgə əməkdaşlıq, birlikdə hərəkət etməyi və ümumi səylər göstərməyi tələb edir.Artıq bir neçə ildir ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən türk dövlətləri ilə münasibətlərində böyük canlanma müşahidə olunur.
Ölkə Prezidenti cənab İlham Əliyevin 14 sentyabr 2023-cü il tarixində Tacikistan Respublikasına səfəri bir daha təsdiqlədi ki, ölkəmiz Mərkəzi Asiya ölkələri ilə münasibətlərində  artıq yeni mərhələyə qədəm qoyub.Prezident İlham Əliyevin son 1-2 il ərzində Mərkəzi Asiya, o cümlədən regionun türkdilli ölkələrinə ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri Türk dünyası üzvləri ilə əlaqələrimizin genişlənməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirir.Səfərlər zamanı imzalanan müqavilələr, sazişlər ölkələrimiz arasında münasibətlərin gələcək konturlarını müəyyənləşdirir.Azərbaycanın Mərkəzi Asiya dövlətləri arasında Tacikistanla münasibətləri də digər Asiya dövlətləri ilə münasibətimiz kimi xüsusi əhəmiyyətə malikdir.Bu iki ölkə arasındakı münasibətlərdə əsas rola malik olan məsələlərdən biri də şübhəsiz ki, elm və təhsil sahəsi ilə bağlıdır. Hər iki ölkəyə də nəzər yetirsək görərik ki, həm Azərbaycanda, həm də Tacikistanda  elm və təhsil yolunda bir çox önəmli qərarlar qəbul edilir, təhsilin inkişafı üçün bir sıra addımla atılır. Bu və ya bu kimi məsələlərdə hər iki dövlət arasında olan elm və təhsil münasibətləri özünəməxsus əhəmiyyətə malikdir.Elmin, təhsilin və mədəniyyətin, beynəlxalq əməkdaşlığın Tacikistan və Azərbaycan xalqları arasında dostluğun möhkəmləndirilməsinə, inkişafına verdiyi mühüm töhfələrə görə, Tacikistan Milli Universitetinin Elmi Şurası 2014-cü il oktyabrın 14-də Prezident İlham Əliyevə Tacikistan Milli Universitetinin Fəxri Doktoru adı verilməsini qərara alıb.Ölkələr arasında təhsil sahəsində əməkdaşlığa ADA-nın da töhfələri var. 2018-ci il avqustun 11-də Azərbaycanda rəsmi səfərdə olan Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona ADA Universitetinin fəxri doktoru diplomu təqdim edilib. ADA Universiteti ilə Tacikistanın Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq memorandumu imzalanıb və Tacikistanın ilk tələbəsi universitetin magistr proqramında təhsil üçün təqaüd alıb.Azərbaycan Dövlət Aqrar Universiteti ilə Tacikistan Dövlət Aqrar Universitetinin əməkdaşlığı çərçivəsində müəllim və tələbələrin mübadiləsi həyata keçirilir.Cari tədris ilində Azərbaycanda 36 Tacikistan vətəndaşı, o cümlədən iki nəfər “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Tacikistan Respublikasının Təhsil və Elm Nazirliyi arasında illik təhsil kvotalarının qarşılıqlı ayrılmasına dair Protokol”a əsasən təhsil alır.
Vətən müharibəsindəki tarixi Qələbəmiz  ölkəmizin  həm Mərkəzi Asiyada, həm Türk-İslam dünyasında, eləcə də dünya birliyində  mövqeyini daha da möhkəmləndirib. Son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya,  həmçinin Türkdilli ölkələrə mütəmadi səfərləri, eyni zamanda, həmin dövlətlərin başçılarının  və hökümət nümayəndələrinin Azərbaycana səfərləri Türk dünyası ilə əlaqələrimizin  daha da möhkəmləndirilməsindən xəbər verir.Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin əsas istiqamətlərindən biri də xalqların rifahı naminə dövlətlərarası münasibətlərin hərtərəfli inkişaf etməsi, möhkəmlənməsidir. Elə bu səfərlər də çoxşaxəli tərəfdaşlığın daha yüksək artım mərhələsinə keçməsinə təkan verəcək və münasibətlər yeni inkişaf mərhələsinə yüksələcək.

 

Ceyhun Rəhimov, 
Salyan rayon Kürqaraqaşlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə





Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...