Azərbaycanın Mərkəzi Asiya respublikaları ilə əlaqələri yüksələn xəttlə inkişaf edir. Prezident İlham Əliyevin ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri əlaqələrimizin genişlənməsini və strateji xarakter almasını şərtləndirir. Səfərlər zamanı imzalanan müqavilələr, sazişlər ölkələrimiz arasında münasibətlərin gələcəyini müəyyənləşdirir. Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistan Respublikasına cari ildə 2 dəfə səfər etməsi münasibətlərin gələcəyi baxımından böyük əhəmiyyətə malikdir.
Qeyd edək ki, 2023-cü il aprelin 5-də Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistana səfəri olduqca yaddaqalan olub və imzalanmış ikitərəfli sənədlər əlaqələrimizin hüquqi bazasının möhkəmləndirilməsinə və tamamlanmasına yönəlib. Eləcə də çoxşaxəli əlaqələrimizin kompleksinin tərkib hissələri kimi parlamentlərarası əməkdaşlıq fasiləsiz xarakter alıb və iki ölkənin parlamentlərinin rəhbərlərinin qarşılıqlı səfərləri nəticəsində bu əməkdaşlıq yeni məzmun kəsb edib. Hər iki ölkə ticari-iqtisadi sahədə qarşılıqlı əlaqələri inkişaf etdirməkdə maraqlıdır. Yeni iqtisadi prioritetlər çərçivəsində investisiyalar, sənaye kooperasiyası, kənd təsərrüfatı, nəqliyyat sahəsində intensiv əməkdaşlıq nəzərdə tutulur. Energetika sektorunda Tacikistanın neft-qaz yataqlarının işlənilməsində Azərbaycan şirkətlərinin iştirakı təmin olunmaqdadır. Eləcə də Azərbaycanın əlverişli tranzit imkanlarından fəal istifadə olunması üçün rəsmi Düşənbə dövlət və kommersiya strukturlarının yükdaşıma həcmlərini artırmağa yönəltmək niyyətindədir. Bunun üçün imkanlar da böyükdür, hər iki ölkə TRASEKA nəqliyyat dəhlizində təmsil olunur, eyni zamanda, bölgədə yaradılmış nəqliyyat-logistika infrastrukturunda təmsil olunur.
Tam müstəqil siyasəti ilə dünyada sözünə sadiq lider, ən etibarlı tərəfdaş kimi nüfuzu getdikcə yüksələn Prezident İlham Əliyev məhz ölkəmizin Mərkəzi Asiya dövlətləri ilə münasibətlərinin, hərtərəfli əlaqələrinin daha da şaxələnməsi istiqamətində çox mühüm işlər həyata keçirir. Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə iqtisadi əlaqələrinin, ticarət dövriyyəsinin son illərdə getdikcə yüksəlməsi və sentyabrın 14-də Tacikistanın paytaxtı Düşənbədə keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşünə Prezident İlham Əliyevin fəxri qonaq kimi dəvət edilməsi bunu təsdiqləyən reallıqdır. Bu, həm də Azərbaycanın dünyada artan nüfuzunun və beynəlxalq əhəmiyyətinin göstəricisidir.
Çoxplanlı əməkdaşlığın gələcək dinamikasını müəyyən eədn toplantıda çıxış edən ölkə başçısı bildirdi ki, Azərbaycanla Mərkəzi Asiya ölkələrini xalqlarımızın çoxəsrlik qardaşlıq münasibətləri bağlayır. Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir. Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur.
Azərbaycan Prezidenti regional əməkdaşlığın bu formatının ölkələrimizin daha da yaxınlaşmasına zəmin yaradacığını bildirərək vurğuladı ki, ikitərəfli əməkdaşlığın mühüm meyarlarından biri qarşılıqlıqlı ticarəti və sərmayələrin artımıdır. Sevindirici haldır ki, həmin iki istiqamət üzrə göstəricilər davamlı olaraq qalır. Keçən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 3 dəfədən çox, bu ilin 7 ayı ərzində isə daha 50 faiz yüksəlib.
Prezident İlham Əliyev həmçinin nəqliyyat və logistika sahəsinin münasibətlərdə mühüm yer tutduğunu da diqqətə çağırdı, Azərbaycanın Mərkəzi Asiya dövlətləri üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkəsi olduğunu bildirdi. Son illərdə ölkəmizin genişlənən imkanlarından da söz açan ölkə başçısı Azərbaycanın Xəzərdə 50-dən artıq gəmidən ibarət ən iri ticarət donanmasına malik olduğunu, Mərkəzi Asiya ölkələrindən yük göndərənlərin artan tələbatını nəzərə alaraq, gəmiqayırma zavodunun imkanlarının genişləndirilməsi üzərində fəal iş aparıldığını söylədi.
Bütün bunları nəzərə alaraq əminliklə demək olar ki, Prezident İlham Əliyevin Tacikistan səfəri və Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirakı Azərbaycanın beynəlxalq arenada iqtisadi və siyasi nüfuzunun artmasında müstəsna rol oynayacaq. Çünki müasir dünya siyasi düzəni iqtisadi maraqlar üzərində tənzimlənir və Avrasiya qitəsində bütün logistik layihələrdə Azərbaycan və Mərkəzi Asiya mühüm siyasi əhəmiyyət kəsb edir. Bu isə Avrasiya məkanında bütün iqtisadi layihələrdə Azərbaycanın əvəzolunmaz ölkə olduğunu təsdiqləyir.
Aynur Əsgərova,
Salyan şəhər 2 saylı tam orta məktəbin direktoru, YAP fəalı
Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...
Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...
Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...
Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...
Prezident İlham Əliyevin işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...
2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...
Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...
Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...