image image

YAP rəsmisi Real partiyasının sədri Natiq Cəfərlini sərt tənqid etdi

image

​​​​​​

YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərli öz feysbuk hesabında Real partiyasının sədri Natiq Cəfərlini sərt tənqid edib.

 

Kanal4.az sözügedən paylaşımı təqdim edir:

 

“Real partiyasının icra katibi Natiq Cəfərli siyasi partiyaların ideoloji kursu ilə əlaqədar növbəti “mülahizə”lərini ifadə edərkən siyasi savadsızlıqdan irəli gələn ciddi qüsurlara və bəsit yanlışlıqlara yol verib. O qeyd edib ki, “YAP iqtidar partiyası deyil, iqtidarda təmsilçiləri olan partiyadır”. Görünür, Natiq Cəfərli ya “iqtidar partiyası” ifadəsinin anlamını bilmir, ya da insanların (ən azından, sosial şəbəkə istifadəçilərinin) siyasi nöqteyi-nəzərdən cahil olduqlarını düşünür. “İqtidar partiyası” seçkidə xalqın dəstəyini qazanaraq hakimiyyət funksiyasını yerinə yetirən siyasi təsisatdır. N.Cəfərlinin anlayacağı dildə, yəni loru və bəsit ifadə etsək, iqtidar partiyası hakimiyyətdə olan siyasi təşkilatdır. Görəsən, onun bunların hansından xəbəri yoxdur – YAP-ın hakim partiya olmasından, yoxsa iqtidar və hakimiyyət sözlərinin mənasından?! Yoxsa hər ikisindən?! Hakimiyyətə iddialı olan partiya nümayəndəsinin “hakimiyyət” məfhumunun anlamından bixəbər olması təkcə qəribə deyil, həm də öz adına ayıbdır. Digər tərəfdən, “iqtidarda təmsilçisi olmaq” nə deməkdir? Məgər Azərbaycanda koalision hökumət var?! Sözün açığı, partiya funksionerinin politoloji terminlərdən xəbərsizliyi trajikomik haldır”.
Real təmsilçisi yazır ki, “YAP-ın siyasi xətti, ideoloji kimliyi, istiqaməti məchuldur. Yeri gələndə millətçi-türkçü olurlar, bəzən “sollaşırlar”, bəzən “sağa” dönüş edirlər, birdən “multikulturalist” donu geyinirlə”. Bu yanaşma həm savadsızlıq, həm məlumatsızlıq, həm də qərəzlilik nümunəsidir. Çünki:
– Əvvəla, partiyanın İdarə Heyətinin qərarı ilə 2021-ci ildə təsdiq edilmiş proqramda YAP-ın ideoloji siyasətinin əsasları – bütün istiqamətləri öz əksini tapıb. Əgər N.Cəfərli bir anlıq inkarçılıq psixologiyasından qurtula bilsə və internetdən istifadə etmək imkanına malikdirsə, Yeni Azərbaycan Partiyasının rəsmi saytına daxil olaraq proqramda əksini tapmış ideoloji-siyasi məsələlərlə tanış ola bilər (http://yap.org.az/az/view/pages/9). N.Cəfərlinin pərəstiş etdiyi ölkələrdə deyildiyi kimi, “no comment!”.
İkincisi, YAP-ın ideoloji kursu partiyanın siyasi dəyərləri və prinsiplərində öz əksini tapıb ki, buraya müstəqillik, azərbaycançılıq, dövlətçilik, qanunun aliliyi, varislik və təkamül, sosial ədalət və insan amili, multikultural cəmiyyət, demokratik ənənələrin inkişafı aiddir. Əgər N.Cəfərli bu dəyərlər və prinsiplərin hansı ideoloji istiqamətə aid olduğunu müəyyənləşdirə bilmirsə, bunu natamam “iqtisadçı”nın siyasi savadsızlığı adlandıra bilərik. Deyək və agah olsun ki, bu azərbaycançılıq məfkurəsinə əsaslanan milli ideologiyadır. Burada liberalizmin də, mühafizəkarlığın da, yeni mühafizəkarlığın da (və s.) elementləri var, yəni universal ideoloji formuladır. Şərt deyil ki, “Real” kimi ideoloji siyasəti məhz Qərb nəzəriyyələrindən kopya edərək “ya liberal, ya da mühafizəkar”, ya “sağ, ya da sol” deyə kəskin təsnifatlandırma aparaq. Universallığı inkar etmək idealizm deyil, qeyri-REALlıqdır.
Nəhayət, N. Cəfərlinin “Çox istərdim ki, yeni siyasi dönəmdə əsas siyasi rəqibimiz olan YAP-ın ideoloji kimliyini bilək, ona uyğun da alternativlər yaradaq” ,- sözləri onun partiyasının hələ də öz ideoloji siyasətini müəyyən etməməsindən xəbər verir. Özlərini “hakim partiyaya rəqib” göstərənlərin siyasi-ideoloji kursunun bəlli olmaması, yumşaq desək, gülüş doğurur. Sosial şəbəkələrdə populizm ilə məşğul olmaq əvəzinə, siyasi-ideoloji məsələlər üzərində işləmək məqbul olar. Demaqoqluq natiqlik deyil, elə deyilmi, Natiq Cəfərli?!





Manşet xəbərləri

BÖLGƏYƏ SÜLH VƏ İNKİŞAF GƏTİRƏN REALLIQLAR

        Cari ilin 12 noyabr tarixindəTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşü zamanı...

AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ TARİXİNDƏ DÖNÜŞ NÖQTƏSİ

    Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu- 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb...

Cəlilabadda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib-FOTO

  Noyabrın 8-da Cəlilabad şəhərində keçirilən Zəfər yürüşündə CəlilabadRayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının...

TARİXİ HƏQİQƏTLƏRİ TƏHRİF ETMƏK OLMAZ

 Azərbaycan ötən il Vətən müharibəsində qazandığı şanlı Zəfərsayəsində regionun geoiqtisadi və geosiyasi mənzərəsini yenidən dizayn...

İLHAM ƏLİYEV SÜLH ÇAĞIRIŞLARI EDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilməsininbirinci il dönümündə - 17 oktyabrda Füzuliyə səfər...

QƏLƏBƏYƏ ÜMİDLƏRİN ÇİN OLDUĞU DİYAR

  Prezident İlham Əliyevin   işğaldan azad edilmişFüzuli rayonuna növbəti səfəri uğurlu olub. Ölkə başçısının...

FÜZULİNİN DÜŞMƏNDƏN AZAD EDİLMƏSİ MÖHTƏŞƏM QƏLƏBƏNİ EHTİVA EDƏN HADİSƏDİR

    2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman OrdusununMüzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə...

QOŞULMAMA HƏRƏKATININ BEYNƏLXALQ NÜFUZU GETDİKCƏ ARTIR

 Oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident İlham...

HADRUT ƏMƏLİYYATI QƏLƏBƏMİZDƏ BÖYÜK ROL OYNADI

   Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonuna, Hadrutqəsəbəsinə və Tuğ kəndinə səfər edib. İctimaiyyətin nümayəndələri...

AZAD EDİLMİŞ TORPAQLARA YENİ HƏYAT GƏLİR

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu“Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert...